Satirik sətirlər

  

Saat geri qalırdı

 

Lap məəttəl qalmışdım. Son zamanlar qol saatım geri qalırdı. Yəqin deyəcəksiniz ki, burada məəttəl qalmalı var ki? Apar ustaya, təmir eləsin, vəssalam.

Kaş, siz fikirləşdiyiniz kimi olaydıAmma məsələnin məğzi tamam başqadır. Əvvələr saatım köhnə idi. Bir-iki dəfə usta əli dəymişdi. Bir sözlə, gözümdən düşmüşdü. Gedib təzəsini aldım. Özü xarici firmanın buraxdığı saatların ən yaxşısını seçdim. Hər gün radio ilə yoxladım. Gördüm yox, saatın dəqiq işləməsinə söz ola bilməz.

Xeyli keçdi. Bu saat da geri qalmağa başladı. Bəzən elə olurdu ki, axşam saatı düzəldirdim, səhər yenə on-on beş dəqiqə, bəzən yarım saat "axsayırdı". Ustaya aparırdım, yoxlayırdı, "yox, bu saatlar geri qala bilməz" - deyirdi. Xülasə, bu məsələdən baş aça bilmirdim ki, bilmirdim.

Hər səhər təzə kostyumumu, ayaqqabımı geyinib işə gedirdim. Əvvəlcə, evdəki güzgünün qabağında saçımı darayır, qalstukumu səliqə ilə bağlayırdım. Arvadım da hər dəfə yola düşəndə istehza ilə soruşurdu:

- Yenə bəzənib-düzənirsən?

Çox vaxt onun bu sualına fikir vermirdim, çünki səliqəli geyinmək mənim adətim idi. Bəzən zarafatla cavab verirdim:

- Bu gün görüşüm var

Heç demə, arvad elə bundan şübhələnirmiş

Bir dəfə yenə güzgünün qabağında "bəzənib-düzənirdim". Güzgüdən o biri otaq aydın görünürdü. Qalstukumu təzəcə bağlamışdım ki, gördüm arvad masanın üstündən saatı götürüb "əlləşdirdi". Özümü görməməzliyə vurdum. Evdən çıxanda saatı götürdüm ki, qoluma bağlayım. Divar saatı ilə yoxlaynada gördüm ki, qol saatım düz otuz dəqiqə "geri qalıb"…

Onda başa düşdüm ki, məsələ yerdədir. Heç demə, arvad qol saatımın əqrəblərini geri çəkirmiş ki, mən "görüşlərə" gecikim

Bu da qısqanclığın təzə hoqqası!..

 

Kişinin tanışları

 

Restoran müdirinin arvadı telefonun dəstəyini qaldırıb nömrəni yığdı.

- Məlahət Aslanlı! - Dəstəkdən cavan bir qadının səsi eşidildi.

- Bağışlayın, ay qız, siz məhkəmədə işləyirsiniz?

- Siz səhv edirsiniz. Bura kinostudiyadır.

- Bağışlayın.

Müdirin arvadı dərindən nəfəs alıb, növbəti nömrəni yığdı.

- Alla Quluzadə sizi dinləyir. - Dəstəkdən məlahətli bir səs gəldi.

- Zəhmət olmasa deyin, siz restoranda xidmətçisiniz?

- Ay xanım, bu deməkdir? Mən böyük bir nazirlikdə katibəyəm!

- Üzr istəyirəm, yəqin nömrəni səhv yığmışam. Müdirin arvadı yenə bir nömrə yığdı.

- Allo, - cingiltili bir səs eşidildi. - Zema Mamedova sizi dinləyir.

- Ay qız, deyin görüm, siz elmi-tədqiqat institutunun professorusunuz?

Zema qəhqəhə çəkdi:

- Siz danışırsınız? Onuncu sinfi güc-bəla ilə bitirmişəm. Məndən professor olar? Özüm institutda yox, mağazada müdir işləyirəm. Kimdir soruşan?

- Bağışlayın, səhv etmişəm.

- Dalbadal kimə zəng vurursan belə? - Rəfiqəsi təəccüblə müdirin arvadından soruşdu.

- Kişinin işlə əlaqədar tanışlarına!

Müdirin arvadı ərinin unudub evdə qoyduğu telefon dəftərçəsini peçin içinə atdı

 

Zəng

 

Telefon zənginin tərifini bilənlər var, bilməyənlər . Yəqin deyəcəksiniz ki, telefonlardan eşidilən cingiltili səsə telefon zəngi deyilir. Doğrudur, bunu hamı bilir. Amma bu zənglər adi zənglərdir, biz deyilənlərdən deyil.

Kimlər ki, bir vəzifə sahibi olublar, onlar belə zənglərin demək olduğunu bilirlər. Kimlər ki, bir mənsəbə çatmayıblar, onlar üçün zəng, elə adi zəngdir, vəssalamfikrimizi aydınlaşdırmaq üçün bir əhvalat danışaq.

Təzə-təzə yazmağa başlayan Hüseyn Dalğın redaksiyaya gəlib ilk hekayəsini redaktora təqdim etdi. Redaktor hekayəni diqqətlə oxudu, xoşuna gəldi.

- Yaxşı hekayədir, növbəti nömrələrimizin birində dərc edərik, - dedi.

Axşama tərəf hörmətli dostlarından biri redaktora zəng vurdu:

- Qardaş, bizim uşaq bu gün sizə bir hekayə gətirib. Bilmirəm, xoşunuza gəldi, yoxsa, yox? Dərc eləsəniz yaxşı olar.

Redaktor hekayəni təriflədi, "Mütləq dərc edəcəyik" - dedi.

Səhəri gün redaktorun telefonu yenə cingildədi:

- Qədim Qədimoğlu, dünən sizə bir hekayə veriblər. Səhv eləmirəmsə, Hüseyn Dalğın ad-familiyalı bir gəncin hekayəsidir. Cavanlara kömək eləmək bizim borcumuzdur. Xahiş edirəm

Redaktor onun sözünü kəsdi:

- Mən onun özünə demişəm. Siz arxayın olun, hekayə dərc olunacaq.

Bir-iki saatdan sonra telefonun səsi redaktorun qulağına düşdü. O, dəstəyi qaldıranda dostunun səsini eşitdi:

- var, yox? Çoxdandır zəngləşmirik

- əcəb sizdən?

- Qədim Qədimoğlu! Gələcəyinə ümid bəslədiyim bir oğlan var. Hüseyn Dalğını deyirəm. Onun sizdə

- Bir hekayəsi var, eləmi?

- Bəli, bəli

- Dərc edəcəyik. Mütləq!

Axşam readktor işdən çıxıb evə getmək istəyəndə Hüseyn Dalğını redaksiyanın qabağında "fırlanan" gördü. Yaxın gəlib candərdi dilləndi:

- Hekayən dərc olunacaq...

 

Xeyrəddin Qoca

   

Ədəbiyyat qəzeti.- 2012.- 21 dekabr.- S.8.