Naxçıvan
5 dekabr tarixdə Hüseyn Cavidin Naxçıvandakı ev muzeyində şair-daramaturqun vəfatı günü ilə əlaqədar "Anım günü" keçirilmişdir.
Tədbir iştirakçıları böyük şair-dramaturq Hüseyn Cavidin məqbərəsini ziyarət edərək gül-çiçək dəstələri qoymuşlar.
Sonra tədbir şair-dramaturqun
ev muzeyində
davam etmişdir. Tədbiri giriş sözü ilə ev muzeyin direktoru
Bəhruz Axundov açaraq qeyd etmişdir ki, xalqımızın ümummilli
lideri Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci hakimiyyəti dövründə,
kommunist rejiminin çox çətin vaxtlarda, Kremldəki nüfuzundan istifadə edərək çox cəsarətli addım ataraq görkəmli şair-dramaturqun nəşinin
doğma vətəninə
gətirilməsinə nail olmuşdur.
O qeyd etdi ki, hələ sovet tarixində belə hadisə olmamışdı. Hələ heç
bir repressiya qurbanı şimal cəhənnəmindən qurtularaq
Vətəninə dönməmişdi.
Tədbirdə Turan Cavid Qadın Mərkəzi İctimai Birliyinin sədri Sevda Cəfərova, Naxçıvan
Dövlət Universitetinin
müəllimi, şair
Xanəli Kərimli, yazıçı-publisist Əbülfəz
Əsgərli, Cəlil
Məmmədquluzadənin ev
muzeyinin direktoru Yaqut Mehdiyeva və H.Cavidin ev muzeyinin baş
mühafizi Məsmə
Hacıyeva çıxış
etmişlər.
Tədbirin sonunda muzeyin ekspozisiyasındakı yeni
tərtibat verilmiş
"Repressiya" otağına
baxış oldu.
Pakizə Qasımova
Hüseyn Cavidin Naxçıvandakı
ev muzeyinin
əməkdaşı
Ədəbiyyat qəzeti.- 2012.-
7 dekabr.- S.2.