Böyük dramaturq
Bu günlərdə Azərbaycan
Milli Elmlər Akademiyası (AMEA) Rəyasət
Heyətinin binasında AMEA Hüseyn Cavidin ev muzeyinin
təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, böyük
şair və dramaturq
Hüseyn Cavidin anadan olmasının 130 illiyinə həsr olunmuş "Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür
işığında" mövzusunda
beynəlxalq elmi konfrans
keçirilmişdir. Qeyd
edək ki, oktyabrın 24-də Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndəsi,
böyük şair və
dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin)
anadan olmasının 130 ili
tamam olurdu (1882-1941).
Tədbirdən
öncə iştirakçılar foyedə bu
böyük sənətkarın həyat
və yaradıcılığına həsr olunmuş
sərgi ilə tanış olmuşlar.
Mərasimi
giriş sözü
ilə açan AMEA-nın prezidenti Mahmud Kərimov
öncə tədbir iştirakçılarını salamlayaraq Hüseyn Cavidin əsərlərinin qiymətli söz inciləri kimi bədii
fikir xəzinəmizdə layiqli
yer tutduğunu
vurğulamışdır. O qeyd etmişdir ki, Azərbaycan
xalqının yetirdiyi ən böyük şəxsiyyətlərdən biri olan dahi
şair və dramaturq
Hüseyn Cavidin anadan olmasından 130 il ötür. Cavidin ilk şeirlərini hələ çox
gənc ikən yazdığını nəzərə alsaq, deyə bilərik ki,
100 ildən artıqdır ki, o, öz əsərlərində
yaşayır və xalqına xidmət göstərir. 100 ildən
artıqdır ki, ədəbiyyatşünaslar
və bədii söz maraqlıları Cavid sözünün
gözəlliyindən və müdrikliyindən həzz
alır, onun yeni-yeni
qatlarını üzə çıxarırlar. Bunun nəticəsidir ki,
Azərbaycanda cavidşünaslıq elmi
formalaşmışdır.
Bugünkü beynəlxalq
konfransı da cavidşünaslıqda
növbəti mərhələ kimi nəzərdən
keçirə bilərik. Bu, həm də
Hüseyn Cavid irsinə
dövlət qayğısının bir təzahürü
olan Prezident sərəncamından
irəli gələn vəzifələrin uğurlu
gerçəkləşdirilmə faktı kimi
də qiymətləndirilə bilər.
Məlum
olduğu kimi, Stalin repressiyasının qurbanlarından olan Hüseyn Cavid keçən yüzilliyin
50-ci illərinin ikinci yarısında bəraət
alsa da, onun bir vətənpərvər
şəxsiyyət və dahi sənətkar
kimi həqiqi mənada bəraət
alması Azərbaycan xalqının başqa
bir dahi oğlunun - ulu öndər
Heydər Əliyevin adı və fəaliyyəti ilə
bağlıdır. Ötən əsrin 60-cı illərinin sonunda respublika hakimiyyətinə
gəlmiş Heydər Əliyev Sovet
İttifaqının ən geridə qalmış
respublikalarından biri olan
Azərbaycanı qısa müddətdə hər sahədə
qabaqcıllar sırasına çıxarmağa nail oldu. Əlbəttə,
mədəniyyət və ədəbiyyat sahəsi də bu baxımdan istisna deyildi. Böyük klassiklərin,
o sıradan Cavidin də
ədəbi irsini yüksək qiymətləndirən
ümummilli lider
1981-ci ildə qəbul etdiyi qərarla Cavid əsərlərinin daha
geniş yayılmasına və təbliğinə,
eləcə də cavidşünaslığın yeni yüksək mərhələyə
qalxmasına əlverişli zəmin yaratmış oldu.
Həmin
tarixi qərarda H.Cavidin
Sibirdə məzarının tapılması və nəşinin
qalıqlarının Azərbaycana gətirilməsi,
Naxçıvanda məqbərəsinin ucaldılması,
Bakıda və Naxçıvanda ev muzeylərinin
açılması haqqında göstərişlər verilmişdir.
1993-cü
ilin sentyabrında Azərbaycan Milli Elmlər Akademiyasının
ziyalıları ilə görüşündə Heydər Əliyev
Cavidlə bağlı fəaliyyətini belə
xatırlayırdı: "…Böyük filosof-şairimiz, dramaturqumuz
Hüseyn Cavid həbs
olundu, uzun illər əsərləri
qadağan edildi. Ancaq tarix hər şeyi öz yerinə qoydu. Hüseyn Cavidin cənazəsi də Sibirdən öz vətəninə gətirildi, onun adı da yüksəldi.
