Yaddaşlarda yaşamaq da bir ömürdür

 

Əsasən mütərcim ümumən "qələm adamı" kimi tanınan Elxan İbrahimov da xeyli zamandı yaddaşlarda yaşayanlar sırasındadır. Sonrakı otuz-qırx ildə doğulmuş insanlardan bəlkə onun haqqında təsəvvürü, məlumatı olmayanlar da var. Ancaq 50-60-cı illərin ziyalılarının əksəriyyəti, xüsusilə ədəbiyyat incəsənət sahəsinin adamları onu çox yaxşı tanıyırdılar. Lazımi səviyyədə qələmi olan bir mütərcim mətbuat adamı idi. 1956-cı ildən Elxan İbrahimovu tərcüməçi kimi tanıyırdım. O, həm rus dilindən Azərbaycan dilinə, həm azərbaycancadan rus dilinə tərcümələr edirdi. 1956-cı ildə Elxan İbrahimovun oxucular üçün maraqlı bir tərcüməsi səs salmışdı. Bu, çex yazıçısı Yaroslav Qaşekin "Hekayə felyetonlar" kitabı idi. Elxan onu rus dilindən tərcümə etmişdi. Bir il sonra isə böyük rus yazıçısı M.Qorkinin altıncı cildi Elxan İbrahimovun tərcüməsində oxuculara çatdırıldı. Belə bir tərcümə o zaman ancaq yüksək qabiliyyətli tərcüməçiyə tapşırılırdı. Elxan az zamanda öz qabiliyyətini sübut etmişdi. Onun atası Xəlil İbrahimov da tanınmış mətbuat işçisi olmuşdu. Elxanın 15 yaşı olanda Xəlil İbrahimov qara repressiyanın qurbanına çevrildi. Ona 1958-ci ildə bəraət verilsə , artıq həyatda yox idi.

1958-ci ildə bəraət aldıqdan sonra, şübhəsiz, Elxana da münasibət dəyişdi. Onun qabiliyyəti qiymətləndirildi. İşləməyə daha çox imkan verildi. O, həm Azərbaycan yazıçılarından Mehdi Hüseyn, Süleyman Rəhimov, Mir Cəlal, Əli Vəliyev, İsmayıl Şıxlı, Bayram Bayramov, Yusif Əzimzadə, İsi Məlikzadə Əlfi Qasımovun da əsərlərindən rus dilinə tərcümə etmişdi.

Ədəbiyyatın incəsənətin müxtəlif sahələrində uğurla çalışan Elxan İbrahimov taleyini nəşriyyat, kitab çapına daha çox bağlamışdı. O, Azərnəşrdə şöbə müdiri, "Gənclik" nəşriyyatında baş redaktor da işləmişdir. Həmin vaxtlarda Elxan müəllimlə Azərnəşrdə, "Gənclik"də mən işləmişəm. Buna görə Elxan İbrahimovu onun ailəsini yaxından tanımışam. Ailəsi, qohumları Elxanın bacıları onun çox qayğısını çəkirdilər. Həyat yoldaşı Şahnaz xanım tikiş fabrikində müdir işləyirdi. Onlar telefonda tez-tez övladları Fazil, Afət Gülüstan haqqında danışırdılar. Hərdənbir bacısı Solmaz qardaşı Elxana günorta yeməyi gətirir, onun qayğısına qalırdı. Elxanın Bilgəhdə gözəl bir bağı da vardı. O, bizi dəfələrlə bağına dəvət edib, evində qonaqlıq verər, üzüm, əncir yetişəndə xüsusi "pay" da gətirərdi. Dostları ilə çox səmimi olan Elxanı müdiriyyət çox istəyirdi. Elxan Azərnəşrdə şöbə müdiri işləyəndə direktor Qılman İlkin idi. Qılman müəllim onu 3-cü mərtəbədən tez-tez yanına çağırar, müdiri xəstələnib işə çıxmayan tərcümə şöbəsinə nəzarət etməyi Elxana tapşırardı.

Bir dəfə Elxan tərcümə şöbəsini yoxlamağa gedəndə tərcüməçilərdən biri ona söz atıb demişdi: "Ey poliseyski, yenə xeyir ola!" Elxan Qılman müəllimə şikayətlənib bir tərcümə şöbəsinə nəzarət etməyəcəyini söyləmişdi. Buna görə Qılman İlkin hirslənib, söz atan tərcüməçini işdən öz ərizəsi ilə çıxarmışdı.

Bu hadisə Elxana bərk təsir etdi, özü işdən çıxıb Xarici ölkələrlə əlaqə cəmiyyətinin buraxılışı olan jurnalda işləməyə başladı. Ancaq yenə nəşriyyatla əlaqəsini kəsmirdi.

Elxan savadlı, dostlarına sədaqətli bir insan idi. O, "Literaturnıy Azerbaydjan", Azərbaycan televiziyasının "Ekran birliyi"ndə, kinostudiyada işləyəndə nəşriyyat işçilərilə həmişə səmimi görüşər, dostluğunu davam etdirərdi. Yazıçılardan İmran Qasımov, Həsən Seyidbəyli, Qılman İlkin, Zeynal Cabbarzadə, Hüseyn Abbaszadə, İshaq İbrahimov, Çingiz Hüseynov, Hüseyn Nəcəfov Elxanın yaxın dostları idi.

Bir dəfə xalq yazıçısı Süleyman Rəhimov nəşriyyata gələndə Elxanı bərk təriflədi: "Elxanın boyu balaca olmasına baxmayaraq, onun çox böyük əzəməti yaraşığı var. Mən onun atasını da yaxşı tanıyırdım. Boydan balacaydı, ancaq çox çalışqan idi".

Bu sözlərdən fərəhlənən Elxan zarafatla dedi: "Balaca olsaydım, o boyda əsərinizi rus dilinə necə çevirə bilərdim?.."

Elxan deyərdi ki, mənim nəslim qarabağlıdır, Şuşada dostlarla çox zarafatlaşmışam, bizim söhbətlərimiz zarafatsız keçmirdi.

Elxan ictimai mühitdə iz qoyub gedən bir insan idi. O, ədəbiyyatda, incəsənət aləmində unudulmayan ad qoydu. Yaddaşlarda qalır. Yaddaşlarda yaşamaq da bir ömürdür.

 

 

İlyas Tapdıq

 

Ədəbiyyat qəzeti.- 2011.- 16 sentyabr.- S.4.