Üzeyir Hacıbəylinin
ev muzeyində düşüncələr
Əbədiyyət nəsib deyil hər sənətkara,
Hər köçənin evi dönüb muzey olmayır.
Yüz-yüz bəzək vurdursa da daşa-divara,
Nə faydası, adı xalqa bəzək olmayır.
Ev muzeyi xatirəsi müqəddəslərin
Bu dünyada ölümsüzlük vəsiqəsidir.
Ev-muzeyi
qəbri nurla dolan kəslərin
Ürəklərdə yaşamağa
min il bəsidir.
Dəbdəbəyə, cah-calala baxmır gələnlər,
Sənətkarın nəfəsilə varlanıb
gedir.
Lap qaranlıq daxma olsun, qədirbilənlər
Yaratdığı incilərlə nurlanıb
gedir…
Budur, qədim bir imarət, ucqar məhəllə,
Qapısında heykəlləşən Üzeyir
baba.
Mən çırpınan bir ürəklə, titrəyən
dillə
Sənətkara salam verib girdim mehraba.
Bu tənəklər xoşbəxtdir
ki, onu dinləyib,
Yer üzündə
nə əvəzi, nə qiyməti var.
Bu ağaca Üzeyirin nəfəsi dəyib,
Gövdəsində sahibinin əzəməti
var.
Payız
vaxtı yarpaqların
rəngi qızıldı,
Bir-bir qonub saçlarıma verdi səs-səsə.
Ürəyimə həzin-həzin bir
not yazıldı,
Bülbül dindi, qulaq asdım ölməz "Sənsiz"ə…
İliyimə, damarıma təzə
qan kimi
Nəğmə axdı, tüğyan etdi sinəmdə ürək.
Bu muzeydə sətir-sətir
gördüklərimi
Şəkil-şəkil gözlərimə köçürüm
gərək.
Bura ömrün aynasıdır
təmiz, ləkəsiz,
Hər zərbəsi
brilyantdan, qızıldan
baha.
Bilirsənmi, niyə olub sənət Məkkəmiz,
Bilirsənmi, niyə dönüb ziyarət\gaha?!
Od paylayıb min ocağın gözünə
bu ev,
Evsizləri öz başına yığıb ana tək.
Deyirlər ki, hər gələnin üzünə
bu ev
Gecə-gündüz açıq olub mehmanxana tək.
Yüz-yüz cavan istedadı
qanadlandırıb,
Bir qocaman qartal kimi ucaldıb
göyə.
Yüz-yüz ömrün yollarında
işıq yandırıb,
Musiqimiz günəş kimi parlasın deyə.
Əfsuslar ki, o vaxt bura yolum düşməyib,
O, köçəndə on dörd
yaşlı uşaq olmuşam.
Ən nurani ağsaqqalla mən görüşməyib,
İndi özüm saç-saqqalı
dumağ olmuşam.
Adam var ki, paltarını
geyib Üzeyrin,
Aldığına şərik çıxıb,
gözü doymayıb.
Ömür boyu çörəyini
yeyib Üzeyrin,
Bircə dəfə bu muzeyə qədəm qoymayıb.
Ustadına kəc baxana nankor deyilir,
Qoy bu yerdə fikir xalqın, söz mənim olsun.
Kim kökündən aralanıb
yada əyilir,
Üzeyirin ruhu ona qoy qənim olsun!
Bura sənət rübabımın
Çənlibelidir,
O, bir evdən milyon qəlbə keçən Koroğlu.
Yurdumuzun zəka nuru, nəğmə selidir.
O, xalqımın həm atası, həm də ki, oğlu.
Boran olub, tufan olub
ömür yolunda,
Musiqisi Vətən
deyib bəmdən ziləcən.
Sənətiylə şəxsiyyəti dəmir
yolunda
Relslər kimi qoşa gedib son mənziləcən.
Bura ömrün aynasıdır
təmiz, ləkəsiz,
Hər zərbəsi
brilyantdan, qızıldan
baha.
Üzeyirin ev muzeyi sənət Məkkəmiz
Bu gün dönüb
ən müqəddəs
ziyarətgaha.
Atanın arzusu
Qəşəngdir oğlumun xurmayı
saçı,
Qaşları qaradı, gözləri qonur.
Məni
görən kimi o qanad açır,
Bala göyərçin
tək sinəmə qonur.
Deyirlər, balamı çox
sevdiyimdən,
Batır sol yanağı gülümsəyəndə.
Qoy olsun, bu sözü
bildiyim gündən
Elə həmin
yeri öpürəm mən də.
Deyirəm, basdıqca onu bağrıma;
O mənim canımla bir can deyilmi?!
Mənim
hər dərdimə,
ürək ağrıma
Onun gül nəfəsi dərman deyilmi?!
Əzizdir hamının mənə
körpəsi,
Gözümün işığı gözümünküdür.
Elə ki, eşitdim ağlamaq səsi,
Deyirəm, ağlayan özümünküdür.
Onda süd qoxusu, gül nəfəsi var,
Səadət diləyir bütün varlığa.
Bu yer kürəsində körpə balalar
Balam tək çıxaydı bəxtiyarlığa.
Hər vaxt diləyirəm o gözəl çağı:
Gözlərdə nə qüssə, nə qəm olaydı.
Bütün körpələrin sığınacağı
Deyirəm, kaş mənim
sinəm olaydı!
Ananın dərdi
Bayılda böyük bir
bəhsxana var,
Silahlı əsgərlər durub keşikdə.
Burada çadralı, dərdli ana var, -
O büküb boynunu, qalıb eşikdə.
Oğluyla görüşə gəlib bu qadın,
Oğrudur, əl çəkmir bəd niyyətindən.
Ana ağrısını çəkir
övladın,
Əriyir xar olur xəcalətindən.
Bilsəydi, qərq olur əzab tərinə,
Qara daş doğardı oğul yerinə.
Tofiq Bayram
Ədəbiyyat qəzeti.- 2012.-
7 dekabr.- S.5.