Atəşin
sevgilərlə...
Məcnun
niyə səhralara qoşmuş, -
Çöllərdə
dənizlər kimi coşmuş?
Bilmiş
ki, ələmsiz keçən ömrün
Mazisi
də, atisi də boşmuş!...
(Həsən
Ali - XIX əsr türk şairi)
Görkəmli
alim, professor Əkrəm Cəfər çoxşaxəli
elmi-ədəbi fəaliyyətinin mühüm bir hissəsini
klassik Şərq və Azərbaycan ədəbiyyatının
aktual nəzəri problemlərinin öyrənilməsinə həsr
etmişdir. Xaqani Şirvani, İmadəddin Nəsimi, Əlişir Nəvai,
Məhəmməd Füzuli,
Əbdürrəhman Cami, Ömər Xəyyam, Əbdülhəqq
Hamid, Hafiz Şirazi, Sədi Şirazi kimi dühaların bədii-fəlsəfi
söz ümmanlarının araşdırılması
görkəmli alimin daim elmi maraq dairəsində olmuşdur.
Həmin
azman sıradan, şeiriyyət
mülkünün əvəzsiz sultanı olan Şeyx Nizami Gəncəvinin
də cahanşümul poeziyası professor Əkrəm Cəfəri
uzun sənələr boyunca özünün, sözün əsl
mənasında, Məcnununa çevirmişdir. O fövqəlbəşər
məhəbbətin tarixçəsi isə çox-çox
uzaq 1940-cı ildən boylanır. Alim yaxın dostu və həmkarı
olmuş mərhum akademik Həmid Araslı ilə birgə
"Nizaminin müasirləri" (Azərnəşr - 1940)
adlı 80 səhifədən ibarət ədəbi-bədii
kitab tərtib edir. Əsərin redaktoru, şərhlərin və
lüğətin müəllifi olur. Burada Əbül-Üla
Gəncəvi, Fələki
Şirvani, Xaqani Şirvani, Qivami-Mütərrizi, Məhsəti,
İzzəddin Şirvani və Mücirəddin Beyləqaninin ən
seçmə şeirləri yer almışdır.
Professor,
titanik yaradıcılığının sonrakı mərhələlərində
də heç zaman, uca Nizami sənətinin tədqiqinə, təbliğinə
qayıtmaqdan vaz keçməmişdir. Ömrünün son
illərinə qədər də biz, həmin ali sevginin
ustadın elmi-nəzəri irsində
yaşadığının əyani şahidi oluruq. XX
yüzil dünya şərqşünaslığı
tarixinin parlaq simalarından olan Əkrəm Cəfər elə
həmin uzaq illərdən üzü bəri, öz üzərinə
Şeyx Nizami sənətinin əhatəli, geniş aspektlərdə
öyrənilməsilə ilgili çox məsuliyyətli, fəqət
şərəfli bir missiya götürür. Gəncəli
Dahinin "İqbalnamə" (1941, 1967, 1982-ci illər nəşrləri),
"Şərəfnamə" (1941, 1982), "İskəndərnamə"
(1964, 1967, 1982) kimi fenomenal poemalarına ensiklopedik şərhlər,
izahlar və lüğətlər yazır, Azərbaycan SSR
Elmlər Akademiyasının nizamişünaslıq problemləri
üzrə koordinasiya şuralarına rəhbərlik edir,
plenar elmi yığıncaq, iclaslar və simpoziumların təşkilində
aparıcı vəzifələri icra etməyə
başlayır.
Ustad
həmin öhdəliklərlə də kifayətlənmir.
