Məşum
alov və göz yaşları
Bir
vaxt gəlhagəli idi yüzillik tarixi olan Şahverdi kəndinin.
Bəxtəvər günlərini yaşayrıdı
buranın camaatı. Qubadlının Ermənistanla sərhəd
zolağında yerləşən bu kəndin zümrüd meşələri, buz
bulaqları, Bərgüşad çayının sahillərinə
rövnəq verən meyvə bağları dildən-dilə
düşmüşdü. Uzaq-yaxın ellərdən
axın-axın gələn insanlar kəndin qənşərindəki
yalçın qayaların dibindən qaynayıb çıxan
İsti suda şəfa tapırdı…
Ancaq…
Ancaq çox çəkmədi Şahverdinin bəxtəvər
günləri. Bəlkə tale qarğıdı bu kəndə?!
Yoxsa gözə-nəzərə gəldi Şahverdi?!
İyirminci yüzilliyin ikinci yarısından başlayaraq ermənilər
iki-bir, üç-bir ayaq açdı bu kəndə.
Ordan-burdan azıb-təzən ermənilər bu dilbər
guşədə sığınacaq tapmağa, məskən
salmağa başladılar. Şahverdi camaatı qərib bilib,
qonaq hesab etdikləri bu yurdsuz-yuvasız erməniləri necə
də mehribanlıqla, canıyananlıqla
qarşılayırdı. İlahi… Hamı ellikcə gələnlərə
əl tuturdu. Ev bünövrəsi qoyanlara daş, qum, taxta,
ağac verirdilər. Tapdıqları bir loxma halal çörəklərini
erməni gəlmələri ilə yarı bölürdülər.
Ermənilər də üzdə:
-
Ara, elə türkün başına pırlanım, bizə
ki, belə yaxşılığına eləyirsiz, Allah da sizə
köməyiniz olsun. Ki, ölək gedək torpağın
altına, türkün yaxşılığına
yadımızdan çıxmayacaq, - deyib yağlı-yalvarıcı
dil tökürdülər. Sən demə, ürəklərində
ayrı cür: - Qoy özümüzə yer eyləyək,
gör sizə nə dağlar çəkərik, -
düşünürmüşlər.
Ermənilər
üzdə dedikləri kimi yox, qəlblərinin hökmü
ilə hərəkət edib, yavaş-yavaş hiss olunmadan
saman altından su axıtdılar… Ayaqları yer tutan gündən
Şahverdi camaatının qara günləri başlandı.
Ermənilərə pay verilmiş Azərbaycan
torpağında şahverdililər
gözümçıxdıya salındı. Belə yerdə
deyirlər ki, yersiz gəldi, yerli qaç.
Kənd
müsibətlərə düçar oldu. Adamlar didərgin
düşdü doğma yurd-yuvalarından. Şahverdidə
bircə Sevdimalının ailəsi qaldı. Başa
vurduğumuz əsrin ikinci yarısından kəndin adı da
dəyişdirildi, erməniləşdirildi. Şahverdi Varatan oldu. Bu da bir ağır dərd!
Sağalmaz yara! Sevdimalı buna da dözdü. Tərpənmədi
yerindən. Daş düşdüyü yerdə ağır
olar, - dedi. Tək-tənha qaldı kəndində. Onun bu qətiyyəti,
yurda bağlılığı şəstinə toxundu
ordan-burdan gələn ermənilərin. Ağır daş
olub düşdü erməni xainlərinin başına.
Bağban işləyən kirvəsi Arşavid
Sevdimalını bir xəlvətə çəkib
xısın-xısın:
- Ara,
Sevdimalı kirvə, - dedi. - Sənə bir sirr deyacağam. Gərək
heç kimə bilməsin. Ki, bizim bu şon dığalar
bilib xəbər tutsa, başıma oyun açacaxlar. Ara,
Sevdimalı kirvə, nə durmusan e!.. Ara ki, getmiyəsən,
sənin başını kəsəcəklər! Ara, get ee!
Get burdan! A kirvə, sən bizim bu murdar millətin xasiyyətinə,
zatına-kökünə bilmirsən?! Gərək
çoxdan köçəsən! Ara gizli plan qurublar ki, evinə
də od vurub yandırsınlar.