Ancaq təəssüf edirəm ki, 1981-ci ildə Hüseyn
Cavidin 100 illiyi
haqqında Kommunist Partiyasının qəbul
etdiyi qərarı Azərbaycanda on il ərzində həyata
keçirmədilər… İndi Hüseyn Cavidin əsərləri
xalqa hava-su kimi lazımdır. Təkcə ədəbi
baxımdan deyil, həm də fəlsəfi,
elmi baxımdan lazımdır. Lakin bu əsərlər
lazımi səviyyədə nəşr olunmuşdurmu?"
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında" 12 yanvar
2004-cü il tarixli sərəncamı
ilə H.Cavidin 5 cildlik
külliyyatı 25 min tirajla
nəşr edilərək bütün
ölkəmizdə cavidsevərlər arasında
yayılmışdır.
1996-cı
ilin oktyabrında Hüseyn
Cavidin məqbərəsinin
açılışında söylədiyi nitqdə Heydər
Əliyev bu yolda sərf
etdiyi titanik səyləri
təvazökarcasına belə ümumiləşdirirdi: "Üç il
yarımdır ki, Azərbaycanın
dövlət müstəqilliyini möhkəmləndirmək,
ölkəmizin ərazi bütövlüyünü
bərpa etmək, respublikamızı Ermənistan təcavüzündən
qurtarmaq üçün
əlimdən gələni əsirgəmirəm və bu yolda gecə-gündüz
çalışıram".
1995-ci
ilin iyununda Hüseyn Cavidin məqbərəsinin
və ev muzeyinin
yaradılmasına həsr edilmiş
müşavirədəki nitqini üç böyük işin həyata keçirilməsi istiqamətində
quran ümummilli liderimiz bu işlərin
hamısının müstəsna əhəmiyyətli olduğunu qeyd etmiş, Cavid məqbərəsinin,
ev muzeyinin və abidəsinin
açılışını bir
nömrəli vəzifə kimi əlaqədar
təşkilatların üzərinə qoymuşdur.
Yalnız bundan sonra
qısa bir müddət ərzində Heydər
Əliyevin şəxsi nəzarəti və qayğısı
altında nəhəng işlər görülmüş
və özünün müəyyənləşdirdiyi
kimi, böyük şairin anadan
olmasının ildönümündə - 1996-cı ilin oktyabrında Naxçıvanda Hüseyn Cavidin məqbərəsi
bütün gözəlliyi və əzəməti
ilə xalqın gözü
qarşısında ucalmışdır. Onu
da qeyd etməyi
lazım bilirəm ki, Heydər Əliyev bütün bu işləri
ictimai-siyasi istedadının bütün potensialını sərf etməklə,
sevə-sevə görmüş və nəticədə
həm özünə, həm də Cavidə layiq
gözəl abidələr qoyub getmişdir.
Bu abidələrdən biri də, şübhəsiz ki,
yenə də dahi şairin
anadan olmasının ildönümündə,
daha doğrusu, 120 illik yubileyində ümummilli
liderimiz Heydər Əliyev tərəfindən
açılan Hüseyn Cavidin
ev muzeyidir. Ulu öndərin qayğısı ilə fəaliyyətə
başlayan ev muzeyi qısa bir zamanda cavidşünaslığın mərkəzinə
çevrilmiş, Cavid
yubileylərinə həsr edilən konfransların
keçirilməsində həqiqi bir qərargah
rolunu oynamışdır. 2007-ci ildə Cavidin 125 illik yubileyinin, bu il isə 130 illik yubileyinin keçirilməsi haqqında Prezident sərəncamlarının yüksək
səviyyədə yerinə yetirilməsində Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn
Cavidin ev muzeyi layiqincə fəaliyyət göstərmişdir.
Zənnimcə, bugünkü konfrans da bu
baxımdan istisna olmayacaqdır.
