Qış oğlan
çağında yaz geyinibdir
Qırmızı
qar düşdü ki,
Çəmənə,
bağ-bağçaya -
Qızıl
gülün kolları
Oxşayır
al boğçaya.
Qəlbi
od yaxır sanki,
İldırım
çaxır sanki;
Çiçəklər
axır sanki, -
Çevrilibdir bağ
çaya.
Ömrə
gülü bu cür ək,
Qönçəni
ruhuna çək;
Əmr
edir gözə ürək:
"Ətir
axır, bax, çaya!"
Haqqın
əli düz əldir,
Görən,
quran göz, əldir,
-
Cənnət,
huri gözəldir,
Qar qızla bu
bağça ya?!
…Özümdə deyil
Həm
varam mən, həm yoxam,
-
Əksim üzümdə deyil.
Ac-yalavac bir toxam, -
Dünya gözümdə deyil.
Yaş alovam, quru su;
Suyum quru, qurum
su.
Ömrün yaşı, qurusu
Eyni düzümdə deyil.
Dağım asılıb tükdən,
Xırdam iri böyükdən,
Belim bükülür
yükdən, -
Gücüm dizimdə deyil.
Yolumda qurd ulayıb,
Məni həyat talayıb;
Tənhalığa
calayıb, -
Qəlbim özümdə deyil.
Çətin, asan…
Yük götürməyə nə
var,
Onu daşımaq - çətin.
Ömür sürməyə nə var,
Onu yaşamaq - çətin.
Dağa dırmanmaq - asan,
Ucala bilmək çətin.
Gücünü verdiyindən
Güc ala bilmək çətin.
Gənclik itirmək - asan,
Qocala bilmək çətin.
Ömrü uzatmaq üçün,
Sürünmək çox asandır;
Şitə duz atmaq üçün
Dümdüz dayanmaq - çətin.
Yuxu həbi
atanla
Yatıb-oyanmaq çətin.
Düzdə, hətta enişdə də
Dirənirik gah yoxuşa, gah dikə;
Nəhəng ikən tikə-tikə
Ölməkdən çətini yox.
Böyüş Yaquboğlu
Ədəbiyyat qəzeti.- 2012.- 28 dekabr.- S.7.