Tanınmış alim və publisistin 80 illik yubileyi qeyd edildi

  

 Tanınmış alim və publisist, "Respublika" qəzetinin "Füyuzat" jurnalının baş redaktoru, filologiya elmləri doktoru, professor Teymur Əhmədovun 80 illik yubileyi ilə əlaqədar Milli İrsi Mədəni Tarixi Araşdırmalar fondunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan fondun icraçı direktoru Pərviz Əmirov professor Teymur Əhmədovun Azərbaycan mətbuatının inkişafındakı böyük xidmətlərindən və gənc nəslə örnək olan ömür yolundan danışmışdır.

"Füyuzat" jurnalının əməkdaşları Mübariz Yunusov, Əsəd Aslanoğlu və Samir Ramizoğlu professor Teymur Əhmədovun iki əsrin canlı salnaməsi olduğunu vurğulamış, alimin həyat və yaradıcılığından söz açmış, respublikanın tanınmış ziyalılarının yubilyar haqqında fikirlərini diqqətə çatdırmışlar.

Filologiya elmləri üzrə fəlsəfə doktoru Allahşükür Qurbanov, rəssam Fəxrəddin Əli, şair Oqtay Zəngilanlı və başqaları alimin Azərbaycan ədəbi irsinin tədqiqi və təbliği sahəsindəki xidmətlərindən, müasir publisistikamızın inkişafına verdiyi töhfələrdən danışmış, ona yaradıcılıq uğurları arzulamışlar.

 

 

AzərTAc

 

Ədəbiyyat qəzeti.- 2011.- 14 yanvar.- S.5.