Azərbaycan şərqşünaslığının V.Məmmədəliyev zirvəsi

 

Akademik Vasim Məmmədəliyevin ilahi lütfdən qaynaqlanan istedadı, dərin elmi təfəkkürü, heyrətamiz hafizəsi, yorulmaz pedaqoji fəaliyyəti, əsl ziyalı şəxsiyyətə xas səciyyəvi xüsusiyyətləri təzahür etdirməsi onu fenomen şəxsiyyətlər sırasına daxil etmişdir. Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyan, sahib olduğu mövqeyə uzun illərin gərgin zəhməti, inadkar fəaliyyəti ilə yetişən Vasim Məmmədəliyev həm elmi ictimaiyyət xalq arasında, həm vətənimizin hüdudlarından kənarda böyük şöhrət qazanmışdır.

Yüksək istedada sahib olan, əməkdar elm xadimi Vasim Məmmədəliyev Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı, şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, Qafqaz Müsəlmanları İdarəsi nəzdində Elmi-Dini Şuranın sədri, AMEA-nın həqiqi üzvü, İraq Elmlər Akademiyasının, Suriya Quran Elmləri Ərəb filologiyası Akademiyasının, Misir Ərəb dili Akademiyasının müxbir üzvü, İslam Əməkdaşlıq Təşkilatının Müsəlman Hüququ Akademiyasının akademiki, İranın Beynəlxalq Əhli-Beyt Assosiasiyası Türkiyənin Elmi Araşdırmalar Vəqfinin üzvüdür. Elm təhsildə səmərəli fəaliyyətinə görə ölkə başçısı tərəfindən "Şöhrət" "Şərəf" ordenləri, "Yusif Məmmədəliyev" medalı ilə təltif edilmişdir.

Bu gün paytaxtımızın ərəb dilçiliyinin tanınmış məbədlərindən birinə çevrilməsində sovet samişünaslarının lideri G.V.Seretelinin ləyaqətli yetirmələrindən olan Vasim müəllimin əvəzsiz xidmətləri vardır. Bu sahədə 40 elmlər namizədi 3 elmlər doktoru yetirmiş akademik Azərbaycan şərqşünaslarının lideri kimi dünyanın müxtəlif ölkələrində keçirilən toplantılara qatılır. Dilçilik sahəsində dərin hərtərəfli biliyə malik kamil bir mütəxəssis olan Vasim Məmmədəliyevin dilçilik elminin yaranması inkişafı, dilçilik elminin ən qədimdən müasir dövrə qədər keçdiyi inkişaf yolu, dilçilik məktəbləri, nəzəri dilçiliyin aktual problemləri sahələrinə dair tədqiqatları Azərbaycanın elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir.

Akademik "Ərəb ədəbi dilində feilin zaman, şəxs şəkil kateqoriyaları", "Bəsrə qrammatika məktəbi", "Kufə qrammatika məktəbi", "Ərəb dilçiliyi" adlı əsərləri ilə ərəb dilçiliyinin ən ümdə məsələlərinin kamil tədqiqatçısı kimi şöhrət qazanmışdır. Onun elmi nəticələri VII əsrdən bəri Bəsrə, Kufə, Bağdad, Misir Əndəlus filoloqları arasında böyük diskussiyalar, klassik ərəb dilinin fonetika, morfologiya, sintaksis leksikologiyasında mübahisə doğurmuş bir çox məsələnin müasir dilçilik elminin nəticələri əsasında aydınlaşdırılmasına kömək edir.

Vasim Məmmədəliyev Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin təşkil edilməsində böyük rol oynamışdır. O, elm din problemi haqqında ilahi kəlamları əsas tutan bir alim kimi ilahiyyat elminin uğur qazanmasına xidmət edir. Akademik Vasim Məmmədəliyev islam dini elm, Qurani-Kərim elm məsələlərinin müasir, müstəqil Azərbaycanda ictimai dərkini asanlaşdırmaq üçün əsərlər yazır, çıxışlar edir. Alim ilahiyyat elmləri sahəsində dərin biliyi ilə seçilən şəxsiyyət kimi bir çox elmi dini tədbirlərdə aparıcı rol oynayır. Vasim müəllim müqəddəs kitabımız Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinin müəlliflərindən biridir (mərhum akademik Ziya Bünyadovla birgə). 1991-ci ildə tərcümənin işıq üzü görməsi cəmiyyətimizin mənəvi zənginliyi üçün böyük bir hadisə idi.

Vasim müəllim şərqşünaslıqda ensiklopedik biliyə malik olan bir şəxs kimi tanınır. Onun Ərəb Şərqi İslam dünyası haqqında biliklər xəzinəsində ərəb dilçiliyi, ədəbiyyatı tarixi, Şərq filologiyası mürəkkəb poetika sistemi, İslam tarixi, Azərbaycan ədəbiyyatı, əruz musiqi, muğam sənəti ifaçılıq tərzi haqqında söhbət mülahizələri maraqla qarşılanır. İstedadlı alimin analitik düşüncələrdən doğan yeni elmi fikirlər irəli sürməsi, ərəb, fars, rus ingilis dillərində sərbəst danışması, ərəb, fars klassik türk dillərində ilkin qaynaqlara aid çoxlu miqdarda elmi, dini, poetik nümunələri hafizədən söyləmək bacarığına görə beynəlxalq konfranslarda çıxışları həmişə diqqət mərkəzində olmuşdur.

Vasim müəllim bir alim pedaqoq kimi nüfuzu fəaliyyəti ilə Azərbaycan ərəbşünaslığını zirvəyə daşımaqla respublikamızın ərəb ölkələri ilə elmi mədəni əlaqələrinin inkişafına böyük təsir göstərmişdir. Vasim Məmmədəliyevin bu sahədəki fəaliyyəti Azərbaycan Respublikasının Şərq aləmində beynəlxalq miqyasda tanınmasına böyük töhfə verir.

 

 

Arif HƏŞİMOV,

Akademik

 

Ədəbiyyat qəzeti.- 2012.- 16 noyabr.- S.5.