Yazıçılar cəbhə bölgəsində

 

Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi əsasında dekabr ayının 21-22-də şair və yazıçılarımızın Füzuli bölgəsinin “N” saylı hərbi hissəsində zabit və əsgərlərimizlə görüşü olub. Yazarlar hərbi hissələrin zabit və əsgər heyətinin hazırlığı, onların şəraiti ilə tanış olublar. Qələm sahiblərindən Ədalət Əsgəroğlu, Oqtay Rza, Musa Ələkbərli, Məmməd İlqar, Ələmdar Quluzadə, Sabir Sarvan, Oqtay Əliyev, Asif Cəfərli vətənpərvər yazıları və şeirləri ilə çıxış ediblər. Görüşün yekununda incəsənət ustalarından əməkdar artist Zakir Əliyev, muğam müsabiqəsinin qalibləri çıxış ediblər. Sonda nümayəndə heyətinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin mətbuatla əlaqə şöbəsinin rəhbəri şair Ədalət Əsgəroğlu yazarlarımız adından əsgər və zabitlərimizi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, yeni təqvim ili münasibətilə təbrik edib.

 

 

Ədəbiyyat qəzeti.- 2012.- 28 dekabr.- S.7.