2012-ci il TÜRKSOY çərçivəsində "M.F.Axundzadə İli" elan edilmişdir

     

  Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin böyük mütəfəkkir, milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyinin TÜRKSOY təşkilatı çərçivəsində qeyd edilməsi təklifi həmin qurum tərəfindən müsbət dəyərləndirilmiş 2012-ci il TÜRKSOY çərçivəsində "M.F.Axundzadə İli" elan edilmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən AzərTAc-a bildirmişlər ki, hazırda "M.F.Axundzadə İli"nin TÜRKSOY-a daxil olan bütün üzv ölkələrdə yüksək səviyyədə keçirilməsi məqsədi ilə tədbirlər planı hazırlanmaqdadır.

Bu ilin yanvar ayı ərzində TÜRKSOY-un Ankara şəhərində yerləşən qərargahında "M.F.Axundzadə İli"nin rəsmi açılış mərasiminin keçirilməsi planlaşdırılır.

 

 

 Ədəbiyyat qəzeti.- 2012.- 13 yanvar.- S.2.