Həmin gecə
Sevdimalının yuxusu ərşə çəkildi. Fikrinin
cığırlarında dağı arana daşıdı,
aranı dağa. Yumşaq yorğanın altına
sığmadı Sevdimalının dərdi. O, hövlnak
yerindən qalxıb pal-paltarını geyindi, eyvana
çıxdı. Gecənin dərinliklərinə nisgilli nəzər
saldı, kədərli ah çəkdi və
öz-özünə: - Minillik Şahverdi, indi də Varatan…
Buna da dözərdim, qıvrılıb-qısılıb
yaşayardım bu tək-tənha komamda… Amma gavur qoymur, bunu da
mənə çox görür. Namərd ermənilər
gündə bir hədə-qorxu gəlirlər: - Sevdimalı,
köç! Yoxsa… Bu yaşımda hara köçüm?! Hara
gedim?!
Sevdimalının
gecənin dərinliklərinə yayılan lal harayına cavab
verib, qahmar çıxan olmadı. Kim qalmışdı ki, kənddə?!
Doğmaları getmişdi, qonşularının səsi-sorağı
uzaq-uzaq diyarlardan gəlirdi. Sevdimalının qulağına
ikicə tanış səs dəyirdi. Bir İsaq-Musaq
quşunun hənirtisi, bir də ki, Bərgüşad
çayının həzin zümzüməsi, vəssalam…
Sübhəcən
ilan vuran yatdı, Sevdimalı yatmadı. Elə bil qor
dolmuşdu Sevdimalının yorğan-döşəyinə.
Səhəri beləcə açıldı
Sevdimalının. Ömür-gün yoldaşı Sərmayə
xala səhər süfrəsi açanda Sevdimalı təmkinlə,
həm də ürəkağrısı ilə:
- Sərmayə,
Allahdan gizli deyil, bəndədən nə gizli, - dedi. - Ermənilər
əl çəkmir. Bizə tələ qurmaq istəyirlər.
Yavaş-yavaş yır-yığış eylə, baş
alaq çıxaq gedək. Ermənilər sifariş göndərmişdi,
deyirlər gedin, inad eləməyin axırı yoxdur. Bu millətə
yaxşı bələdəm, qalsaq, sonrası yaxşı
olmaz. Ev-eşiyə xəsarət yetirərlər,
uşaqların başına bir iş gətirərlər…
Sərmayə
ərinin dilindən bu sözləri eşidəndə yerindəcə
donub qaldı. Elə bil başından ildırım
çaxdı. Xeyli hərəkətsiz qaldı.
Haçandan-haçana özünə gələrək:
- Neylək,
ay kişi, - dilləndi. - Yəqin qismət beləymiş.
Göydən
nə yağıb ki, yer onu qəbul eləməsin.
Köç deyirlər, köçərik! Elnən gələn
qara gün, toy-bayramdır, gedənlərimizdən artıq
deyilik ha! Onlar necə, biz də heylə. Gedib kənar bir yerdə
özümüzə yurd-yuva qurub başımızı birtəhər
dolandırarıq…
Sevdimalı
fikirli-fikirli dəhrəsini götürüb bağa endi. Qəlbində
əkib-becərdiyi ağaclara "salamat qalın" - demək
istədi. Ancaq bacarmadı, dili dönmədi. Əlli-altmış
il bundan qabaq əkdiyi tut ağaclarının iri qanadları
altındakı çəmənlikdə ayaq saxladı. Yay
vaxtı on bir oğul-qız, qırxdan artıq nəvə-nəticə,
bax, buradaca Sevdimalının başına toplaşardı. Nəvə-nəticənin
gəlişi toy-bayram olardı babaya. Sevdimalı indi
onların qurduğu evcik yerlərinə, oyuncaqlarına,
palçıqdan düzəltdikləri dəyirmancıqlarına,
neçə-neçə silinməz izlərinə nəzər
saldıqca həm fərəhlənir, həm də riqqətlənirdi.
Sevdimalının yaşı doxsanı haqlamışdı.
