Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrı yeni tamaşa hazırlayır

 

Heydər Əliyev adına Tbilisi Dövlət Dram Teatrının yaradıcı kollektivi Elçin Əfəndiyevin "Qatil" əsəri əsasında yeni tamaşanın üzərində işə başlamışdır.

Bu barədə teatrın direktor müavini Namiq Hacıyev məlumat vermişdir. Bildirmişdir ki, tamaşanın sentyabrın sonlarında göstəriləcəyi planlaşdırılır. Tamaşada əsas rolları aktyorlardan Şeyla Şamoyeva, Aslan Məmmədov, Marina Məmmədova, Fazil Bayramov və Namiq Valehoğlu ifa edəcəklər.

Direktor müavini tamaşaya sponsorluq etdiyinə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirmişdir. O, yeni tamaşanın Gürcüstan Azərbaycanlılarının Mədəni İnkişaf Mərkəzinin təşəbbüsü ilə hazırlandığını demişdir.

 

 

İslam Əliyev

 

Ədəbiyyat qəzeti.- 2011.- 16 sentyabr.-S.2