Dünyanın, habelə, keçmiş SSRİ-nin ən
görkəmli nizamişünas alimləri (Səid Nəfisi,
Yevgeni Bertels, İosif Braginski, Bəhram Sirus, Şahislam
Şahməhəmmədov, Ananiaş Zayonçkovski, Berta
Novak, Valentina Klyaştorina, Şərifcan Hüseynzadə və
b.) ilə məxsusi nizamişünaslıq diskussiyalarında
bulunur. Onun eyni zamanda, Azərbaycanda, həmçinin, Orta Asiya
respublikalarında peşəkar nizamişünas mütəxəssislərin
formalaşmasında da müstəsna xidmətləri
olmuşdur. Əkrəm Cəfər bu istiqamətdə,
onlarla aspirant, elmlər namizədləri və elmlər
doktorlarının Şeyx Nizami yaradıcılığı
üzrə məqalə, monoqrafiya və avtoreferatlarına
resenziyalar, rəylər, məktublar ünvanlamış, o
cümlədən də elmi rəhbərlik, opponentlik
etmişdir. Yeri gəlmişkən, onu da qeyd etmək istərdik
ki, əziz gəncəlilərin də yaşlı nəsli
alimlə unudulmaz, əsrarəngiz görüşlərini
hal-hazırda da sayğılarla xatırlayırlar. Alim N.Gəncəvi
ilə əlaqədar keçirilmiş bütün mötəbər
Gəncə toplantılarında fəal surətdə
iştirak və çıxışlar edərdi.
Ötən
illərə nəzər salarkən görürük ki,
görkəmli şərqşünas alim, professor Rafael
Hüseynovun müəllifi olduğu - Azərbaycan radiosunun
Qızıl fondunda saxlanılan "Axşam görüşləri"
adlı ədəbi-publisistik verilişlərdə də Əkrəm
Cəfər nizamişünaslıq məsələlərinin
şərhlərinə xüsusi diqqət
ayırmışdır.
Azərbaycanın
bir sıra görkəmli nizamişünas alimləri -
professorlar Azadə Rüstəmova, Nüşabə Araslı,
Qəzənfər Əliyev, Əli Abbasov, Xəlil Yusifov,
Rüstəm Əliyev, Əbülfəz Rəhimov, Tahir Məhərrəmov,
Teymur Kərimli, Sədulla Əsədullayev, Mehdi Kazımov və
digərləri Əkrəm Cəfəri daim özlərinin
ustadı, əvəzolunmaz müəllimi hesab etmişlər.
70-80-ci
illərdə o, Moskva, Sankt-Peterburq, Daşkənd, Düşənbə,
Aşqabad, Alma-Ata, Tbilisi şəhərlərində
keçirilən Şeyx Nizaminin həyat və
yaradıcılığına həsr olunmuş bütün
elmi konfrans və simpoziumlarda dərin məzmunlu məruzələr
söyləmişdir. Professor Əkrəm Cəfər eyni
zamanda, 1985-ci il iyun ayının 24-də Bakıda, N.Gəncəvi
adına Azərbaycan Ədəbiyyatı Muzeyi tərəfindən
təşkil olunmuş "Nizami lektoriyası"nda
mühazirələr oxumaq üçün məxsusi dəvətlər
almışdır. O, muzeyin böyük salonunda "Nizami Gəncəvinin
həyat və yaradıcılığı", habelə
"Nizaminin milli mənsubiyyəti, məqbərəsi və
vəfatı tarixi məsələsi haqqında" elmi-nəzəri
mühazirələr oxumuşdur. Həmin mühazirələrin
əlyazma mətnləri Əkrəm Cəfərin şəxsi
arxivində mühafizə edilməkdədir. Ən maraqlı
cəhətlərdən biri də odur ki, alim həmçinin,
özünün dünya şöhrətli "Əruzun nəzəri
əsasları və Azərbaycan əruzu" adlı
fundamental monoqrafiyasında da Şeyx Nizaminin poetikasını ətraflı
tədqiqata cəlb etmişdir.
Fərəhli
haldır ki, bütün şərəfli həyatı boyunca
möhtəşəm Nizami sənətini sevə-sevə,
yana-yana tədqiq və təbliğ etmiş olan professor Əkrəm
Cəfər bir incə, həssas, romantik şair kimi də
dahi sənətkarı vəsf etmiş, onun əbədiyaşar
müqəddəs isminə nəğmələr
qoşmuşdur. Alimin şəxsi arxivini araşdırarkən,
onun 1979-cu ildə qələmə aldığı
"Nizaminin heykəli qarşısında" və
1983-cü ildə yazdığı (indiyədək
işıq üzü görməmiş) "Nizamiyə"
adlı lirik-fəlsəfi şeirlərinə rast gəldik. Həmin
orijinal bədii nümunələrdə biz dahi Nizaminin
azadlıqpərvər, humanist, intibahçı obrazı ilə
qarşılaşırıq.
Sokrat CƏfƏR
Ədəbiyyat qəzeti.- 2011.- 9
sentyabr.- S.6.