Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin dövlət

tibb müəssisələrində müayinə və müalicəsinin

 maliyyələşdirilməsi qaydası

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 2012-ci il 5 dekabr tarixli 278 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 1 nömrəli əlavə

 

 1. Bu qayda  "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 606 nömrəli fərmanının 1.1.5-ci  yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində dağınıq skleroz xəstəliyi olan şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsini  tənzimləyir.

2. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin maliyyələşdirilməsi   üçün tələb olunan xərclər Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində "Səhiyyə" bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi hər il dağınıq skleroz xəstəliyinə tutulmuş  şəxslərin müalicəsi və müayinəsi ilə əlaqədar tələb olunan xərclər barədə dəqiq hesablamaları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

4. Pulsuz dərman preparatları və inyeksiya vasitələri ilə təmin olunmaq üçün dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər dövlət müalicə-profilaktika müəssisələrinə müraciət edərək xəstəlik haqqında sənədlərini təqdim etməlidirlər.

 

Azərbaycan.-2012.- 6 dekabr.- S.5.