Ancaq indiyə qədər belə ağır dərdə
tuş olmamışdı: kənd dərdinə, torpaq dərdinə,
el-oba dərdinə, yurd-yuva dərdinə. Doğma yurdu əldən
vermək onun aləmində ölümdən betər idi. Nə
qədər çətin olsa da, bu günəcən namərd
ermənilərin əhatəsində tək-tənha qalıb
yaşaması, onun dünyaya göz açdığı
Şahverdi torpağına, qurub-tikdiyi isti yuvasına
bağlılığı idi. Sevdimalını yaxından
tanıyanlar deyir ki, dözümlü adamdır. Ömründə
ağlamamışdı Sevdimalı. Əzizlərini itirəndə
də Sevdimalı yaş axıtmazdı. Qohum-əqrəbasına
sözü o olardı ki, Allahın payıdı, vermişdi,
indi də aldı. Ağlayıb-sıtqamağın nə mənası…
Bu gün
ayrılıq məqamı Sevdimalını yaman
çaşdırmışdı, qəddi əyilmişdi
dağ cüssəli kişinin. O, nəvə-nəticəsinin,
oğul-uşağının şənləndiyi yerlərə,
əli ilə əkib-becərdiyi ağaclara, bağın
içində pıçıldaşan bulağa nisgilli nəzər
salıb qəhərləndi. Çuxura düşmüş
qəmli gözlərində iki damcı yaş gilələnib
onun sifətindəki çalın-çarpaz
qırışlarda donub qaldı.
İxtiyar
qoca bir qədər yuxarıdakı dikə qalxıb ətrafa
gözüdolusu nəzər saldı. Burada kolxoz sədri,
meşəbəyi işlədiyi gənclik
çağlarını xatırladı. Daxilən çox
götür-qoy elədi. Ancaq onu bu doğma diyara bağlayan
telləri qıra bilmədi. Qarşı-qarşıya dayanan
ulu dağlar, bu torpaqda uyuyan babaların müqəddəs
ruhu, əsrarəngiz meşələr, gecə-gündüz
Şahverdi kəndinə nəğmə qoşan Bərgüşad
çayı sanki canlı məxluq kimi dil açıb
Sevdimalını qınadı. Neçə-neçə səmtdən
qulağına səslər gəldi: - Güvəndiyimiz
dağ, sənə də qar yağarmış?! Bizi nakəs,
nanəcib ermənilərin əlində qoyub hara gedirsən,
Sevdimalı?!
Sevdimalı
diksinən kimi oldu, daxili fikirlərindən ayrıldı,
bükülmüş qəddini düzəltdi, məğrur
görkəm aldı, ağlamasından özünün də
özündən xoşu gəlmədi.
- Axı sən
Sevdimalısan, bərkə-boşa çox düşmüsən.
İndi niyə cəsarətsiz olmusan?! Qaçmaq fikrinə
düşmüsən?! Kişi də dar ayaqda kəndini-kəsəyini
atıb gedərmi?! Beş-on dığanın
qabağından qaçmaq heç kişilikdəndir?! Bəs
sonra nəvə-nəticələrin sənin barəndə nə
düşünər?!
Sevdimalı qəlbində
öz-özünü imtahana çəkdi, ittiham elədi… Evə
dönüb taxta pilləkənlərlə ikinci mərtəbəyə
qalxanda onu qarşılayan həyat yoldaşına nikbin əhval-ruhiyyə
ilə:
- Sərmayə,
- dedi, - heç qəlbini sıxma, öldü var,
döndü yoxdur! Yüz qarğaya bir sapand daşı. Qoy
ermənilər nə qələt eləyir-eləsin, burdan
heç yerə tərpənən deyiləm. Harda incələr,
orda üzülər!
Sərmayənin
baxışları duruldu, Sevdimalının bu sözündən
sonra elə bil ev-eşik işıqlandı, həyət-bacaya
nur çiləndi.
- Samovara od
sal, yaxşı bir çay dəmlə, kəklikotusu, qantəpəri
də olsun. Köhnə kötüklərin üstündə
çoxlu çır-çırpılar doğranıb… nə
qədər ki sağam, kefinizi pozmayın, qoy ermənilər
nə deyir-desin. İt hürər, karvan keçər! Bircəciyinin
hünəri var yaxın gəlsin, Sevdimalı əlavə
edib, ağ saçlı ömür-gün yoldaşına,
övladlarına ürək-dirək verdi.
