TÜRKSOY Hüseyn Cavidin yubileyini qeyd etdi

  

Dekabrın 24-də TÜRKSOY-un Ankaradakı baş ofisində görkəmli Azərbaycan şairidramaturqu Hüseyn Cavidin 130 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov TÜRKSOY-un Azərbaycanın və bütün türk dünyasının görkəmli ədibləri və sənətçilərinin yubileylərinin keçirilməsi, bununla türkdilli ölkələrin mədəniyyətlərinin dünyada tanıdılması sahəsində xidmətlərini vurğulayıb. Diplomat görkəmli ədibin həyat yolundan, zəngin yaradıcılığından söz açıb.

TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş, Naxçıvanın mədəniyyət və turizm nazirinin müavini Məhəmməd Həsənov, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin idarə rəisi Əhməd Arı dörd il İstanbulda təhsil almış görkəmli şairdramaturqun zəngin ədəbi irsinin bütün türk dünyasının sərvəti olduğunu vurğulayıblar. Yubileyin keçirilməsində xidmətləri olan TÜRKSOY-a və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür ediblər.

Sonra Qazi Universitetinin professoru Əhməd Bican Ercilasunun sədrliyi ilə konfrans keçirilib. Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlu, Kazım Qarabəkir Fondunun sədri Timsal Qarabəkir, yazıçı Azər Turan, Turan Cavid Qadın Mərkəzinin sədri Sevda Cəfərova görkəmli şair dramaturqun həyat yaradıcılığından bəhs ediblər.

Daha sonra Cavidin əsərlərinə bəstələnmiş mahnılar səsləndirilib, Naxçıvan Dövlət Musiqili Dram Teatrı Ankaranın Keçiörən rayonunda ədibinİblistamaşasını təqdim edib. Ədibin 130 illik yubileyi münasibətilə tədbirlər İstanbul Universitetində davam etdirilib.

 

 

Ədəbiyyat qəzeti.- 2012.- 28 dekabr.- S.1.