Zeyqəm
Vüqar - 60
Hörmətli
Zeyqəm Vüqar!
Sizi-
istedadlı şairimizi 60
yaşınızın tamam olması
münasibətilə təbrik edirik.
Siz bədii
yaradıcılığa ötən əsrin 70-ci illərindən
başlamısınız. İlk şeirlərinizi
tələbəlik illərində yazmısınız. 40 ilə
yaxındır ki, şeirləriniz
müxtəlif mətbu orqanlarda çap olunur. Bu illər ərzində "Öyrət məni
ayrılığa", "Sevgim gərəyin
olar", "Vətən dərdi olmaya", "Məhəbbətin bəsimdi"
şeirlər kitabınız işıq üzü
görüb. "Qoy
tanısın dünya səni",
"Araz-2", "Araz-3", "Şəhidlik - ömrün nur
çağı", "Çinar
pöhrələri", "Səhər nəğmələri",
"Dostlar töhfəsi" və s. almanaxlarda onlarla şeirləriniz çap
olunub.
Siz 1975-ci ildə
Naxçıvan Dövlət Universitetinin
Azərbaycan dili və ədəbiyyatı
fakültəsini bitirmisiniz. 1975-1981-ci illərdə
doğulduğunuz kənddə - Şahbuz rayonunun Külüs kəndində müəllim
işləmisiniz. Sonra isə 6 il Babək rayon Tarix-diyarşünaslıq muzeyində fond müdiri,
1987-1990-cı illərdə Babək rayonundakı Nehrəm kənd
2 nömrəli orta məktəbində
müəllim, 1990-1994-cü illərdə Babək rayon Təhsil şöbəsində metodist vəzifəsində
çalışmısınız. 1995-ci ildən bu günə kimi
yaşadığınız Qoşadizə (Babək rayonu) kənd orta məktəbinin
direktoru vəzifəsində
çalışırsınız.
Siz uzun
illərdir ki, radio və
televiziyada çıxışlar edir, pedaqoji sahəyə aid verilişlər
hazırlayırsınız.
Hörmətli
Zeyqəm müəllim!
Sizi bir daha 60 illik
yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı,
yaradıcılıq uğurları arzulayırıq.
Azərbaycan Yazıçılar Birliyi
Naxçıvan MR Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.- 2012.- 28 dekabr.- S.6.