Moldovada Nizami Gəncəvinin
aforizmlərindən ibarət
kitabın təqdimatı olmuşdur
Mətbuatdan
məlum olduğu kimi
Moldovada Azərbaycan Mədəniyyəti
günləri çərçivəsində noyabrın 13-də
Əfqan Rəsulov, Ruslan Hüseynov
və Elvin Bəşirovdan ibarət caz qrupu Komrat
şəhərində konsert proqramı
ilə çıxış etmişlər.
Böyük maraqla qarşılanan konsertdə sənətçilərimizin
ifası tamaşaçıların marağına səbəb
olmuş və dəfələrlə
alqışlanmışdır.
Paytaxt Kişinyevin "Odeon"
Mədəniyyət Mərkəzində isə Azərbaycan kinosu günləri davam edir. Moldova sakinləri və
Kişinyevdə yaşayan həmvətənlərimiz
noyabrın 13-də "Girov" bədii
filminə tamaşa etmişlər.
Ekran
əsərinin nümayişdən əvvəl
çıxış edən Dövlət film
fondunun direktoru, əməkdar
incəsənət xadimi Cəmil Quliyev milli kino
sənətimizin tarixi, Azərbaycan və
Moldova arasında qarşılıqlı əlaqələr
barədə maraqlı məqamlarla
iştirakçıları tanış etmişdir.
Noyabrın
14-də Moldova Milli
Kitabxanasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin aforizmlərindən ibarət
Azərbaycan, rumın, ingilis və rus dillərində nəşr olunmuş
miniatür kitabın təqdimat mərasimi
keçirilmişdir.
Şairin
870 illik yubileyi
münasibətilə Moldova Azərbaycanlıları
Konqresinin təşəbbüs və dəstəyi
ilə işıq üzü görmüş nəşrin təqdimetmə
mərasimində Azərbaycan nümayəndə heyəti ilə
yanaşı, Moldovanın tanınmış ziyalıları,
incəsənət xadimləri, şair və
yazıçılar, deputatlar, dövlət və
hökumət nümayəndələri, səfirlər iştirak etmişlər.
Moldova
Milli Kitabxanasının direktoru
Aleksey Rau dahi Nizaminin
yaradıcılığından bəhs edərək bildirmişdir ki, təkrarolunmaz
yaradıcılığı ilə bəşər mədəniyyətini,
ədəbiyyatını zənginləşdirən Nizami Gəncəvinin
yaradıcılığı dünya
klassiklərinin əsərləri sırasında şərəfli mövqe tutur. Bildirilmişdir ki, Nizami Gəncəvi
poeziyası əsrlər boyu o qədər uca zirvədə
olmuşdur ki, şairin bir çox misraları zərbi-məsələ
çevrilərək insanların şüuruna
təsir göstərmiş, özünün
əsl xalq təfəkkürü və məntiqi
ilə psixologiya, pedaqogika
və folklora nüfuz
etmişdir.
Moldovanın mədəniyyət
naziri Boris Fokşa, Azərbaycan
Respublikası mədəniyyət və turizm
nazirinin müavini Ədalət
Vəliyev, ölkəmizin Moldovadakı səfiri Namiq Əliyev, Moldova Azərbaycanlıları
Konqresinin prezidenti Vüqar Novruzov, kitabın
rumın dilinə tərcüməçisi,
tanınmış yazıçı, Moldova
parlamentinin deputatı İon
Xadırke və başqaları bir
daha Nizami
dühasından, onun
böyüklüyündən söz
açmışlar.
Tədbirdə
Moldova Azərbaycanlıları Konqresinin yekdil qərarı
ilə Konqresin xüsusi
mükafatı və diplomu
tanınmış yazıçı İon
Xadırkeyə təqdim olunmuşdur.
Moldovada Azərbaycan
Mədəniyyəti günləri dünən başa çatmışdır.
Ədəbiyyat qəzeti.- 2012.- 16
noyabr.- S.1.