AMEA
Hüseyn Cavidin ev muzeyinin direktoru,
filologiya elmləri doktoru
Gülbəniz Babaxanlı konfrans
iştirakçılarının nəzərinə
çatdırmışdır ki, bu gün böyük
dramaturq-filosof şair
Hüseyn Cavidin söz işığına
toplaşdığınız üçün
hamınıza öz dərin minnətdarlığımı
bildirirəm. Təməli ulu öndərimiz
Heydər Əliyev tərəfindən qoyulmuş
Hüseyn Cavidin şəxsiyyətinə
və sənətinə verilən yüksək qiymətin nəticəsi
olaraq ölkə Prezidenti
İlham Əliyev cənablarının Hüseyn Cavidin anadan olmasının 130 illiyinin
keçirilməsi ilə bağlı imzaladığı sərəncamdan
irəli gələn tədbirlər artıq start
götürmüşdür. Bu tədbirlərin yerinə yetirilməsində
AMEA-nın xüsusi rolu
vardır. AMEA-nın reallaşdıracağı işlərdən
bir neçəsini nəzərinizə
çatdırmaq istəyirəm:
1.
Çoxcildli
"Cavidşünaslıq" məqalələr toplusunun 10 cildinin nəşrə
hazırlanması və çap
olunması;
2.
"Hüseyn Cavid: həyat
və sənət yolu" (biblioqrafik, veblioqrafik, videoqrafik, audioqrafik
göstəricilər) kitabı;
3.
"Hüseyn Cavidin ədəbi-elmi
irsi" adlı sənədli film;
4.
Hüseyn Cavidin həyat
və yaradıcılığına həsr olunmuş
5 ən yaxşı monoqrafiyanın yenidən nəşr
olunması (artıq monoqrafiyalar müəyyənləşdirilmişdir);
5.
"Sözləri Hüseyn Cavidindir" adlı mahnı albom
artıq işıq üzü görmüşdür. Bu
alboma Hüseyn Cavidin sözlərinə yazılmış 20
mahnı daxil edilmişdir
ki, həmin albom
iştirakçılara təqdim olunacaq;
6.
"Hüseyn Cavidin ev muzeyinin izahlı kataloqu"nun elektron nəşri hazırlanıb muzeyin saytına yerləşdirilmişdir;
7.
Hüseyn Cavidin "Şeyda" əsəri 11 xarici
dilə tərcümə edilərək nəşrə
hazırlanır (türk, rus,
ingilis, fransız, belarus,
bolqar, çex, polyak, alman, yunan və Ukrayna).
Onu da qeyd etmək istəyirəm ki,
Hüseyn Cavidin əsərlərinin
xarici dillərə tərcüməsi davam etdirilir. Artıq onun seçmə şeirləri fransız dilinə
tərcümə olunmuş və AMEA tərəfindən
nəşr edilmişdir. Bu
yaxınlarda ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə fransada açılan Azərbaycan Mədəniyyət
Mərkəzinin fonduna Heydər Əliyev fondu tərəfindən məhz Hüseyn Cavidin "Məhəbbətdir
ən böyük din"
adlı (fransız dilində) kitabından 50 nüsxə
fransız oxucularının ixtiyarına verilmişdir.
Bildiyiniz kimi, düz 130 il bundan öncə
oktyabrın 24-də Hüseyn Cavid anadan olmuşdur.
Məhz 24 oktyabr tarixində təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən
qoyulmuş ənənəvi tədbirlə
konfrans öz işini davam etdirəcək.
Cavid yaradıcılığına həsr
olunmuş bu konfransda Azərbaycan alimləri və tədqiqatçıları
ilə yanaşı, dünyanın bir çox ölkələrindən cavidşünaslar uzun yollar qət edərək Cavid
işığına toplaşmışlar.
Qonaqlarımızı bir daha
salamlayaraq uzaqdan gələn
cavidşünasları sizə təqdim etmək istəyirəm:
-
ABŞ-ın Massaçusets Amherst Universitetinin professoru Audrey Alstadt, Almaniyanın Berlin
şəhərindəki "Muğam"
Mədəniyyət Mərkəzinin direktoru
Əbdülqədir İnaltəkin, finlandiyadan
Güntay Gencalp,
Özbəkistanın Təsviri İncəsənət
Qalereyasının direktor müavini,
sənətşünaslıq doktoru Kamola Akilova, Türkiyənin
İzmir şəhərindəki Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutundan dos. dr. Ali Erol,
Türkiyənin Balıkesir Universiteti fənn-ədəbiyyat
fakültesi tarix
bölümündən dos. dr. Səbahəttin Şimşir,
Türkiyənin Abant İzzet
Baysal Universitetindən yard.
