Al bizi yenə
də qoynuna, məktəb!..
Unudulmaz xalq şairimiz
Bəxtiyar Vahabzadə təhsil illərinin ilk
qədəmindən son məqamınacan olan yaşantılarını "A məktəb
illəri, - Məktəb illəri, sizi bir an belə unutmaram mən" - deyə şerin,
sözün dililə göz
önünə gətirirdi. Bu unudulmaz
misraların davamı kimi hər il sentyabrın 15-də - sevincli,
təntənəli Bilik günündə
çiçək balaların, gül
balaların dilindən səslənir "Al
bizi yenə də qoynuna,
məktəb!" şərqisi… İlk dərs
günü, müəllimin ilk sualı böyük şair Hüseyn Cavidin ruhunu
oxşadı yenə:
-
Qızım, yavrum, adın nədir?
-
Gülbahar.
- Dəxi sənin
atan, anan varmı?
- Var!..
İlk müəllimi
Sevda İbrahimovanın ilk sualına qələm dostumuz, iş yoldaşımız Adil Cəmilin
ilk nəvəsi, İlyas Əfəndiyev adına Elitar
Gimnaziyanın şagirdi fidanın dili də bu cavabla
açıldı: "Atam Taleh, anam Xəyalə
xanımdı!" - dedi.
Cavabı
ürəyimizcə oldu. Vətəni, yurdu sevmək öncə ata-ana ruhundan
keçir axı. Fidanın simasında
Bilik günündə əziz məktəb həyatına qədəm
qoyan hər bir uşağın sevincinə qəlbən
qoşulduq, bağrımıza basıb, "qədəmləriniz
uğurlu olsun!" - dedik. Şübhə yerimiz qalmadı ki, bu
allı-güllü uşaqlar - dünyaya yaraşıqlar
arzularımızın, gələcəyimizin ümid
çırağı olacaq, millətimizə, dövlətimizə
baş ucalığı gətirəcək.
Sərvaz
Ədəbiyyat qəzeti.- 2011.- 16 sentyabr.- S.6.