Girov gedir
Qəhrəman da insandı,
İnsan
da qəhrəmandı;
Atalar demiş, bunun
İncə bir fərqi vardı:
Qəhrəman olmaq üçün
An da kifayət edir;
İnsan
olmaq üçünsə
Bir ömür
girov gedir.
Yaman yorğunam
Kim istər daşa dönüb yaşamaq, -
Kim istəməz, mən
nə bilim, bilmirəm.
Bəlkə heç istəmir daş insan olmaq?
Daş olmaqdan qorxduğumçün ölmürəm.
Qorxuram qəfildən götürüb
biri
Birinin başına çırpa
o daşı;
Qorxuram divarda boş qala yeri,
Divarı uçurda bir yaz yağışı.
Qorxuram bir sapand daşına
dönəm,
Ovub, çilikləyəm
büllur şüşəni.
Oğurluq üzüyün qaşına
dönəm,
Boğazdan keçirdəm haram tikəni.
Qorxuram tərəzi üstündə
durub
Əyriyə əyiləm, düzə sərt olam.
Qorxuram mən tərdə dəvəni yorub,
Ağılın özünə meydan oxuyam.
Məhbəsdə olmaqdan qorxuram, di gəl,
Məhbəs divarında olam, qorxuram.
Daşlar
insan olsa, bu da bir
əngəl,
Bəlkə daş oluram, yaman yorğunam.
Allah, gədalardan
uzaq tut məni
Allah, gədalardan uzaq tut məni,
Bunca ayaqlara salma bəndəni.
Nərin
dizlərinin altında
olum,
Torpağın yeddinci qatında
olum;
Dəmir
çarıq, dəmir
əsa yol yorum, -
Allah, gədalardan uzaq
tut məni.
Anlamaq dərdinə onlar biganə,
Anlamayan həngamədi, həngamə.
Mənmi günahkaram, yoxsa zəmanə?
Allah, gədalardan uzaq
tut məni.
Ona ağa olmam, bunda gözüm yox;
Qanana qul eylə, buna sözüm yox.
Belə
yaşamağa məndə dözüm
yox, -
Allah, gədalardan uzaq tut məni,
Allah, gədalardan uzaq
tut məni.
Zeynalabdin Novruzoğlu
Ədəbiyyat qəzeti.- 2011.-
20 yanvar.- S.4.