dos. Mələk Şahindokuyucu,
Krımdan sənətşünaslıq namizədi İsmət
Zaatov, Özbəkistan Milli
Universitetindən filologiya fənləri
namizədi Kazakbay Yoldaş,
Türkiyənin Trabzon şəhərindən
Duyğu və fatma Karahasanoğlu bacıları, Türkiyənin
Atatürk Universiteti ədəbiyyat
fakültəsi çağdaş türk ləhcələri və ədəbiyyatları
bölümündən dos. dr. Sedat Adıgüzel,
Türkiyənin Marmara Universiteti
Türkiyat Araşdırmaları İnstitutundan yardımçı dos. dr. Mehdi
Gəncəli, Türkiyənin Ardahan
Universitetindən yardımçı dos. dr. Sevil Piriyeva,
Türkiyənin Trabzon Universitetindən dr. Enver Uzun,
Türkiyənin Balıkesir Universiteti fənn-ədəbiyyat
fakültəsi tarix bölümünün
başkanı prof. dr.
Kenan Ziya Taş, Türkiyə Atatürk
Universiteti ilahiyyat
fakültəsi fəlsəfə tarixi
başkanı prof. dr.
H.Ömer Özden,
Özbəkistanın Nizami adına
Daşkənd Dövlət Pedaqoji
Universitetindən f.e.n. Azimjon
Şaimov, Müzəffər Məhəmmədcanov,
f.e.n., dos. Gülbahar Aşurova,
Bahadır Cəlalov, tar.e.n. Ozada Raxmatullayeva, Nilufər
Botırova, Özbəkistanın Namanqan
Dövlət Universitetinin aspirantı Nigora Ohundedayeva, Türkiyənin
Nevşehir Universiteti Sosial Bilimlər İnstitutundan
Qamzə Akbaş, Özbəkistan Milli Universitetindən f.e.n.
Muxayye Yoldaşeva və
Elyor Yoldaşev.
Bakı
Metropoliteninin rəisi, Hüseyn
Cavidin qohumu
Tağı Əhmədov cavidlər ailəsinin faciəli
taleyindən söz açaraq
böyük ədibin ailə üzvlərilə
bağlı xatirələrini bölüşmüşdür.
O demişdir ki, Hüseyn Cavid tək bir nəfər, dörd-beş
nəfər üçün deyil, bütün Azərbaycan
üçün ən dəyərli və
görkəmli mütəfəkkirlərdən biri olub,
xalqımızın böyük
simalarından biridir. Biz
onu dünya
dramaturqları ilə müqayisə etməli olsaq,
qeyd etməliyəm ki,
"İblis" kimi
bir əsərin araya-ərsəyə gətirilməsi
ancaq Hüseyn Cavid kimi böyük
bir şəxsiyyətə məxsus ola bilərdi. "İblis"
mən deyərdim ki, bütün
dünyada analoqu olmayan bir əsərdir.
Yaxşı
yadımdadır, Hüseyn Cavidin
nəşi Azərbaycana gətiriləndə hamı elə
fikirləşirdi ki, bu
böyük şəxsiyyətin nəşi
fəxri xiyabanda torpağa
tapşırılacaq.Ancaq ümummilli lider, dünya şöhrətli
siyasi xadim Heydər Əliyevin
səyi və qətiyyəti sayəsində Hüseyn
Cavidin nəşi uzaq
İrkutskdan doğma
Azərbaycana gətirilərək məhz doğulduğu
Naxçıvan şəhərində torpağa
tapşırıldı. Onun qəbrinin
üstündə isə ulu öndərimizin
öncədən nəzərdə tutduğu
kimi, bir məqbərə
ucaldıldı. Bu isə təbiidir ki, Heydər Əliyev tərəfindən böyük şəxsiyyətə göstərilən
böyük diqqət və ehtiramın bariz təzahürü idi.
Əlbəttə ki, ulu
öndərimiz Heydər Əliyevin bu qərarının
çox böyük tarixi və siyasi əhəmiyyəti
vardır.
Bu da bizə
məlumdur ki, Hüseyn
Cavidin əsərləri vaxtilə
xalqımızın düşmənləri, xüsusilə
ermənilər tərəfindən məhv edilir
və onları aradan çıxarmağa
çalışırdılar. Məhz Turan
xanımın ən böyük xidmətlərindən
biri də bu idi ki, o,
həmin əsərləri nəyin bahasına olursa-olsun
əldə etmək və nəşrinə nail
olmağa çalışırdı. Hətta
illərlə yığıb topladığı vəsaitləri
belə bu yolda xərcləyir
və həmin əsərlərin ayrı-ayrı insanlarda olan əlyazmalarını
əldə edirdi. O cümlədən
"Xəyyam" əsərinin əlyazmasını İrəvanda
olan bir şəxsdən
almışdı.
