Əli
İldırımoğlu - 85
Hörmətli
Əli müəllim!
Sizi -
görkəmli yazıçı və publisisti
85 yaşınızın tamam olması
münasibətilə təbrik edirik.
Sizin
imzanız yarım əsrdən artıqdır ki,
oxuculara tanışdır. 1952-ci ildə
Qubadlı rayonunun "Avanqard"
qəzetində işləməyə
başlamısınız. 1955-ci ildən "Kommunist"
qəzetində xüsusi müxbir
kimi uzun illər səmərəli
fəaliyyət göstərmiş, milli
jurnalistikamızın inkişafına öz töhfənizi vermisiniz.
Yaradıcılığa publisist kimi başlamış, bir
müddət sonra isə nəsrə
müraciət etmiş, çox
məhsuldar çalışaraq hekayə, povest,
roman janrlarında dəyərli nəsr
nümunələri yaratmısınız. Bir-birinin ardınca oxuculara təqdim etdiyiniz
"Həmin adam", "Zorən jurnalist", "Közərən sətirlər",
"Mənim rəncbər atam",
"Qarlı gecələr", "Aqibət"
romanlarınızda bu janrın ədəbi-bədii,
estetik qayəsindən bacarıqla istifadə
edib mövzu seçimi, həyati faktlara
yeni münasibət və sənətkarlıq
baxımından səciyyələnən qiymətli əsərlər
yaratmısınız. Siz
yaşınızın bu
çağında da yorulmadan
yazıb-yaradırsınız. "Mənim rəncbər atam" romanı Türkiyədə, İranda, Rumıniyada nəşr edilmiş, "Zorən jurnalist",
"Aqibət" romanlarınız İstanbulda
işıq üzü görmüşdür.
Povest, hekayə, oçerk
və felyetonlardan ibarət "Dərd",
"Telepat", "Silinməz izlər",
"Mayaklar", "Çinarlı"
adlı kitablarınız da maraqla qarşılanmışdır.
Yaradıcılığınız
"Şöhrət" ordeni, "Əməkdar
jurnalist" fəxri adı, Azərbaycan
SSR Ali Sovetinin fəxri
fərmanı, "Qızıl qələm", "Araz" ali mükafatı
Beynəlxalq Elmlər Akademiyasının "Türk
ədəbiyyatına xidmət" və s.
mükafatlarla dəyərləndirilmişdir.
Hörmətli
Əli müəllim!
Sizi bir daha yubileyiniz
münasibətilə təbrik edir, sizə
uzun ömür,
cansağlığı, yaradıcılıq uğurları
arzulayırıq.
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.- 2012.- 16
noyabr.- S.4.