Bax, beləcə,
Sevdimalı neçə il dağ kimi duruş gətirdi bu kənddə.
Bac vermədi xain ermənilərə. Yeri düşəndə,
dığaların ağzından vurub yerində oturtdu
Şahverdinin qoca qartalı. Vaxtilə Qubadlı və Zəngilandan
alınıb səxavətlə Ermənistanın Gorus və
Qafan rayonlarına peşkəş edilən Şurnuxu,
Ağbulaq, Şamsız, Qurdqalağı, Kürdük,
Ağvanlı kəndlərində bir azərbaycanlı
qalmamışdı. Ermənilərin tənəsinə, təsirinə,
təzyiqinə tablaşmadıqlarından pərən-pərən
olmuşdular dədə-baba yurdlarından. Şahverdi Varatan
olsa da, Sevdimalı sevdimalılığında qalırdı,
dayanıb durmuşdu kəndində. Qüruruna, namusuna, vətən
qeyrətinə, burada uyuyan ata-babaların ruhuna söykənmişdi
qoca qartal.
İllər
keçdi, bir gecə… Onda bir vilayəti idarə etmək fəhmindən
xali olan, lakin sovet hökuməti kimi nəhəng dövlətə
başçılıq edən maymaq Qorbaçov ipi əldən
vermişdi. Ölkə bir-birinə dəymişdi. Qanunlar
gücdən düşmüşdü, aləm bir-birinə
qarışmışdı. Aqambekyanların,
şahnazarovların, balayanların, petrosyanların,
kaputukyanların məkrli erməni xislətləri üzə
çıxmışdı. Daşnaklar Andronikdən miras
qalmış köhnə zurna-balabanları ilə erməni
millətçiliyini yavaş-yavaş dirçəldirdilər…
Bax, həmin ara qarışıb, məssəb itən
günlərin birində Sevdimalı kişinin darvazası
döyüldü. Gecədən xeyli keçsə də, ev
sahibi tez həyət-bacanın işıqlarını
yandırıb, həyətə endi. Və: - Yəqin
qonaq-qaradır - düşündü. Çünki
Sevdimalının evi yol qırağındaydı. Dara
düşən, maşını sınan, aclığı
olan, yorulub yolda qalan Sevdimalının qapısını
döyürdü, bu komaya üz tuturdu. Hamı bilirdi ki,
Sevdimalı kara gələn, əl tutan, çörək verən
adamdır. Kimliyindən, nəçiliyindən asılı
olmayaraq, Sevdimalının qapısı gələnin
üzünə açıqdır. Həmişə də
deyir ki, əl tutmaq Əlidən qalıb. Qonaq tanımayan
qapını, heç Allah da tanımaz.
Sevdimalı
kişi addımını yeyinlədib qapını taybatay
açdı. Bir-birindən aralı üç nəfərlə
üzləşdi. Əyinlərində də polis forması.
Kənardakı "QAZ-69" markalı minik
maşınının da qırmızı zolaqlarından hiss
olunurdu ki, rayon polis idarəsinə məxsusdur.
"Dövlət
adamlarıdı, belələrindən zaval gəlməz, yəqin
aclıqları və ya başqa bir ehtiyacları var.
Möhüblərini düzəldib yola salaram" -
öz-özünə düşündü və irəlidə
dayanan baş leytenant A.Mirzoyanı tanıdı. Ona əl verib
ədəb-ərkanla:
- Xoş gəlmisən,
- dedi. - Atan bu evdə çox olub, sən də tut vaxtı
bir-iki dəfə gəlib-getmisən. Amma son vaxtlar
görünmürsən. Adamın vəzifəsi olanda
etibarını itirər?!
Elə bil bu
sözü daşa dedin. Baş leytenant ona əl də
uzatmadı və Sevdimalının ərkyana dediklərinə
əhəmiyyət vermədən dodağını yana əyib
həyətə daxil oldu. Ardınca da S.Manukyanla B.Bədəlyan.
Baş leytenant Mirzoyan həyət-bacaya kinayəli nəzər
salıb xarakterinə uyğun təkəbbürlə:
- Ara,
Sevdimalı, nə boş-boşuna qırıldadırsan e,
ara, heç abrına yoxdur?.. Özün də qocalıb
kaftar olmusan. Ara, niyə rədd olub getmirsən?
