"Azərbaycan
qadını" jurnalının
yeni sayı təqdim olundu
Yanvarın 14-də Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan
qadını" jurnalının
yeni sayı təqdim olunmuşdur.
Prezident Administrasiyası humanitar siyasət məsələləri
şöbəsinin müdiri
Fatma Abdullazadənin baş redaktorluğu ilə nəşr olunan jurnalın növbəti nömrəsi
də maraqlı materiallarla zəngindir. Burada oxuculara
Milli Məclisin yeni tərkibinə seçilmiş iyirmi xanımla maraqlı müsahibələr təqdim
edilmişdir. Müsahibələrdə onların uşaqlıq və gənclik illəri ilə bağlı xatirələri,
siyasətə, incəsənətə,
tarixi abidələrə
münasibətləri əks
olunmuşdur.
Yeni sayda oxucular Heydər Əliyev Fondu ilə Azərbaycanın Böyük
Britaniyadakı səfirliyinin
birlikdə təşkil
etdiyi "Azərbaycan:
uçan xalçalarda
nağıllar dünyasına"
adlı sərginin təfərrüatları ilə
də
Xarici işlər
nazirinin müavini,
XİN-in Diplomatik Akademiyasının
rektoru Hafiz Paşayevlə
müsahibə "Pyedestal"
rubrikasında verilmişdir.
Musiqisevərlər jurnalın səhifələrində
Sankt-Peterburqun Marinski adına Dövlət Akademik Opera və Balet Teatrının solisti, həmyerlimiz Regina Rüstəmova və həyatının çox
hissəsini teatrda keçirən daha bir gənclə - Çinarə Əlizadə
ilə tanış ola biləcəklər.
Qəbələdə keçirilən
II Beynəlxalq Musiqi festivalı, əməkdar
artist, professor Yeganə Axundovanın
yaradıcılığı, tanınmış şair
Onegin Hacıqasımovun
taleyi ilə bağlı zəngin materiallar və müxtəlif mövzuda digər yazılar da oxucuların marağına səbəb
olacaqdır.
Sonda gənc
qadın xanəndələrin
ifasında muğam axşamı keçirilmişdir. "Xarı
bülbül" muğam
qrupunun müşayiəti
ilə Güllü Muradova, Vəfa Orucova, Bəyimxanım Vəliyeva, Arzu Əliyeva və Rəvanə Ərəbovanın
ifasında "Şur"
dəstgahı və
"Bayatı-Şiraz" səslənmişdir.
Ədəbiyyat qəzeti.- 2011.- 20 yanvar.- S.3.