Görkəmli
yazıçı İlyas Əfəndiyevin
xatirəsi yad edildi
Oktyabrın 3-də
tanınmış mədəniyyət, ədəbiyyat və
incəsənət xadimləri, ziyalılar, ictimaiyyətin
nümayəndələri fəxri xiyabana
gələrək XX əsr Azərbaycan ədəbiyyatının
klassiki, xalq
yazıçısı, Dövlət mükafatı
laureatı İlyas Əfəndiyevin xatirəsini
anıb məzarı üstünə tər
güllər düzdülər.
Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev Azərbaycan ədəbiyyatının
və dramaturgiyamızın inkişafında böyük
xidmətləri olmuş böyük
söz ustası İlyas
Əfəndiyevin mənalı ömür
yolundan və zəngin
yaradıcılığından söz açaraq dedi:
"Artıq on beş
ildir ki, görkəmli
sənətkarımız, xalq
yazıçısı İlyas Əfəndiyev
cismən aramızda yoxdur. Bu
on beş il nə qədər böyük
məsafə olsa da, biz ruhən onu hər an xatırlamış, yad
etmişik. İlyas
müəllim ölməz səntilə həmişə
bizimlədir. O, iyirminci əsr
Azərbaycan ədəbiyyatının nadir
simalarından biridir. İlyas
Əfəndiyev "Kənddən məktublar"ıyla
başladığı yolla ədəbiyyatımızı
həmişə irəli aparıb, onun
romanlarının qəhrəmanları daim
ülvi məqsədləri, mübarizliyi, xarakterlərinin bütövlüyü,
yaşadıqları hisslərin, duyğuların təbiiliyi
ilə yaddaşlara həkk olunub. Sənətkarın
yaradıcılığında Qarabağ
mövzusu əsas yer tutmuş, o, namərd
qonşularımızın ötən əsrin 90-cı illərindən
başlayan xəyanətkarlıqlarını
dərin narahatlıq, vətəndaş yanğısı ilə
izləmiş, əsərlərində Qarabağın qədim
tarixini yüksək bədii boyalarla əks etdirmişdir.
Qərara almışıq ki,
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Qarabağ torpağı düşmən
tapdağından azad edilənədək
hər il yeni mövsümü İlyas
Əfəndiyevin "Hökmdar və
qızı" əsəri əsasında
hazırlanmış "Qarabağnamə" tamaşası
ilə açsın…"
Xalq
artisti, Teatr Xadimləri
İttifaqının sədri Azər Paşa
Nemət mərasimdə çıxış edərək
görkəmli sənətkarın ruhu oyadan, yaddaşı təzələyən
ölməz əsərlərindən, onun
parlaq şəxsiyyətindən söz açdı.
Professor Nizaməddin
Şəmsizadə ustadın ədəbiyyat tariximizdəki
önəmli yerindən ətraflı danışdı,
vurğuladı ki, İlyas
müəllim cismən bizimlə bir yerdə
olmasa da tərənnüm
etdiyi "Boy
çiçəyi"nin ətri bizimlədi: "Yenə də
"Mahnı dağlarda qaldı" bizim ruhumuzun mahnısı
olaraq qalır. O mahnı bu
gün qərib-qərib ötür,
bizi mübarizəyə səsəlyir, ruhumuzu dikəldir".
Teatrşünas alim Məryəm Əlizadə
çıxışında İlyas Əfəndiyev
teatrının parlaq məziyyətlərindən
bəhs etdi, xalq artisti Amaliya Pənahova bildirdi ki, teatr
İlyas müəllimin əsl evi kimiydi: "O, son mənzilə də bu doğma evdən yola
salındı. Müstəqilliyimizin əldə edilməsinə
aparan yolun bir ucu da
İlyas Əfəndiyev
yaradıcılığından, onun qəhrəmanlarının
azadlıq eşqindən keçir…"
Vurğulandı
ki, görkəmli dramaturq
kimi şöhrət qazanan
İ.Əfəndiyev keçən əsrin ortalarından
etibarən həm də kamil bir romançı kimi məşhurlaşmışdır.
O, XX əsr Azərbaycan ədəbiyyatında nəsrimizə
canlı xarakterlər, əlvan, təravətli bədii təsvir
vasitələri gətirən, dramaturgiyamızda yeni lirik-psixoloji üsluba vətəndaşlıq hüququ verən, nəhayət, aktyor və rejissorların bütöv
bir nəslini yetişdirib-püxtələşdirdiyi
"İlyas Əfəndiyev
teatrı"nı bərqərar edən sənətkar kimi şərəfli bir yer tutur.
Ədibin
oğlu, xalq
yazıçısı Elçin sonda mərasimə qatılanlara və
çıxışçılara təşəkkür edərək
dedi: "İlyas Əfəndiyev
bir atalar sözünü tez-tez təkrar
edərdi ki, hər şey
vaxta baxsa da, vaxt heç
nəyə baxmır. Onsuz keçən on beş il
də bir göz
qırpımında gəlib keçdi. Ancaq ötən bu on beş il
İlyas Əfəndiyev
yaradıcılığına olan
marağı heç vaxt
azaltmayıb. Elə bil ki, o, dünyadan
köçəndən sonra yeni bir həyatı
başladı. Bu, ondan
irəli gəlir ki, İlyas
Əfəndiyev heç vaxt
ideologiyaya xidmət etməmişdi, əsl
sənət naminə yazıb-yaratmışdı. Bir övlad, vətəndaş
və yazıçı olaraq qürur duyuram ki, İlyas Əfəndiyevin
yaradıcılığı bu gün
də sevilir, yaşayır, kitabları nəşr
olunur, əsərləri əsasında
filmlər çəkilir. Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə
onun xatirəsi əbədiləşdirilmiş,
İçərişəhərdəki küçələrdən
birinə və nüfuzlu "Elitar" gimnaziyaya İlyas Əfəndiyevin adı verilmişdir."
Xalq
yazıçısı Elçin eyni zamanda ulu
öndərin sərəncamı ilə İlyas
Əfəndiyevin "Seçilmiş əsərləri"nin
yeddi, Azərbaycan Prezidenti
İlham Əliyevin sərəncamı ilə
üçcildliyinin nəşr edilməsini
dərin minnətdarlıq hissilə
qarşıladığını vurğuladı. Qeyd etdi ki,
ədibin əsərləri son illər dünyanın
bir çox ölkələrində,
eləcə də qardaş Türkiyədə
yüksək tirajla nəşr olunmuşdur.
Sərvaz
Ədəbiyyat qəzeti.- 2011.- 14
oktyabr.- S.2.