Dahi şairin yubileyi münasibətilə
Bu günlərdə
AYB-nin Gəncə bölməsi Gəncə
Zabitlər Evilə birgə "N" hərbi hissəsində
dahi Azərbaycan şairi
Nizami Gəncəvinin anadan
olmasının 870 illiyi münasibətilə
görüş keçirmişdir.
Görüşü
hərbi hissənin qərargah rəisinin müavini,
mayor Elmar Zeynalabdinov açmış, AYB Gəncə
bölməsinin sədri, əməkdar incəsənət xadimi, Məmməd Alim tədbirin
məqsədini açıqlamış, 870 illik
yubileyi yaxınlaşan Nizami
Gəncəvinin həyat və
yaradıcılığından, yüksək sənətkarlıq
xüsusiyyətlərindən danışmış, dahi şairə həsr etdiyi
"Sən əvvəl mənimsən…" adlı yeni şeirini oxumuşdur. O, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə
hazırlanan genişmiqyaslı yubiley tədbirləri
haqqında məlumat vermiş,
görüşdə böyük sənətkarın
şeirləri səslənmişdir.
Şairlərdən
Aləmzər Əlizadə, Solmaz Şəms
çıxışlarında Nizami Gəncəvinin
dünya şöhrətli ədəbi irsi ilə bağlı düşüncələrini
dilə gətirmiş, öz yeni şeirlərini oxumuşlar.
***
Bölmənin
böyük şairin
870 illik yubileyinə həsr etdiyi silsilə görüşlər
sırasından növbəti tədbir Gəncə şəhər
mərkəzi kitabxanasında keçirilmişdir.
Tədbiri ön sözlə açan bölmə sədri, Məmməd Alim dahi Azərbaycan şairi Nizami Gəncəvinin
həyatından və dünya
şöhrətli sənətindən danışmış,
ona həsr etdiyi yeni şeirini oxumuşdur.
Nizami
yaradıcılığının tədqiqatçısı
Sabir Həsənzadə,
yazıçı və şairlərdən Aləmzər Əlizadə,
Səadət Ələkbərova, Nadir Ovçu, Solmaz Şəms,
Mikayıl Yanar, Oruc
Göyçəli, İlyas Nağı,
Bəxtiyar Yunisoğlu, Arzu
Paşayev çıxışlarında böyük söz
ustasının zəngin ədəbi irsinə
münasibətlərini bildirmiş, ədəbiyyatımızın,
mədəniyyətimizin və mənəviyyatımızın
parlaq təcəssümü olan Nizami Gəncəvi ilə
fəxr etdiklərini dilə gətirmişlər.
***
Bu sıradan növbəti tədbir
Gəncədə dahi şairin
adını daşıyan kitabxanada
düzənlənmişdir. Tədbiri şəhər
mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru, əməkdar
mədəniyyət işçisi Elmira Əliyeva açaraq
AYB-nin Gəncə bölməsi ilə
birgə təşkil edilən silsilə yubiley
tədbirlərinin əhəmiyyətindən söz
açmış, kitabxanaçılarla
yazıçıların sıx əlaqədə
çalışdıqlarını
vurğulamışdır.
AYB Gəncə bölməsinin
sədri, əməkdar incəsənət xadimi,
şair Məmməd Alim
çıxışında dünya ədəbiyyatına
"Xəmsə" kimi əvəzsiz
töhfə vermiş dahi
Azərbaycan şairi Nizami
Gəncəvinin ensiklopedik səciyyə
daşıyan yaradıcılığı ilə
bağlı fikirlərini oxucularla bölüşmüş, yazıçı və çıxış edənlər
Nizami Gəncəvinin Azərbaycan və dünya ədəbiyyatında danılmaz
mövqeyindən, hikmətlərlə dolu
yaradıcılıq aləmindən, onun ədəbi
irsindən gətirdikləri konkret
nümunələrlə söz
açmışlar.
S.Əsgərli
Ədəbiyyat qəzeti.- 2011.- 7
oktyabr.- S.4.