Sevdimalı
atası ilə yaxın olduğu, özü ilə neçə
dəfə çörək kəsdiyi baş leytenantdan bu
sözləri gözləmirdi. Ona görə də
Mirzoyanın başından yekə qələt qırması
Sevdimalıya bərk toxundu. Lakin qonaq olduğunu,
qapısına gəldiyini mülahizə eləyib onun ədəbsiz
sözünün başına ip salmaq istəmədi. Rütbəcə
Mirzoyandan kiçik olan Manukyanla Bədəlyan da baş
leytenantın dediklərini təsdiq etdilər:
- Ara, Sevdimalı,
düz deyir eli, abrını yoxdur, niyə rədd olub getmirsən?..
Ev sahibi
başa düşdü ki, çağırılmamış
qonaqlar dalaşmağa bir bəhanə axtarırlar.
Sevdimalı dünyagörmüş kişidi. Polis
işçilərinin ədalı hərəkətlərindən
dalağı sancdı. Hiss etdi ki, burda nə isə xoşagəlməz
bir hadisə baş verə bilər. Ancaq özünü o yerə
qoymadı. Bildiyini bildirmək istəmədi. Hələlik
hövsələsini cilovlayıb səbir elədi. Bu
söz-söhbətlərin axır aqibətini gözlədi.
Əslən Gorus şəhərindən olub, Yerevanda polis
sistemində işləyən baş leytenant A.Mirzoyanın
danışıqlarından dava-dalaş qoxusu gəlirdi. Bunu
Sevdimalı kişi başa düşmüşdü.
Onlar söz
güləşdirə-güləşdirə yuxarı mərtəbəyə
qalxdılar. Sevdimalının həyat yoldaşı Sərmayə
ilə gəlini Aidə qonaqların qabağına
çıxıb ehtiramla onların hər üçünə:
- Xoş gəlmisiniz,
- dedilər. Və tez-tələsik yemək stoluna təmiz
süfrə açdılar, samovara su töküb od
saldılar…
Başda əyləşib
qıçını-qıçının üstünə
aşıran baş leytenant bir siqaret yandırıb erməni
lovğalığı ilə tüstüsünü
başından yuxarı üfülədi və təkəbbürlə:
- Ara,
Sevdimalı, niyə bu kənddən köçüb getmirsən,
uzuna uz bağlamısan. Ara, türk olanda adamın abrına
olmaz?!..
Sevdimalının
qətiyyətli baxışlarında kinayəli təbəssüm
dolaşdı:
-
Görürəm, üçünüz də paqon sahibisiniz,
- dedi. - Polis işçisi elə hökumət adamı deməkdir.
Ayağımın biri burdadır, biri gorda. Ömrümün
bu çağında dam-daşımı atıb hara gedim?
Mirzoyan səsini
qaldırdı:
- Ara, bu qoca
türk dalıdı, nadı, - dedi. - Gərək elə
qulağından tutaq, donuz kimi sürüyüb aparaq.
Sevdimalı
kişi yenə də təmkinini pozmadan:
- Oğul, -
dedi. - Çiynində paqon gəzdirsən də, görürəm
çox nadansan, yuxarıdan gedirsən, havalı
danışırsan. Atanla çörək kəsmişəm,
özün də vaxtilə bu evə gəlib-getmisən. Gecənin
bu vədəsi buyurub gəlmisiniz, qonaqlarımsınız.
Ürəyiniz nə istəyir, uşaqlar hazırlasın,
yeyin-için, sizi hörmətlə yola salım. Yoox,
ayrı bir qara niyyətiniz var, bu başqa məsələ. Fikrinizi
deyin, mən də bilim. Evimin içində, arvad-uşaq
eşidə-eşidə artıq-əskik danışmaq nə
lazım? Bir az da özünüzü ədəbli aparın,
sözünüzə sərhəd qoyun. Heç olmasa,
çiyninizdəki qırmızı paqondan utanın.
Mirzoyan
Sevdimalının sözünü özünə
sığışdırmadı, hikkəli-hikkəli
ayağa qalxdı, qabaq stolunu itələyib aşırdı.
