Dahi şairin müasiri
Qivami Gəncəvi
XII
əsrin ikinci yarısında Gəncədə
yaşayıb-yaradan sənətkarlardan biri
də Qivami Gəncəvidir. Dövlətşah
Səmərqəndi onun Nizaminin
qardaşı olduğunu, eyni
zamanda, Mütərrizi təxəllüsü
ilə də tanındığını yazır. Divanı Britaniya muzeyində saxlanılır. "Bədiiliyin
sehirkarlıqları" adlı məşhur qəsidəsi
şərhləri ilə birlikdə Özbəkistanda Ə.Biruni adına İnstitutun
əlyazmalar şöbəsində saxlanılır. Türk şairi Ziya Paşa özünün tərtib etdiyi
"Xarabat" adlı seçmə toplusunda Qivaminin
yuxarıda haqqında bəhs olunan qəsidəsini
bütünlüklə dərc etmişdir.
Azərbaycan ədəbiyyatşünaslığında
1940-cı illərdən başlayaraq Qivami haqqında da söhbət
açılır, Nizaminin qardaşı olduğu bildirilir.
Çörəkçi olduğu, ictimai məzmunlu şeirlər yazdığı,
ədəbiyyatımızın demokratik qoluna mənsub olduğu
söylənilir, Ə.Vahidin tərcüməsində
şeirlərindən parçalar
nümunə gətirilir və təhlil olunur.
İran ədəbiyyatşünasları
da onun adından və
ədəbi irsindən yan keçmirlər.
Məsələn, Zəbihulla Səfanın "İranda ədəbiyyat tarixi",
"Gənci-süxən" kitablarını və başqa müəlliflərin əsərlərini
göstərmək olar.
Əlbəttə,
İran alimləri bir
qayda olaraq israrla Azərbaycan şairlərinin əsərlərini
də İran bədii mirası sayır,
Azərbaycan türkünün nəinki böyük elmi, ədəbi
irsini, eyni zamanda, onun
varlığını inkar edirlər. Bu adamlar, heç
olmasa, onu nəzərə
almırlar ki, son min il ərzində İran adlı dövlət, ərazi Azərbaycan
türkü tərəfindən idarə olunmuş, Azərbaycan türk
dövləti olmuşdur. Bu Azərbaycan türk dövlət başçıları fars dilinin rəvac
tapmasına imkan vermiş,
hətta bir çoxları özləri farsca əsərlər yazmışlar. Əgər
XX əsrin əvvəllərinə
qədər bu könüllü
olmuşsa, XX əsrdə hakimiyyətə
gətirilən farslar ən qəddar, qeyri-qanuni, insanlıqdan uzaq
üsullarla İran əhalisinin
heç də farslardan
az olmayan Azərbaycan türk əhalisini farsca yazmağa, oxumağa məcbur
və məhkum etmişdir. Onlar bu yolla
sübut etmək istəyirlər ki, Gəncənin, Təbrizin əhalisi irandilli olmuşdur. Bu adamlar heç
olmasa, ona diqqət
yetirmirlər ki, Azərbaycanın ən qədim
şəhərləri olan Gəncə və
Təbriz şəhərlərinin adları qədim türk tayfalarının adlarından götürülmüşdür. Bu şəhərləri onlar
bina etmiş, ona öz adlarını vermiş və bu şəhərlərdə
tarix boyu onlar yaşamışlar. Qivami
Gəncəvi də qardaşı Nizami kimi, Xaqani kimi
bir oğuz türküdür. O da Xaqani kimi türkün
ünvanına ləyaqətdən uzaq söz deyənə belə cavab
verib:
Məni
farsın dilində söysə hər kim,
Deyər
türkün dilində çərx:
"sənsən!"
Xaqaninin şeiri farsca olsa da,
"Sənsən" sözü bu gün də dilimizdə
olduğu kimi işlənmişdir.
Eynən
Qivami də qardaşı Nizami
kimi fars şovinizminə,
türkə yuxarıdan baxma meyllərinə
aşağıdakı kimi cavab verib:
O,
Aydırsa əgər, biz Afitabıq!
O,
Keyxosrovsa, biz Əfrasiyabıq!
