Zərəngiz Dəmirçi
Qayalı - 50
Hörmətli
Zərəngiz xanım!
Sizi - istedadlı şairimizi yubileyiniz
münasibətilə təbrik edirik.
Siz bədii
yaradıcılığa ötən əsrin yetmişinci
illərinin sonunda
başlamısınız. Oxucularla ilk görüşə 1979-cu ildə
"Qalibiyyət bayrağı" qəzetində dərc olunmuş şeirinizlə
gəlmisiniz. "Gənclik", "Ulduz",
"Ədəbiyyat qəzeti", "Bakı" kimi mətbuat orqanlarında dərc olunan şeirləriniz maraqla
qarşılanmışdır. "Haqqı sevdim",
"Vəfam mənim", "Güllələnmişlər",
"Qayalı" adlı kitablarınız işıq üzü görmüşdür.
Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyilə
"Cavab ver"
poemanız əsasında tamaşa
hazırlanmış və uğur
qazanmışdır. Ölkəmizin hüdudlarından kənarda
da sizin
yaradıcılığınız təbliğ olunur. 2010-cu ildə Təbrizdəki Şəhriyar
ədəbi məclisinin dəvətilə İran
İslam Respublikasının bir çox şəhərlərində
şeirlərinizlə çıxış etmisiniz.
Layiq görüldüyünüz
"Ziya" mükafatı
poeziyamızın Cənubi Azərbaycanda da
dəyərləndirildiyini göstərir. Sizə həmçinin
Türkiyənin Əskişəhər Bələdiyyəsi nəzdində
fəaliyyət göstərən Əskişəhər
Şairlər Məclisinin "Şərəf"
mükafatı da təqdim edilib.
Gürcüstanda yaşayan
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin
fəxri fərmanını almısınız.
Aldığınız digər mükafatlar
da sizin
yaradıcılığınıza verilən qiymətin ifadəsi
olduğu kimi, sizin də ədəbiyyatımızın təbliği
sahəsindəki fəaliyyətinizin göstəricisidir. Siz AzərTAc-ın əməkdaşı kimi ölkəmizin ədəbi-bədii hadisələrinin,
tədbirlərinin geniş
işıqlandırılması üçün
yorulmadan, böyük
həvəslə çalışırsınız. Prezidentin xüsusi təqaüd
fondunun təqaüdünə layiq görülmüsünüz.
Hörmətli
Zərəngiz xanım!
Sizi bir daha yubileyiniz münasibətilə
təbrik edir, sizə
cansağlığı, uzun ömür, yaradıcılıq
uğurları arzulayırıq.
Azərbaycan
Yazıçılar Birliyi
Ədəbiyyat
qəzeti.- 2012.- 27 yanvar.- S.6.