Ədəbiyyatımızın böyük dostu

  

Heydər ƏLİYEV

ümummilli lider

 

Qürur hissi ilə qeyd etmək istəyirəm ki, müstəqil Azərbaycan Respublikası və onun dövləti öz böyük oğlunun - böyük Füzulinin xatirəsini bu günün imkanları çərçivəsində qeyd etmək üçün əlindən gələni etmişdir. Eyni zamanda onu da demək yerinə düşərdi ki, 500 il ərzində - Füzulinin sağlığında da, o həyatdan gedəndən sonra da Füzuli yaradıcılığı, Füzuli şəxsiyyəti haqqında bu qədər yüksək səviyyəli tədbirlər keçirilməmişdir. Füzulinin 400 illiyiolub. 450 illiyi bizim nəslin vaxtında olub, indi 500 illik yubileyini başa çatdırırıq. Biz fəxr edə bilərik ki, bu 500 illik yubileydə Füzulini onun yaradıcılığının, şəxsiyyətinin layiq olduğu səviyyəyə çatdırdıq.

Şübhəsiz ki, Füzuli elə bir şəxsiyyət, elə bir dahidir ki, onun haqqında xatirəsi ilə əlaqədar nə qədər çox görülsə də Füzulinin o səviyyəsinə çatmaq mümkün olmayacaqdır. Ancaq biz buna çalışmışıq, bu yolla getmişik və şübhə yoxdur ki, bu yolla getməkdə davam edəcəyik.”

 

Ədəbiyyat qəzeti.- 2012.- 7 dekabr.- S.1.