Sənətkarı
xalq yaşadır
"Ədəbiyyatı bütün cinahlarında yeniliyə
uğraşdıran islahatçı, Azərbaycan millətinə
məxsus ərdəmliyin görkü"
(Rahid Ulusel), ustad xalq şairi
Rəsul Rzanın anım günü aprelin 1-də fəxri xiyabandakı məzarı
önündə keçirildi.
Tədbirdə
Rəsul Rza Fondunun sədri,
AYB-nin birinci katibi, xalq şairi
Fikrət Qoca
çıxış edərək vurğuladı ki, böyük söz adamlarının doğum
günlərini elə söz, ədəbiyyat
günü kimi də
qeyd etmək olar. Rəsul
Rza belə görkəmli söz
və fikir adamlarından biri
idi. Böyük şairin adını daşıyan beynəlxalq
ədəbiyyat mükafatı ənənəvi olaraq hər il onun doğum günündə
təqdim edilir. Rəsul Rza
gəncliyin böyük dostu,
dünyanı öz "məni"
üstündə kökləməyi bacaran
sənətkar, əsərlərində qəlb dolusu duyulan dünyanı bütün çalarları ilə ifadə
edən görkəmli söz ustası idi. Rəsul Rza yaddaşlarda kişiliyin, dözümün simvolu kimi yaşayır. Bu gün də bizimlədi, sabah
da bizimlə olacaq.
Filologiya elmləri
doktoru, professor Qəzənfər
Paşayev də ustad
sənətkardan gəncliyin hamisi,
"işıq ideyasını və ideya
işığını yaradan fikir mücahidi" kimi söz açdı. Dedi ki, görkəmli türk şairi Nazim Hikmətin
"Hikmət dolu şeirləri ilə filosof, böyük fikir və zəka şairi"
adlandırdığı Rəsul Rzanın istər
poeziyasında, istərsə də publisistikasında fikir o qədər dərin,
təsirli və mənalıdır, onun
cazibəsindən çıxıb meydan
açmaq həqiqətən də
çətindir. Novator bir şair olmaqla yanaşı o, Suriyada Nəsiminin qəbrini aşkarlayan
və ilk ziyarət edən, İraqda Füzulinin qəbrini ilk ziyarət edən, İraq
türkmanlarından canı bir, qanı bir qardaşlarımız kimi
ilk dəfə söz
açan bir şəxsiyyət
olmuşdur. O, xalq
şairi Bəxtiyar Vahabzadənin dili ilə desək, "məna, məna"
demədi, mənalar yaratdı…"
Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri,
şair İltifat Saleh, şair və
yazıçılardan Firuzə
Məmmədli, Ədalət Əsgəroğlu, Sayman Aruz, Nafilə və
başqaları da mərasimdə
R.Rzanın Azərbaycan ədəbiyyatına verdiyi
töhfələrdən söz
açdılar, yeni şeirlərini oxudular. Bildirdilər ki, xalqımız var olduqca Rəsul Rza da var olacaq,
yaşayacaq.
Sonda ustad sənətkarın oğlu,
xalq yazıçısı Anar atasının xatirəsini əziz tutanlara ailələri adından təşəkkürünü
bildirdi.
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2013.- 5 aprel.-
S.2.