Şairin xatirəsi
Yanvarın
6-sı XX əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, unudulmaz
şairimiz Mikayıl Müşfiqin
xatirə günüdür.
Bu münasibətlə elm adamlarının, ədəbiyyat və incəsənət
xadimlərinin iştirakı ilə şairin
Bakının İnşaatçılar prospektindəki abidəsi
önündə anma mərasimi keçirilib.
Yasamal rayon İcra Hakimiyyətinin
təşkilatçılığı ilə keçirilmiş tədbirdə şairin həyat və
yaradıcılığından söhbət
açılıb.
Mərasimdə
çıxış edənlər cəmi 29 il
ömür sürmüş
görkəmli poeziya ustasının əbədiyyət
haqqı qazandığını vurğulamışlar.
Xalq
yazıçısı Gülhüseyn Hüseynoğlu M.Müşfiqin
tərcümə ilə də məşğul olduğu, onun
tanınmış xarici ölkə
şairlərinin əsərlərindən tərcümələrinin
- şeir və poemaların bu gün də sevilə-sevilə
oxunduğunu demişdir.
Ədəbiyyat qəzeti.- 2012.- 13
yanvar.- S.2.