İnsanlıq və müsəlman
bir şeydi
Qonağa
bağlı qapı
Axırda
boş sandıq olur.
Kim həqarətlə
yaşar
Onda
nə insanlıq olur?
Mollası
şahlıq edən
Ölkə
qəbristanlıq olur.
Ədalət
ilə görə
Hər
kəs işin dünyada,
Bu dünya cənnət olur,
Hər kəsi
ad-sanlı olur.
Demirəm haqqı yeritmək
Daha asanlıq
olur.
Haqq yolunda ad alır,
Ya da ki, ehsanlıq olur.
Qoca Fikrət də deyir:
Boş-boşuna vəz eləmə,
Haqqı
bayraq edən
Hər kəsdə müsəlmanlıq
olur!
Çəkhaçək
Biri çörək dərdi
çəkir,
Biri ağrıyan ürəyində
Ürək dərdi çəkir.
Birinə
deyiblər "baxaq, görək",
İndi "görək" dərdi çəkir.
Biri də Havana siqarı çəkir…
Bu çəkhaçəklər aləmində,
Hərə bir cürə çəkir…
Artıq işdi
O qədər çox yaşamışam,
Devrilmişəm, devirmişəm.
Üzümün rəngi köhnəlib,
Astarımı çevirmişəm
Sağam-solam, artıq işdi.
Astarım üzüm eynidi,
Sükutum, sözüm eynidi.
Sözümlə-izim eynidi,
Canımda dözüm eynidi,
Mənə zülm artıq işdi.
Çox
az qalıb
Elə bil gəlməyəm, yadam.
Kül altında qalan odam,
Özüm yoxam - quru adam,
Mənə ölüm artıq işdi.
Savaşdım, haqsız olmadım,
Heç vaxt Allahsız olmadım.
Hara gəldi paz
olmadım,
Qocaldım namaz qılmadım,
İndi qılım? Artıq işdi.
Gələcəyə baxa-baxa,
Ad qazandım ucuz-baha.
Şükür eylədim Allaha,
Sən məni çağırma
daha
Yox, ay gülüm,
artıq işdi.
Toy və toydan sonra
Toydan gözəl nə var, təki toy olsun!
Leylinin, Məcnunun
vüsal dəmidi.
Ürəklər boşalsın, qədəhlər
dolsun,
Sevgi burulğanı,
eşq aləmidi.
Gözəl arzularla gəlir
hər gələn,
Bir evə bünövrə olur hər düyün.
Qohumlar yığılıb hər
iki eldən,
Bir nəsil
ağacı əkilir
bu gün.
Toydan gözəl
nə var? Təki toy olsun.
Toyda nə olursa-olsun, qoy olsun!
Çətin yol hər toydan sonra başlayır,
Bəy, gəlin
hərəsi bir şey xoşlayır.
Qınayır bir-birin təzə
qohumlar,
Xırda söz-söhbətə başlayır
onlar.
Kənar
quzğunlar da leşə qonurlar,
Qaşınmayan yeri qaşıyır onlar.
Hamsı
"mən, mən"
deyir düşünmür
sonu,
Atırlar bu evə qısqanclıq
daşın.
Gəlinə qısqanır ana
oğlunu,
Gəlinə qısqanır bacı
qardaşın!
Qohumlar araya söz-söhbət salır,
Toyu olanları
peşman eləyir.
Məhəbbət saralıb gül
kimi solur,
Məcnunu Leyliyə düşmən
eyləyir.
Böyüklər özünü düşündü
yalnız,
İstədi bu evdə hökmdar
olsun.
Nə sevgi-məhəbbət, nə
oğul, nə qız,
Təki öz hökmü bərqərar olsun.
Axırda
cavan bir ailə dağıldı,
Arada zəhərli
neçə söz qaldı.
O toydan yadigar körpə doğuldu,
Atası
sağ ikən atasız qaldı.
Daha
"böyüklərin" sönüb hikkəsi,
Hərə öz evinə çəkilib baxır.
Batıb
gölməçədə qurbağa səsi,
Zaman işindədir, axır,
hey axır…
İnsana
hər şeyi həyat öyrədir,
Doğulan böyüyür, batanı
yoxdu.
Anadan yapışıb bir körpə gedir,
O biri əlindən tutanı yoxdu.
20.01.2011
Gələcək
Ağlı qaçıb illərin,
Nizamı
pozulub fəsillərin,
Yuxusu qaçıb ağacların
Köhnə yarpaqları tökülə
bilmir.
Təzə yarpağı, çiçəyi
açılıb ağacların
Ağlaya bilmir, gülə bilmir.
Yanvarın sonunda
Hava bayram donunda
Yaşıl yamaclar
Qışın üzünə dayanıb.
Quşların yuva tikmək,
Yumurtlamaq həvəsi oyanıb.
Yağışda əl-üzünü yuyub,
Körpə uşaq kimi
Gülümsəyir gül-çiçək.
Deyəsən bahar
Növbədənkənar gələcək.
İnsanlar lətifədən əvvəl
güləcək,
Canlılar doğulmazdan əvvəl öləcək.
Belə
getsə gələcək
özü də
Çox tez gələcək.
Milli park
Mahnı üçün mətn
Bulvar güllü xalçadı
Sərilib sahil boyu.
Onun qoynunda keçir
El bayramı, el toyu.
Bahar donlu milli park
Gül-çiçəkdi il
boyu.
Ən işıqlı, ən gözəl
Yolumdu milli parkım,
Xəzəri qucaqlayan
Qollarım milli parkım.
Gözəlliyi vəsf olur
Dalğaların səsində.
Ən uca bayrağımın
Meydanı sinəsində.
Sərvlərin, şamların
Ətri var nəfəsimdə.
Ən işıqlı, ən gözəl
Yolumdu milli parkım.
Xəzəri qucaqlayan
Qollarım milli parkım.
Odlu diyar mənəm, mən,
İndi gözəl çağımdı.
Yurdumun hər qarışı
Müqəddəs ocağımdı.
Bakıyam, sahil bağı
Qızıl boyunbağımdı.
Ən işıqlı, ən gözəl
Yolumdu milli parkım.
Xəzəri qucaqlayan
Qollarım milli parkım.
Yolda
Çəltik - düyü olunca döyülür.
Ağac - içindən yeyilir.
Adam - insan olanda öyülür.
Bu tamaşaya hamı gəlir,
Özünə baxır ağlayır, gülür.
Ac gəlir, çıxıb
gedir ac,
İzaha qalmır ehtiyac.
Fikrət QOCA
Ədəbiyyat qəzeti.- 2011.- 28
yanvar.- S.5.