Xalq yazıçısı
Çingiz Abdullayev
"Pen-Klub"un prezidenti seçildi
"Pen-Klub"un prezidenti, xalq yazıçısı Maqsud İbrahimbəyov ərizə ilə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə və "Pen-Klub"un idarə heyətinə müraciət etmişdir.
Görkəmli yazıçı yaradıcılıq planlarının çoxluğunu əsas gətirərək "Pen-Klub"un prezidenti vəzifəsindən azad olunmasını xahiş edib. Azərbaycan Yazıçılar Birliyinin katibliyində Maqsud İbrahimbəyovun xahişi nəzərə alınmış, bu vəzifədə səmərəli fəaliyyətinə görə ona AYB rəhbərliyi və "Pen-Klub"un idarə heyəti adından təşəkkür bildirilmişdir.
Uzun illər "Pen-Klub"un vitse-prezidenti vəzifəsini daşıyan AYB katibi, xalq yazıçısı Çingiz Abdullayev bu qurumun prezidenti seçildi.
Ədəbiyyat qəzeti.- 2011.- 20 yanvar.- S.3.