İstiqlal şairi Xəlil
Rza Ulutürkün anadan olmasının 80 illik
yubileyi təntənə ilə qeyd edildi
Oktyabrın 30-da Azərbaycan
Dövlət Akademik Milli
Dram Teatrında Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı
ilə görkəmli istiqlal şairi və ictimai xadim, filologiya elmləri doktoru, professor Xəlil Rza Ulutürkün anadan olmasının 80 illiyinə həsr edilmiş təntənəli yubiley
mərasimi keçirilmişdir.
Mərasimdə mədəniyyət
və turizm naziri Əbülfəs
Qarayev Xəlil Rza Ulutürkün ədəbi irsinin
zənginliyi, ictimai fəaliyyəti, onun yaradıcılığında vətənpərvərlik
mövzusunun xüsusi
yer tutduğu
haqqında məlumat vermişdir. O, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin "Xəlil Rza Ulutürkün 80 illik yubileyinin keçirilməsi
haqqında" 2012-ci il 4 iyun
tarixli sərəncamının şairin yaradıcılığına
dövlət tərəfindən verilən böyük
qiymət olduğunu bildirmiş,
ölkədə müvafiq tədbirlərin
keçirildiyini diqqətə
çatdırmışdır.
Vurğulanmışdır
ki, ümummilli lider Heydər Əliyev azadlıq şairi Xəlil Rza Ulutürkün yaradıcılığını
daim yüksək qiymətləndirmiş,
onu "İstiqlal"
ordeni ilə təltif etmişdir.
Hazırda
Xəlil Rza Ulutürkün
adına mədəniyyət ocaqları, küçə və
məktəblərin olduğunu qeyd edən nazir böyük şairə olan
xalq sevgisinin daim yaşayacağını diqqətə
çatdırmışdır.
Azərbaycan
Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar,
xalq şairi Zəlimxan
Yaqub, Milli Məclisin
deputatı, xalq şairi
Sabir Rüstəmxanlı, filologiya
üzrə fəlsəfə doktoru Azər
Turan, xalq şairi Nəriman Həsənzadə ölməz
poeziya ustası Xəlil Rza
Ulutürkün Azərbaycan ədəbiyyatının
inkişafına verdiyi töhfələrdən,
istiqlal şairinin ictimai fəaliyyətindən söhbət
açmış, onunla bağlı xatirələrini
söyləmişlər. Qeyd olunmuşdur ki, şairin zəngin ictimai-siyasi
mövzulu yaradıcılığı
xalqımızın bədii-poetik fikir
salnaməsinin parlaq səhifələrini
təşkil edir.
Xəlil Rza
Ulutürkün ömür-gün
yoldaşı, Azərbaycan Milli Elmlər
Akademiyasının Nizami adına Ədəbiyyat
İnstitutunun fəxri doktoru
Firəngiz Ulutürk şairin 80
illik yubileyinin keçirilməsi ilə bağlı
imzaladığı sərəncama görə Azərbaycan Prezidenti İlham Əliyevə
dərin minnətdarlığını bildirmişdir. O, Xəlil
Rza Ulutürkün vəfatından
sonra 45 kitabının nəşr olunduğunu diqqətə
çatdırmış, bu istiqamətdə
işlərin bundan sonra
da davam etdiriləcəyini
bildirmişdir.
Bir
çox yüksək rütbəli
dövlət nümayəndələrinin, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə Xəlil Rza Ulutürkün
şeirləri səsləndirilmiş, sözlərinə
yazılmış mahnılar ifa olunmuş, görkəmli poeziya
ustasının ictimai fəaliyyətinə
dair videosüjet nümayiş etdirilmişdir.
AzərTAc
Ədəbiyyat qəzeti.- 2012.- 2 noyabr.-
S.3.