60
yaşın nağılı
Bir parça
Günlər
bərədədi, həftələr ovda,
Qazana cumuruq boş qaşıq kimi.
Payız
qovhaqovda, qış qovhaqovda,
Yaş əldən
sürüşür yaş
balıq kimi.
Aldadıb
alnıma yazdı altmışı,
Damı
təpəsinə uça
dünyanın.
Bizi qocaltmağa qarışıb başı,
Özü cavan qalıb qoca
dünyanın.
Bağlar sovulmaqda, bostan talanda,
Leylək
lələk tökür, lək tapa bilmir.
Qara tellərimə qurban olan da
Başımda bir qara
tük tapa bilmir.
Hirsimi, hikkəmi töküb varağa,
Sözün təndirində kirpik ütmüşəm.
Ağa bələnmişəm
başdan-ayağa,
Sanki 60 il dən
üyütmüşəm.
Bu yaşın dərd adlı dəvələri
var,
Xəlbir ələ gəlmir, ələyi tutur.
Könlümü alanın nəvələri var,
Gülümü alanın gülməyi tutur.
Bu daş mənə tanış
gəlir
Ya qardaşı daşa basan
Qardaşların tərsi olub,
Ya dar ağacının
altda
Ayaqaltı kürsü olub -
Bu daş mənə tanış gəlir.
Gül bitirən qara torpaq
Üzüqara daş bitirib,
Mindiyim at bu yollarda
Dırnaq töküb, nal itirib -
Bu daş mənə tanış gəlir.
Bir sifəti ütülüdür,
Bir sifəti çopur-çopur,
Qaysaqlayan yara görsə
Qanadlanıb yerdən qopur -
Bu daş mənə tanış gəlir.
Nə ağacın hisin görüb,
Nə çiynində qala yükü,
Özü yıxıb, özü gülüb,
Tərpənməyib bircə tükü -
Bu daş mənə tanış gəlir.
Gah göstərib boz üzünü,
Gah gizlənib bez kisədə,
Vətənindən qərib düşüb
Yükün üstdə gəlməsə də -
Bu daş mənə tanış gəlir.
Düşmən mənə toy tutanda
O düşmənə toy qurubdur,
Qından çıxan qılıncımı
İki bölüb oturubdur -
Bu daş mənə tanış gəlir.
Nəzir deyib dayanmışam,
Bəd niyyəti, nəzəri var,
Gördüyün daş ürəklərdən
Birinə çox bənzəri var -
Bu daş mənə tanış gəlir.
Gah solumda fırfıradır,
Gah sağıma keçir mənim,
Neçə ildir bir
qara daş
Başıma and içir mənim -
Bu daş mənə tanış gəlir.
Elə həsrət istəyirəm
Elə üfüq istəyirəm
Bir buludsuz səhər doğa;
Elə bulud istəyirəm
Mən dolanda yağış
yağa.
Elə çiçək istəyirəm
Şehi yusun dizlərimi;
Elə ulduz istəyirəm
Nuru tutsun gözlərimi.
Elə nəğmə istəyirəm
Sırğa olsun qulağımda;
Elə bulaq istəyirəm
Bala dönsün dodağımda.
Elə çinar istəyirəm
Səcdə edim kölgəsinə;
Elə gözəl istəyirəm
Tablamayım hikkəsinə.
Elə vüsal istəyirəm
Xəzəli də xəli
etsin;
Elə həsrət istəyirəm
Dərdi məni dəli etsin.
Gözəllər qocalanda
Əsən əl qaşda
gəzir,
Günahı yaşda gəzir.
Xınalı kəkliklərin
Xınası başda gəzir
Gözəllər qocalanda.
Söz köhnə sözdən düşür,
Oğlandan, qızdan düşür.
Darağın başına kül,
Güzgü də gözdən
düşür
Gözəllər qocalanda.
Dərd dağdan böyük olur,
Qəm çiyində yük olur.
Birdən-birə görürsən
Dünya beş
günlük olur
Gözəllər qocalanda.
Fəsillər kirkirədi,
Cahan dördkünc kürədi.
Haqlı imiş atalar -
Dünya bir pəncərədi
Gözəllər qocalanda.
Bahar məni üşüdər,
Payız məni eşidər.
Gözəllər bilə bilməz
Nə çəkirmiş kişilər -
Gözəllər qocalanda.
Durna uçub gizlənir,
Çiçək açıb gizlənir.
Sanki xəcalətindən
Zaman qaçıb gizlənir
Gözəllər qocalanda.
Şeh əfsanədən yazır,
Şam pərvanədən yazır.
Aman Allah, görəsən
Şairlər nədən yazır
Gözəllər qocalanda?
Ələmdar Quluzadə
Ədəbiyyat qəzeti.- 2012.- 13
yanvar.- S.6.