Manukyanla Bədəlyan da ona baxıb əyləşdikləri
stulu kənara tulladılar. Baş leytenant aynabəndə
çıxanda əlini kəmərinə aparıb belindəki
makarov tapançasını geri çəkdi. Şübhəsiz
ki, o silahlı olduğunu hiss etdirmək istəyirdi. Və
barmağını Sevdimalıya silkələyə-silkələyə:
- Qoca kaftar, sənə
bir gün vaxt verirəm, - dedi. - Rədd olun, gedin burdan! Gəlini
də aparmalıyıq, bizə lazımdı, özün
bilirsən də niyə - o ədəbsiz-ədəbsiz
irişdi ki, o yan-bu yan eləsən, məhv olacaqsan.
Sevdimalı
kişinin rəngi qaçdı:
-
Yaxşı! Köç deyirsən, sabahdan köçərik,
- dedi. - Ancaq səfeh-səfeh danışmayın! Ağlınızı
başınıza yığın!
Polis
işçiləri başı çay dəmləməyə
qarışan Aidəni araya aldılar. Gəlin onları geri
itələyib qaçmaq istədi, lakin mümkün
olmadı. Qadın xeylağı üç nəfər pəzəvəng
polis işçisi ilə necə bacarsın?! Səs-küyə
yuxudan qalxan körpələr analarını yad kişinin əlində
görüb çığırışdılar. Polis
işçiləri Aidəni pilləkən aşağı
sürüməyə başladılar. Gəlin onların əlində
özünü ora-bura çırparaq qışqırıb
qayınatasını köməyə
çağırdı:
- Əmi! Məni
öldür! Qoyma bu vəhşilər aparsın!..
Sevdimalı
kişi gördü ki, artıq bıçaq sümüyə
dayanıb. Namus əldən gedir. Cəld yan otağa
keçib ov tüfəngini götürdü və onların
ardınca yüyürdü. Polis işçiləri
Sevdimalının əlində silah görüb
tapançalarına əl atmaq istədilər. Sevdimalı da
bir Sevdimalıdır! Onlara aman vermədi. Qoca qartal əvvəlcə
gəlini, sonra bir-bir polis işçilərini nişan
aldı…
Baş
leytenant Mirzoyan yerindəcə gəbərdi. Manukyanla Bələdyan
ağır yaralanmışdı. Onlar Sevdimalının əlindən
qurtara bilməyəcəklərini görüb
sürücünü köməyə
çağırdılar və meyitlə birlikdə birtəhər
aradan çıxdılar…
Sevdimalı
eyni cəldliklə yaralı gəlini, arvad-uşağı
öz "Niva" maşınına yığıb, kəndini
beləcə tərk etdi… Onun yüzillik xanimanı isə mənhus
gecənin qatı qaranlığında məşum alovlara qərq
olub, bir ovuc isti külə döndü.
Həmin səhər
Gorus şəhərinin küçələrində
qapı-qapı bir cənazə nümayiş etdirilirdi. Bu,
baş leytenant A.Mirzoyanın cənazəsi idi.
Ağır-ağır irəliləyən matəm dəstəsi
arabir dayanır, qabaqda gedən çalsaqqallı keşiş
hüznlü adamlara üz tutub ucadan deyirdi:
- Ey, Goruş
camaatı! Eşidin, baxın, agah olun! Şahidi olun ki, tarixi
düşmənlərimiz türklər bizim bu yazıq, məzlum,
dinc ermənilərin başına nə müsibətlər
açır…
Gorusdakı
qohumlarına, dostlarına baş çəkməyə gələn
bir neçə fransalı, amerikalı daşnak
züytutanlarının ssenarisi ilə hazırlanmış
tragik səhnəni seyr etdikcə kədərlənir və
bir-birinin qulağına əyilərək:
- Ah, yazıq
ermənilər! İnsafsız, qəddar türklər görəsən
bu zavallı, dinc millətdən niyə əl çəkmirlər?
- deyir və onların bəziləri göz yaşı
tökürdülər.
Əli İldırımoğlu
Ədəbiyyat qəzeti.- 2012.- 19 oktyabr.- S.4.