Dağlara
Olsam da
vurğunu uca dağların,
İllərdir
düşməyir yolum,dağlara!
Alsaydıq
- gəzərdim qarışbaqarış,
Deyərdim:
"Qurbanın olum!" - dağlara!
Mən
onun qoynunda dinclik tapardım,
Çiçəyin
iyləyib, gülün qopardım.
Başına
dolanıb qucaqlayardım,
Əgər
çatsa idi qolum dağlara!
Arxalı
köpəklər meydan sulayır,
Cənnət
diyarımda bayquş ulayır.
Yandırır,
sərvətin çapıb-talayır,
Yamanca
verdilər zülüm dağlara!
Qalxam
yaylaqlara, yatağa çıxam,
Ya enəm
dərəyə, ya dağa çıxam.
O
dağdan enərək bu dağa çıxam,
Xərclənə
yollarda pulum dağlara!
Zakirəm,sinəmdə
bir odlu ürək,
Onda yerləşibdi
yüz arzu,dilək.
Elə
alışam kı, Ağdamda gərək, -
Bəlkə
gərək oldu külüm dağlara!
Allah adamı
Kimsə
dərdli ola, gecə o yatmaz,
Yatan
taleyimi kimsə oyatmaz.
Bir kimsənin
toyuğuna daş atmaz,
Allah
adamıyam, Allah adamı.
Gedir min
çeşidli oyun, dinmərəm,
Dosta
süzülərsə suyum, dinmərəm.
Haqqına
dərimi soyun, dinmərəm,
Haqsızlıq
yandırdı, Allah, atamı.
Qismət
İlahidən bir can veribdir,
Bir
gözəl təbiət, ilham veribdir.
Çox
da ki, şeytana imkan veribdir,
Şeytan
asi olar, Allah adamı?
İndi
hansı ölçü, hansı meyardır?
Düşünən
insana can evi dardır.
İnsanın
min cürə xisləti vardır,
Yolundan
çıxartma, Allah adamı.
Rübailər
Şam
kimi əriyib damaram indi,
Taledən
bir vüsal umaram indi.
Xumar
gözlərini görəndən bəri,
Yaman
xumarlandım, xumaram indi.
Gözlərin
günəşdi, yanağın aydı,
Səsin
taleyimdə haydı, haraydı.
Xəstələr
əlimlə tapmazdı şəfa,
Eşqin
ürəyimdə yurd salmasaydı.
Könül
şəfqətini sanar əlində,
Gülüm,
fanardımı yanar əlində?
Sən gələn
yollara qəlbim nur çilər,
Eyibdir, gəzdirmə
fanar əlində.
Zakir Ağdamlı
Ədəbiyyat qəzeti.-
2012.- 7 dekabr.- S.7.