Milli marş
Azərbaycan Xalq
Cümhuriyyətinin himni
Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın
Şanlı Vətəni!
Səndən ötrü can verməyə
Cümlə hazırız!
Səndən ötrü qan tökməyə
Cümlə qadiriz!
Üçrəngli bayrağınla
Məsud yaşa!
Minlərlə can qurdan oldu!
Sinən hərbə meydan oldu.
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan!
Sənə
hər an can qurban!
Sənə
bir çox məhəbbət
Sinəmdə
tutmuş məkan!
Namusunu
hifz etməyə
Bayrağını
yüksəltməyə,
Cümlə
gənclər müştaqdır!
Şanlı
Vətən, şanlı Vətən!
Azərbaycan,
Azərbaycan!
Gəncəm, hey…
Bura
Şahsevəndi, bura Bağmandı,
Bura Sərdar
bağı, bura Ozandı!
Görənlər,
bilənlər sana heyrandı!
Bəzənsin
çöllərin, Gəncəm,
Gəncəm,
hey!..
Nizami gələrmi
bir də cahana?!
Sənə
oğul oldu, sən ona ana!
Neçə
cahangirə, neçə arslana
Toy tutdu əllərin,
Gəncəm,
Gəncəm,
hey!..
Sən Dədə
Yedyarın yadigarısan!
Sınıq
könüllərin payidarısan!
Yağının
qənimi, dostun yarısan!
Söylənir
fellərin, Gəncəm,
Gəncəm,
hey!..
Ziyadxan
evləri cərgə-cərgədi,
Hər
çinar qoynunda bir sərkərdədi!
Sazında,
sözündə pərdə-pərdədi
Qovğalı
illərin, Gəncəm,
Gəncəm,
hey!..
Üstünə
gələnlər gəlməz özünə!
Bir
başına döyər, bir də dizinə!
Ox kimi
süzərək - xain gözünə
Sancılar
millərin, Gəncəm,
Gəncəm,
hey!..
Mən nəyə
söykənim, nəyə inanım?
Bir sana, tək
sana gəlir gümanım!
Bu Cavad
qalası dinim, imanım -
Açılsın
güllərin, Gəncəm,
Gəncəm,
hey!..
Başının
üstündə ulduz-ayın var!
Hər
günü bir tarix ilin, ayın var!
O tay-bu
tay axan Gəncə çayın var,
Car olub
sellərin, Gəncəm,
Gəncəm,
hey!..
Keşiş
ağlar qoydu Zəhra ananı!
Soldurdu,
saraltdı o Natəvanı!
Əslin
köçüb getdi, Kərəmin hanı?
Danışsın
dillərin, Gəncəm,
Gəncəm,
hey!..
Düşmənim,
inşallah, hər vaxt xar olar!
Gen
dünya başına daim dar olar!
Necə
ki, sən varsan, Vətən var olar!
Var olsun
ellərin, Gəncəm,
Gəncəm,
hey!..
Gəncə
- 1918
Göy göl
Dumanlı
dağların yaşıl qoynunda
Bulmuş
gözəllikdə kamalı Göy göl!
Yaşıl
kərdənbəndi gözəl boynunda
Əks
etmiş dağların camalı Göy göl!
Yayılmış
şöhrətin Şərqə, Şimala,
Şairlər
heyrandır səndəki hala.
Dumanlı
dağlara gələn suala
Bir cavab
almamış soralı Göy göl!
Bulunmaz
dünyada bənzərin bəlkə,
Zavvarın
olmuşdur bir böyük ölkə.
Olaydı
könlümdə bir yaşıl kölgə,
Düşəydi
sinənə yaralı, Göy göl!
Sənin
gözəlliyin gəlməz ki, saya,
Qoynunda
yer vardır yıldıza, aya.
Oldun sən
onlara mehriban daya,
fələk
büsatını quralı, Göy göl!
Kəsin
eyşi-nüşi, gələnlər susun,
Dumandan
yorğanı, döşəyi - yosun.
Bir
yorğun pəri var, bir az uyusun,
Uyusun
dağların maralı Göy göl!
Zümrüd
gözlərini görsünlər deyə,
Şamlar
boy atmışdır, uzanmış göyə.
Keçmişdir
onlara qəzəbin niyə,
Düşmüşlərdir
səndən aralı, Göy göl?!
Dolanır
başına göydə buludlar,
Bəzənmiş
eşqinlə çiçəklər, otlar.
Öpər
yanağından qurbanlar otlar,
Ayrılıq
könlünün qıralı, Göy göl!
Bir
sözün varmırdır əsən yellərə,
Sifariş
etməyə uzaq ellərə?..
Yayılmış
şöhrətin bütün dillərə,
Olursa, qoy
olsun haralı, Göy göl!
Göy
göl - 1925
***
Ey Göy
gölüm,
Ey göy
gülüm!
Qoy
göyərib,
Qoy mən
ölüm!
Assınlar
məni,
Kəssinlər
məni!
Qoy
türmələrə
Bassınlar
məni!
Neynirəm
könlü,
Neynirəm
dili?
Səndən
yazmasam
Neynirəm
əli?!
Nəsən,
kimsən sən?
Nisgilimsən
sən!
Qoy
açıq deyim,
Sevgilimsən
sən!
Borana
düşdüm,
Yüz
qana düşdüm!
Adını
çəkdim,
Zindana
düşdüm!
Könlüm
tel olsun!
Yaşım
sel olsun!
Bu dar qəfəs
də
Qoy
Göy göl olsun!..
Bakı -
1925
Bayatılar
Aşiqəm,
gül alanda,
Gül
bitər Gülalanda.
Şükri
yadıma düşər,
Əlimə
gül alanda.
Çıxdım
çinar başına,
Baxdım
evlər tuşuna;
Bir
nişanlı qız gördüm
Oxşur
cənnət quşuna.
Mən
aşiq, qalx ayağa,
Su dolur,
qalxa yağa.
İllər
xəstəsi canım,
Yar gəldi,
qalx ayağa.
Dəryanın
o yüzündə,
At
oynatdım düzündə.
İki
muraz sevmişdim,
Biri
qaldı gözümdə.
Mən
gedirəm o yüzə,
Qayıqda
üzə-üzə.
Ay
quşlar, siz şad olun,
Meşələr
qalır sizə.
Su gəlir
lülə-lülə,
Dost gəlir
gülə-gülə.
Əlində
əl yaylığı
Qan-təri
silə-silə.
Bir
cüt quş var gül üstə,
Bir
cüt göz var yol üstə.
Tanrım,
məni öldürmə,
Toyum
vardır il üstə!
Əl
yaylığı açılmaz,
Saçaqları
saçılmaz.
Bu mənim
sönmüş könlüm
Yar
görməsə, açılmaz!
Bu dağdan aşmaq olmaz,
Kağızdan başmaq olmaz.
Küsülü yar ötürdüm,
Daha barışmaq olmaz!
Pəncərə, ay işığı,
Oldum ellər
aşığı.
Gedibdir,
gələr tapar,
Məhləmin yaraşığı.
Əzizim,
soydun məni,
Nar kimi soydun məni.
Nə kölgədə bəslədin,
Nə günə
qoydun məni?!
Aç,
dostum pəncərəni,
Gözüm görsün gələni.
Qəbirə qoymaq olmaz
Yar dərdindən
öləni.
Mən aşiq dil qədəri,
Qaşların mil qədəri.
Hər sabah üzün
görsəm
Açıllam gül qədəri.
Əhməd Cavad
Ədəbiyyat qəzeti.- 2012.-
21 dekabr.- S.3.