Bir qismət
Üzünə, gözünə baxdım, -
Cavan yaşlarında ağappaq,
Gecə saçlarının
ömrünə
qoşulub axdım.
Axın-axın gedən ömrün
İlləri mənə nələr danışdı,
Sən danışanda,
Bunu duymadın, bilmədin,
Gözə görünməz göz yaşlarımı,
silmədin.
fikirlər, düşüncələr,
Apardı məni dünyanın
Əlçatmaz zirvələrinə,
sənsə bilmədin;
Öz tənha duyğularıma
Qoşulub getdim.
Bir qəhrəman
oğlun
Ömrünü
sehr etdim,
Hər
şey günəşin qızılı
şüalarının
Altından
görünürdü,
Duyğularım
həm kədərlənir,
Həm
də öyünürdü.
Niyə belə
qismətlə mən
Səni
gördüm?
Bu da bir gecə
saçların
Gündüz
qismətidir.
Yoxsa bir əyilmiş
rüzgarın
Düz qismətidir,
qismət,
qismət,
nələr keçir sənin oxundan?
Bu oxun
qoxusundan
Bihuş
olmuş qələmim də
yatmır.
O
böyük, əzəmətlə ötən ömrü
Əvəz
etməyə bu dünyanın
Özü
də çatmır.
Çata da
bilməz,
bir də görünməz,
Çünki
anam,
Anam bu
dünyanı tərk edib.
Torpaq ona
qarışıb,
Mənim
yaralı könlümlə
yanıb-alışıb.
Bu alova
qarışıb
gedirəm,
Sən gedən
yollarda
İşıq
tükənməsin deyə.
Bu günüm, sabahım,
birisigünüm
Bu
günüm,
sabahım,
birisigünüm, -
deyib düşünürəm.
Gözlərim
baxır,
beynim dumanlanır,
ağlımsa kəsir.
Bütün
vücudum bu gələn
günlərimin üstündə əsir.
Günlərimə
əsirəm -
qablaşdırmağa tələsirəm,
Sevinirəm
sabahıma
çatmaq üçün,
can atıram,
Gələn
günümü
Keçən
günlərimə qatmaq üçün.
Gedən gedir
qayıtmır, -
Mən onun
arxasınca
baxıram,
O isə bir an belə
dönüb geri baxmır.
Dünyanı
bərqərar edən
insan ömrü çay
kimi axır;
Bu
günüm, sabahım,
birisigünümsə
Tələsə-tələsə
keçən günlərimin
ardınca baxır;
Gülür,
gülümsəyir,
öz xəfifliyindən mənə də
bəxş etmək istəyir əzmlə,
Mənsə hesabdayam,
öz tərəzimlə…
Simuzər Nüsrətbəyli
Ədəbiyyat qəzeti.- 2011.- 30 sentyabr.- S.6.