Ziyarətə qəbrin uzaq
Dədə Şəmşirin
ölməz xatirəsinə
Bu həyatda olduq naşı, -
Səhv elədik addımbaşı.
Sözlərindən
yaxşı-yaxşı
Bəhrələnmədik, Dədə.
Ziyarətə qəbrin uzaq,
Sinəmizdə qalıb bu dağ.
Kəsilərək budaq-budaq
Dəhrələnmədik, Dədə.
Zülmə düşən haqdan
ayrı…
Başımız papaqdan ayrı.
Kökümüz torpaqdan ayrı,
Pöhrələnmədik, Dədə.
Vaxtın
ölçüsü
Vaxtı tələsdirirəm,
Göz qoyub əqrəblərə.
Günəş göydə gəzinir
Qapılıram hisslərə.
Bulud sanki
səmada
Gizli bir sirr gəzdirir.
Şimşəyin şölələri
Pəncərəmi əsdirir.
Hər şey gözəlləşmədə,
Keçmiş küsüb, inciyir.
Çatdın mənzil başına
Saat burda
ləngiyir…
Nəzmiyyə
Hicran
Ədəbiyyat
qəzeti.- 2011.- 23 sentyabr.- S.6.