"Ədəbiyyat qəzeti"
redaksiyasına
Hörmətli
baş redaktor!
Milli mədəniyyətimizin klassik dünya ədəbi
irsi ilə zənginləşməsində
tərcüməçilərin zəhməti
danılmazdı. XX yüzillikdə müasir
tərcüməçilik sənətinin inkişafı dünya ədəbiyyatı xəzinəsinə
pəncərə açdı. Xeyli ədəbiyyat
inciləri doğma Azərbaycan dilinə çevrildi.
Bu bir həqiqətdir
ki, sənətkarlıqla edilən bədii
tərcümələr orijinala yaxın olduğuna görə mənəvi zövq, mənəvi qida
mənbəyi kimi özəlləşdi.
Qeyri-adi yaradıcılıq olan tərcüməçiliyin özünəməxsus
xüsusiyyətlərinin - "sirlərinin" ədəbiyyat
həvəskarlarını cəlb etməsi,
düşündürməsi təsadüfi deyildir.
Unudulmaz Hüseyn
Şərifin (9 fevral 1909 - 25 mart 1989) tərcümələrində doğma dilin bədiiliyi,
şəffaflığı və şirinliyi
oxucuları həmişə valeh edirdi. Ona görə yeri düşəndə Hüseyn
Şərifdən onun tərcümə sənəti
haqqında mülahizələrini öyrənməyə
çalışırdım.
Azərbaycan
tərcüməçilik sənətinin ustadı Hüseyn Şərif söhbətlərinin
birində ömrünün əlli ilindən
çoxunu həsr etdiyi
"əzablı" yaradıcılığından söz açdığı zaman
A.M.Qorki (15 cildliyinin 6
cildi), F.M.Dostoyevski,
İ.A.Bunin, İ.A.Qonçarov,
M.Şoloxov kimi
qüdrətli rus sənətkarlarından
tərcümə etdiyi roman,
povest və hekayələrin ona bilik xəzinəsi, sənət
məktəbi olmasından həvəslə
danışırdı. Bu böyük
məktəb onu kamil
tərcüməçi və peşəkar redaktor
kimi formalaşdırmışdı.
Hüseyn Şərifin özünün tərcümə sənətinə
vurğunluğu, peşəkarlığı
haqqında mənim xahişimlə yazdığı xatirə-məqaləsini
(fevral, 1968) ədəbiyyat həvəskarlarına,
gənc tərcüməçilərə və tədqiqatçılara
faydalı olacağını nəzərə alaraq
"Ədəbiyyat qəzeti"ndə çap etməniz faydalı
olardı.
Dərin hörmətlə,
Teymur
Əhmədov
Ədəbiyyat
qəzeti.- 2012.- 27 yanvar.- S.4.