Yaşıl söz ağacı
Fəridə
xanım Əlyarbəylinin xatirəsinə
Sən
Gəncədə sözün sərv
ağacıydın,
çinarlardan, sərvlərdən
yazırdın.
Gözdən-könüldən
tox, şeir
acıydın,
doğulduğun bu
şəhərdən yazırdın.
Addım
atmaq istəməzdin savabsız,
oxunacaq "Sərv
ağacı" kitabın.
fəsil-fəsil
qalmayacaq cavabsız,
çəmənlərə,
çiçəklərə xitabın.
Dəfn
edildin sevdiyin sərv
önündə,
bulud-bulud damcıladı göz yaşın.
Dumanlı,
çiskinli payız günündə
yaşıl
sərv ağacı oldu
başdaşın.
Əsir
Ömrünün payız bağında
titrəyir,
güllərin əsir.
Yarpaq-yarpaq budağında
ayların,
illərin əsir.
Eşq aşiqə dərd yaşadar,
dərd
dələr, deşər daşı da.
fəsil
var, hələ qarşıda
soyuq qış yellərin əsir.
Sevgidənmi
sarsılmısan,
sarı
simə sarılmısan?!
Anda tövbəmi
qılmısan,
kövrək
qəlb tellərin əsir.
Boşdan çıxıb, bərkdən
düşüb,
ötkəmliyin
ərkdən düşüb.
Nəğmələrin
kökdən düşüb,
bəmlərin,
zillərin əsir.
Tənhalıq
adası duman,
çəndimi
içinə daman?!
Gərgin,
əsəbisən yaman,
əlimdə
əllərin əsir.
Sən bir külək,
mən bir bulud...
Sən bir külək, mən bir bulud,
qovma
məni, yorma məni.
Qoy göz
yaşım sevindirsin,
solub-saralan
çəməni.
Gecə ağlamaq istədim,
göndərdin
gündüzə məni.
Düzlərə yağmaq istədim,
yağdırdın
dənizə məni.
Dayan, dəyişmə
səmtimi,
susuz
səhrayadır yönüm.
Əlçim-əlçim,
qulac-qulac,
saçımı
dağıtma mənim.
İkimiz də sərgərdanıq,
atma
sola, sağa məni.
Yaxın dağ, dərə gözləyir,
aparma
uzağa məni.
Qovma, qovma
yumaq kimi,
sən
bir külək, mən bir bulud.
İstədiyim yerə yağım,
sonra
göz yaşımı
qurut...
Yanaşı
Çəməndə
çiçəklə tikan
boy atır
bahəm, yanaşı.
Yeraltı, yerüstü təkan,
sevinc
ilə qəm yanaşı.
Buğda yeyib ovundular,
cəhənnəm
ovu oldular.
Cənnətdən
bir qovuldular,
Həvvayla Adəm yanaşı.
Su od,
od su sırasında,
yerlə
göyün arasında,
Ərəbistan səhrasında
təşnəylə
zəmzəm yanaşı.
Qapı açanla bağlayan,
dağ
çəkilənlə dağlayan,
deyib-gülənlə
ağlayan,
a ağlı
kəm yanaşı.
Zəmi varsa, xırmanı var,
dən
varsa, dəyirmanı
var.
Min dərdin min dərmanı var,
mərəzlə
məlhəm yanaşı.
Beşikdən məzara qədər,
bir
yoldadır xeyirlə şər.
Bədbəxtliklər,
xoşbəxtliklər
həm
ayrıdır, həm
yanaşı.
Toxundun
Zərif, incə qönçələri
duymadın,
soluxmuş,
ətirsiz gülə
toxundun.
Tikanları oxşamaqdan doymadın,
göynəyənə
gülə-gülə toxundun.
İzini itirən izi görmədin,
gözünə
dikilən gözü
görmədin.
Ocaqda qızaran
közü görmədin,
bozaran,
ağaran külə toxundun.
Gah qalxan,
gah enən dalğadı nəğmə,
bulaq
qulağında sırğadı
nəğmə.
Gülmək istəyirkən ağladı
nəğmə,
bəmi
bəmdə qoyub, zilə toxundun.
Əsl sənət havasından haşasan,
səsi
xırıldayan qəfəs
quşusan.
Elə xəbərsizsən, elə
naşısan,
köksüz
köhnə simə, telə toxundun.