İran alimləri
Nizamini iranlılaşdırmaq üçün bəzi hallarda
onun anasının kürd
olduğunu ortaya
atırlar. Ancaq Keyxosrovun
anasının türk olduğunu,
Əfrasiyabın qızı olduğunu
xatırlamırlar. Əfrasiyab VII yüzildə
yaşamış türk hökmdarı Alp Ər Tonqanın iranlılar tərəfindən
verilmiş adıdır. Nizami
Xosrovu Keyxosrov, Məhinbanu
və Şirini Əfrasiyab adlandırmaqla
qürur hissi ilə
onların türk olduğunu,
eyni zamanda, özünün də türklüyünü
bəyan etmiş olur.
Bu türklük Xaqani və Nizami ilə
yanaşı, Qivamiyə də aiddir. Onun oxuculara təqdim olunan qəsidəsində də İran fars alimlərinin
"fitnəkar" adlandırdığı, Nizami
deyən kimi, "yaman
fikirli adamlar" tərəfindən
yatağında qətlə yetirilən Azərbaycan türk hökmdarı Qızıl Arslan mədh olunur. Qəsidənin
1186-cı ildən əvvəl yazıldığını
düşünmək mümkündür.
İran alimlərindən Vəhid Dəstgirdi
Nizami Gəncəviyə həsr etdiyi əsərində Qivaminin
Nizami ilə qohumluğunu
rədd edir. O yazır: "Təzkirəyazanlardan
bəziləri", o cümlədən mərhum
"Məcməül-füsəha" müəllifi Hidayət
həm də Mütərrizi və Xəbbaz (çörəkçi)
adlandırılan Qivami Gəncəvini Nizaminin əmisi bilir, ancaq böyük ehtimala görə, bəlkə də həqiqət
bunun əksinədir. Zira Nizami
müxtəlif məqamlarda, xüsusən "Leyli
və Məcnun"un başlanğıcında öz kökünə bağlı olan bütün şəxslərin
adını çəkir. Ədəbiyyat və şeir sahəsində heç
bir mövqeyi olmayan dayısı Xacə Öməri yad edir. Deməli, Qivami Mütərrizi onun əmisi
olsaydı və dünyadan getmiş olsaydı, kədərlə,
yaşasaydı, onu sevgi
və qürurla xatırlayardı." (Gəncineyi-Gəncəvi
s. 12). Fikrini sübut üçün
V.Dəstgirdi Qivaminin Süzəni və Sənai
ilə müasir olmasını
xatırladır. Hiss olunur
ki, müəllif Qivami
Razi Xəbbazla Qivami Gəncəvini
qarışdırır. Oxuculara təqdim
olunan qəsidə isə 1186-cı ildən
bir qədər əvvəl, bəlkə
də "Xosrov və Şirin"
poeması yazılan zamanlarda qələmə
alınan bir əsərdir. Bu əsər göstərir ki,
Qivami Nizami ilə müasirdir, onun kimi Azərbaycan Atabəyləri ilə
yaxın olmuşdur, o
da Nizami kimi Qızıl Arslana əsərlər
həsr etmişdir. Onu
da qeyd edək ki, Dövlətşah Qivamini
Nizaminin əmisi yox,
qardaşı kimi təqdim edir. Biz Dövlətşahın
bu qeydini etibarlı
sayırıq. Ona görə ki, Nizami və Qivaminin əldə olan əsərlərində
onların qohumluğu ilə bağlı
hər hansı bir qeyd
olmasa da, Dövlətşah
Nizaminin indi əldə
olmayan şeirlər
"Divan"ını görmüş adamlardan biridir. O, hətta
bu "Divan"ın 20 beyt
həcmində olduğunu yazır. Biz belə düşünürük
ki, Dövlətşah Nizami
"Divan"ında onun Qivami
ilə qardaş olmasına dair qeydləri oxumuş və
bunun əsasında da
Nizami ilə Qivaminin qardaş olduğunu
yazmışdır. Buna görə də
bu qeydi hər
hansı şəkildə şübhə altına almağa haqqımız yoxdur.
Bu baxımdan Y.E.Bertelsin
belə bir mülahizəsi ilə də
razılaşırıq ki, Nizaminin "Leyli və Məcnun"da
Qivamini xatırlamaması hələ
onların qardaş olması fikrini rədd etməyə əsas vermir. Aşağıda Qivami
Gəncəvinin "Bədiilik sehirkarlıqları", bəzən
"Raiyyə" adlanan qəsidəsini öz tərcüməmdə oxuculara
təqdim edirəm.
X.Yusifli
Ədəbiyyat qəzeti.- 2012.- 29
sentyabr.- S.4.