"Bir ovuc torpaq"
Bu günlər İncəsənət Gumnaziyasında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş "Bir ovuc torpaq" mövzusunda səhnələşdirilmiş tədbir keçirilmişdir. Şair-publisist Göyçək Borçalının ssenarisi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və İncəsənət Gumnaziyasının müəllimi Mahı Səfərovanın quruluşunda çoxsaylı tamaşaçı auditoriyasına təqdim olunan ədəbi-bədii kompozisiyada milli qəhrəmanın məktəb və hərbi həyatından söhbət açılırdı. Mübariz İbrahimovun simasında Azərbaycanın şəhid olmuş oğul və qızlarının obrazlarını gimnaziyanın şagirdləri Mirböyükağa Abasov, Pərviz Abbasov, Tamilla Hüseynova, Səid Hüseynov və başqaları canlandırırdılar. Tədbirdə Dövlət başçısının Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən, şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımız haqqında dediyi sözlər, vətənimizin bütövlüyü, torpaqlarımızın alınacağı ilə bağlı çıxışlarını əks etdirən video görüntülər maraqla qarşılanmışdır.
Kiçik aktyorlar
kompozisiyanın sonunda
hərbi marşın
sədaları altında sinələrini üçrəngli bayrağa sipər etməklə Mübariz kimi vətəni qorumağa hazır olduqlarını bir daha nümayiş etdirdilər.
A.Xiləli
Ədəbiyyat qəzeti.- 2011.- 14
yanvar.- S.6.