Qönçəmiz açmadı yazda...
Görüşmədik...
Aramızda
bir
addımlıq ara qaldı.
Qönçəmiz
açmadı yazda,
qəlbimizdə
yara qaldı.
İynə gözündən iz tapıb,
keçirə
bilmədik sapı.
Döydük... Dinmədi göy qapı,
üz
tutası hara qaldı?!
Sual söndü
gözlərində,
gecə
göylər közərəndə.
Başımızın
üzərində
ulduz
cüt, ay para qaldı.
Arzu - yaşıl,
ümid - sarı,
hər
ömrün öz rəng çaları.
Bozardı bəxt boyaları,
yerində
ağ-qara qaldı.
Çəkmədik
dərd, kədər
- güldük,
bəlkə
yersiz, hədər güldük.
Ürəksiz o qədər güldük,
ağlımız
ağlara qaldı.
Əyil, üzündən öpüm...
Bir üzün
gecədir,
bir
üzün gündüz,
əyil,
gündüz
üzündən
öpüm,
dünya!
Bir üzün
əyridir,
bir
üzün düz,
əyil,
düz
üzündən
öpüm,
dünya!
Bir üzün
qaradır,
bir
üzün ağ,
əyil,
ağ
üzündən
öpüm,
dünya!
Bir üzün
dərədir,
bir
üzün dağ,
əyil,
dağ
üzündən
öpüm,
dünya!
Bir üzün
qışdır,
bir
üzün yaz,
əyil,
yaz
üzündən
öpüm,
dünya!
Bir üzün
qarıdır,
bir
üzün qız,
əyil,
qız
üzündən
öpüm,
dünya!
Bu meydan, bu da
şeytan...
Gördüyümüz
həm igid, ər,
həm
də nadan meydanıdır.
Ağ, qara qoç, köhlən kəhər,
maya,
madyan meydanıdır.
Namərd mərdi ilişdirir,
başmaqçı
baş bölüşdürür.
Boşboğaz söz güləşdirir,
hərzə-hədyan
meydanıdır.
Qorxaq batır,
yaltaq çıxır,
əyni,
beyni çılpaq çıxır.
Haqsız haqqa ortaq çıxır,
alan-satan
meydanıdır.
Qeybət qırır odunçular,
fənd
fırladır oyunçular.
Güdükdədir
ovsunçular,
ilantutan
meydanıdır.
Bayquşun başında çələng,
pişik
cildindədir pələng.
Pəhləvanlar azman, nəhəng,
cüllüt,
cırtdan meydanıdır.
Yaxın gəl, irəli, buyur,
güclünü
gücsüzdən ayır.
Qoca şər
meydan sulayır,
meydan
şeytan meydanıdır.
Bəlkə geri dönəsən...
Yenə əl elədin xatirələrdən,
duamdır
qoruyan səni xətərdən.
Asılı qaldığım pəncərələrdən
baxırdım
ki, bəlkə geri dönəsən...
Səsimi adınla uddu dərələr,
yasımı
dumanla tutdu dərələr.
Qoymadım nərgizlər nəfəs
dərələr,
çağırdım
ki, bəlkə geri dönəsən...
Yordum dizlərini
- yoxuşa dönüb,
öpdüm
izlərini - baxışa
dönüb,
qışda
qara, yazda yağışa dönüb,
yağırdım
ki, bəlkə geri dönəsən...
Buludlar boşaldı can yeri kimi,
üfüqlər
qızardı qan yeri kimi.
Qara gözlərinin
dan yeri kimi,
ağardım
ki, bəlkə geri dönəsən...
Dünənə dönəcəyəm...
Biz dünən görüşməliydik,
gəldin...
Mən gələ bilmədim.
Necə düşdüm bu günə mən,
bu
günlə gülə
bilmədim.
Bilirəm, bu gündə yoxsan,
gözləmirəm
bu gün səni.
Sən dünəndə, mən bu gündə,
necə
gözləyim dünəni?!
Bu gün sənə dönəcəyəm,
keçən
gündə gözlə
məni.
Mən dünənə dönəcəyəm,
sən
dünəndə gözlə
məni.
Gəncə
Məmməd Alim
Ədəbiyyat qəzeti.- 2012.- 19 oktyabr.- S.5.