Səyyad
Aran - 60
Hörmətli
Səyyad müəllim!
Sizi -
istedadlı yazıçımızı 60 yaşının tamam olması münasibətilə təbrik edirik.
Siz bədii
yaradıcılığa ötən əsrin yetmişinci
illərində başlamısınız. İlk
mətbu hekayəniz - "Körpü"
1978-ci ildə "Ulduz" jurnalında dərc
edilmiş, ilin üç ən yaxşı hekayələrindən
biri kimi dəyərləndirilmişdir.
Dövri mətbuatda vaxtaşırı əsərlərinizlə
çıxış etmisiniz, 1983-cü
ildə "Körpü" adlı hekayələr
kitabınız oxucuların ixtiyarına verilmiş
və maraqla
qarşılanmışdır. Sonralar
"Soyuq günəş", "Xaosdan sabitliyə", "Ufüqdə Nobel sülh
mükafatı görünür"
adlı kitablarınız çapdan
çıxıb.
Siz 1972-ci ildə Bakı
Dövlət Universitetinin filologiya
fakültəsini bitirib müəllim kimi əmək fəaliyyətinə
başlamısınız. Sonra hüquq fakültəsində ikinci
ali təhsil almısınız. Ölkəmizin
ictimai və siyasi həyatında
fəal iştirak edirsiniz.
İki çağırış Azərbaycan
Respublikası Milli Məclisinin deputatı
kimi səmərəli fəaliyyət
göstəribsiniz. Azərbaycanın İstanbulda
baş konsulu olmusunuz. Hazırda Milli Məclisdə
çalışırsınız.
Ədəbi-ictimai
fəaliyyətiniz "Tərəqqi" medalı,
"Qızıl qələm" mükafatı, "İnam" şərəf diplomu
ilə dəyərləndirilmişdir.
Hörmətli
Səyyad müəllim!
Sizi bir daha yubileyiniz
münasibətilə ürəkdən təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları
arzulayırıq.
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.- 2012.- 9 noyabr.-
S.5.