T.Əhmədov
çıxışında həmçinin böyük
mütəfəkkir olan Hüseyn
Cavidin bəzi əsərlərinin çap olunmasında belə yaxından iştirak etdiyini və bunu özünə mənəvi borc hesab etdiyini
dedi.
ABŞ-ın
Massaçusets Amherst Universitetinin professoru Audrey Alstadt öz çıxışında dedi ki, sovet
dönəmində kommunist-bolşevik rejimi bütün Azərbaycan
türk xalqına, xüsusilə də
ziyalılara qarşı amansız mübarizə
aparırdı. Bu baxımdan xüsusən
1937-ci ildə yazıçılara qarşı çox sərt ittihamlar
irəli sürülməyə başlanıldı. O zaman həm mətbuatda, həm də
yazıçıların yığıncaqlarında bəzi
"xalq düşmənləri"nə
qarşı müxtəlif ittihamlar irəli
sürülürdü. Həmin vaxt kommunist rejimi yazıçıları məcbur edirdi ki, onlar
bir-birlərini tənqid etsinlər. Mətbuatda bəzi
yazarları pantürkizmdə, yaxud
panislamizmdə günahlandırır və onlara
qarşı təhqiramiz ifadələrin işlədilməsindən
belə çəkinmirdilər.
Nə
yaxşı ki, bu rejim çökdü və
Hüseyn Cavid kimi böyük şəxsiyyətlərin
əsərləri yenidən çap edilib xalqa
çatdırıldı. Bugünkü
beynəlxalq elmi konfrans
da bir daha
sübut edir ki, Cavid kimi
böyük şəxsiyyətlər
ölməzdir və onlar əbədi olaraq yaşayacaqlar.
Sonra
Almaniyadakı "Muğam" Mədəniyyət
Mərkəzinin direktoru Əbdülqədir
İnaltəkinin "Hüseyn Cavidin əsərlərində Türkiyə
türkcəsi", Özbəkistan Təsviri İncəsənət
Qalereyası direktorunun müavini
Kamola Akilovanın "XX əsr Şərq
mədəniyyətində Hüseyn Cavidin yaradıcılığı" və
başqa məruzələr dinlənildi.
Natiqlər Hüseyn Cavidin
Azərbaycan ədəbiyyatındakı mövqeyindən,
yaradıcılığının özünəməxsus məziyyətlərindən,
sənətkarın irsinin öyrənilməsi
və təbliğ olunması ilə bağlı görülən
işlərdən söz açdılar.
Plenar
iclası yekunlaşdıran AMEA-nın vitse-prezidenti
Arif Həşimov bir daha beynəlxalq konfransın
iştirakçılarına bu tədbirə
qatıldıqlarına görə minnətdarlığını
bildirib onlara uğurlar dilədi.
Daha sonra konfrans öz işini bölmə
iclaslarında davam etdirmişdir.
İclaslarda Azərbaycan alimləri ilə
yanaşı, Türkiyə, Özbəkistan və başqa ölkələrdən gəlmiş
cavidşünasların məruzələri dinlənilmiş
və geniş fikir
mübadiləsi aparılmışdır. Dərin fəlsəfi-estetik
məzmuna malik
yaradıcılığı ilə ədəbiyyatımızda
yeni bir mərhələnin
başlanğıcını qoymuş, romantizm ənənələri zəminində
bəşəriyyətin mənəvi həyatı ilə
bağlı axtarışlarının ifadəsi olan lirik əsərləri,
mənzum faciə və tarixi dramlar yaratmış Hüseyn
Cavidin 130 illik yubileyi daha sonra
H. Cavidin abidəsi önündə "Cavid poeziya günü"
adı altında davam etdirilmişdir.
Tədbirə Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrında Hüseyn Cavidin anadan olmasının 130 illiyinə həsr edilmiş təntənəli yubiley
tədbiri ilə yekun vurulmuşdur.
Ələsgər
Behbudlu
Ədəbiyyat qəzeti.- 2012.- 9 noyabr.-
S.1-2.