"Hədiqətüs-süəda"dan

     

Mahi-Məhərrəm oldu məsərrət həramdır,

Matəm bu gün şəriətə bir ehtiramdır.

 

Şad olmasın bu vaqiədən şad olan könül,

Bir dəm məlalü qüssədən azad olan könül.

 

***

 

Ey dərdpərvəri-ələmi-Kərbəla Hüseyn!

Vey Kərbəla bəlalarına mübtəla Hüseyn!

 

…Dövri-fələk içirdi sənə kasə-kasə qan,

Ey təşneyi-hərarəti-bərqi-bəla Hüseyn!

 

Yad et, Füzuli, Ali-Əba halın, eylə ah -

Kim, bərqi-ah ilən yaxılır xirməni-günah.

 

 

Məhəmməd Füzuli

 

Ədəbiyyat qəzeti.- 2012.- 20 yanvar.- S.1.