Məmməd
Səid Ordubadi - 140
Azərbaycan
ədəbiyyatında tarixi roman janrının banisi, satirik-publisist Məmməd Səid Ordubadinin dramaturgiyamızın zənginləşməsində
böyük xidmətləri olmuşdur. Onu Azərbaycan
ədəbiyyatında daha çox
şöhrətləndirən yazdığı tarixi romanlar silsiləsidir.
O, həm də kəskin qələmli jurnalist
kimi tanınmış "Molla Nəsrəddin" jurnalının fəal
iştirakçılarından biri olmuşdur.
Şair, dramaturq və ictimai xadim Məmməd Səid Ordubadinin
anadan olmasının 140 illik
yubileyinin keçirilməsi ilə əlaqədar
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev 10 aprel 2012-ci il tarixli sərəncam imzalamışdır. Bu sərəncama
əsasən Cəlil Məmmədquluzadə adına
Naxçıvan MR Ədəbiyyat Muzeyində də bir çox işlər həyata
keçirilmişdir. Ədibə həsr olunmuş guşə yeni eksponatlarla zənginləşdirilmiş, muzeydə
"Tarixi romanlar
ustadı" mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə muzeyin
direktor əvəzi İradə Məhərrəmova,
Naxçıvan MR Yazıçılar Birliyinin
sədri, şair Asim Yadigar, Naxçıvan MR Mədəniyyət
və Turizm Nazirliyinin
baş məsləhətçisi Həsən
Kərimov, muzeyin baş
fond mühafizi
Xanım İsmayılova, muzeyin böyük elmi işçisi Günel Novruzova çıxış edərək şairin həyatı, çoxşaxəli
yaradıcılığı, dövrümüz
üçün aktual
olan tarixi romanları
haqqında danışdılar. Muzeyin əməkdaşları
ədibin satirik şeirlərindən
nümunələr səsləndirdilər.
Sonda tədbir
iştirakçıları "Məmməd Səid Ordubadi - 140" sərgisi ilə tanş oldular. Sərgidə M.S.Ordubadinin həyat
və yaradıcılığını əks etdirən
müxtəlif illərə aid fotoşəkillər
- "M.S.Ordubadi dostları
arasında", "M.S.Ordubadi
yazıçılar arasında", "Dumanlı Təbriz"
tamaşasından səhnələr, xalq
rəssamı Oqtay Sadıqzadənin
yağlı boya ilə işlənmiş
"M.S.Ordubadi" portreti,
xalq rəssamı Maral
Rəhmanzadə tərəfindən "Qılınc və qələm"
əsərinə çəiklmiş illüstrasiyalar
öz əksini tapmışdır. Məmməd Səid Ordubadinin
müxtəlif illərdə nəşr olunmuş
"Qılınc və qələm", "Dumanlı Təbriz",
"Qanlı illər", "Gizli
Bakı", "Döyüşən şəhər",
"Seçilmiş şeirlər və
hekayələr" və başqa
kitabları, ədibin tədqiqatçıları Fəridə Vəzirovanın
"Məmməd Səid Ordubadi",
Yavuz Axundlunun "Məmməd
Səid Ordubadi" kitabları, qəzet və
jurnal materialları da
sərginin maraqla baxılan
eksponatlarındandır. Muzeyimizə gələn
tamaşaçılara görkəmli ədibin həyat və
yaradıcılığını əks etdirən sərgi
haqqında ətraflı və dolğun məlumatlar
verilir.
Günel Novruzova,
C.Məmmədquluzadə
adına
Naxçıvan
MR Ədəbiyyat Muzeyinin
böyük elmi işçisi
Ədəbiyyat qəzeti.- 2012.- 5
oktyabr.- S.8.