Rəsul
Rzanın ev muzeyində
Ustad şairimiz Rəsul Rzanın lirikasında vaxt, zaman, "ömrün dəyərini müəyyənləşdirən
məhək daşı - meyar kimi" təqdim olunur. Böyük şair tarixin hər mərhələsinə
ayağının altındakı bir pillə
dəyərilə yanaşırdı. Yazırdı ki:
Gələcəkdən
indiyə gəlir,
İndidən
keçmişə gedir
Yorğunluq bilməyən
zaman!
Rəsul
Rza dünyanı bütün
istisiylə, soyuğuyla bir
arada insan evi olaraq qəbul edir, azına da, çoxuna da "min şükür" deyirdi. "Pəncərəmi
açdım sabaha - gördüm
insanlar keçib gedir" - şükranlığıyla
yazıb-yaradırdı. Bütün mənəvi
sərvətlərin əbədi yer
alması, göz önündə
olması üçün "mənə
bir salon, bur muzey verin"
- arzusunu dilə gətirirdi.
O qudsal,
ölümsüz, könül çəkən muzeylər
sırasında tarixiləşib ustad sənətkarın
Göyçay şəhərindəki ev muzeyi. Vaxtaşırı
ziyarət olunur, əbədi vəfa borcundan qaynaqlanan ürək
sözləri dilə gəlir.
Yenə
də belə oldu. Ölməz xalq şairinin
uşaqlıq, gənclik, ahıl çağlarının unudulmaz xatirələrini qoynuna
alan ev muzeyi
dərin qədirbilənliklə ziyarət edildi.
Təşrif buyuranlar
arasında Qazaxıstan Respublikasının ölkəmizdəki
səfiri Serik Primbetov
və səfirliyin digər məsul işçiləri,
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirinin
birinci müavini Maral xanım, eyni zamanda, səfirliyin digər məsul
işçiləri var idi.
Türkiyə Universitetləri Məzunları
İctimai Birliyinin sədri
Çingiz Bayramov və
təşkilatın kollektivi, Türkiyədən
qonaq gəlmiş müəllim Rafiq Sarı, İqtisad Universitetinin bir qrup müəllim və tələbə heyəti,
Göyçay rayon İcra Hakimiyyəti aparatının, təhsil
və səhiyyə işçilərinin iştirak etdiyi ziyarət zamanı qonaqlar
böyük bir tarixi özündə ehtiva
edən qiymətli eksponatlarla tanış
oldular. Muzeyin xatirə
kitabına ürək sözləri yazıldı.
Görkəmli
sənətkarın oğlu, xalq yazıçısı Anar
mərasimdə çıxış edərək ailələri
adından Rəsul Rzanın xatirəsini əziz tutan insanlara, tədbirə
qatılan qonaqlara öz
minnətdarlığını bildirdi. Sonda xatirə şəkli çəkdirildi.
Sərvaz
Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2012.- 9 noyabr.-
S. 2.