Bu dünya
Elə ki, səsinə kədər, qəm qonur -
Bürünür dumana, çənə
bu dünya.
Elə ki, gözünə büllur nəm qonur,
Az
qalır gözümdə
sönə bu dünya.
Beləcə dayanma qarşımda mənim,
Qocalıq at çapar yaşımda mənim.
De, necə qıyırsan başımda
mənim
Dəyirman daşına dönə bu dünya?!
Hayıfsan, bu qədər üzmə özünü,
Axtar tap, hardasa
səbri, dözümü.
Gülüm, qənd-şəkərə bələ
sözünü,
Geysin toy libası yenə bu dünya.
Neynirəm həkimi, dava-dərmanı,
Sənsən dərdlərimin təbib-loğmanı.
Güldürmə üstümə yadı, doğmanı,
Onda zindan olar
sənə bu dünya.
Düşmənə
göz dağı baharımız var,
Təmiz eşqimizdən nübarımız
var -
Göyçək Mətinimiz, Vüqarımız
var,
Onlartək danışa, dinə bu dünya.
Hədərə getməsin haqqı-sayımız,
Xəzana düşməsin bahar-yayımız.
Babalıq, nənəlik olsun payımız,
Nəvə gülüşüylə
bəzənə dünya.
Gül, gül, təbəssümün
dönsün çırağa,
Güləndə dönürsən körpə uşağa.
Amandır, gözümdən getmə
uzağa,
Sənsiz boş görünər mənə bu dünya!..
Əmin ol
Ömür-gün yoldaşıma
Altmış bahar görmüşəm,
altmış
qışa çatmışam.
Sevincimlə, qəmimlə
birgə,
qoşa çatmışam.
Demə indi yorulub
qaya
altda yatmışam.
Ömrün dağ keçidindən
keçəcəyəm,
əmin ol!
Doğma elə, torpağa
verməliyəm
borcumu.
Dərədə azdırmışam
qoca
ölüm ovçumu.
Qartal qonan
zirvədə
açıb
qoşa ovcumu -
Ağ buluddan ağ
yağış
içəcəyəm,
əmin ol!
Əzabımın yükünü
daşıyan
ağ mayamsan,
Kişiqeyrət həmdəmim,
mələksima
həyamsan.
İnamımda dözümüm,
baxımışda
ziyamsan,
Mən səni lap gözsüz də
seçəcəyəm,
əmin ol!
Kaş, sevgim yer üzündən
dərdi-mərəzi
silə.
İnsanın ürəyindən
kini-qərəzi
silə.
Ədalət arşınıyla,
insaf
tərəzisilə
Dünyanı çəkəcəyəm,
ölçəcəyəm,
əmin ol!
Hər qışıma ağ
kəfən
biçirəm
hər yazımla,
Ağ çiçək, yaşıl
sünbül
boy atan
hər yazımla -
Günəşlə
ovxarlanan
bu
qələm dəryazımla
Alaqlaşan kəsləri
biçəcəyəm,
əmin ol!
Səhrada çinar kimi
bitirib
məni anam,
Gün qızanda - çətirəm,
tufan
qopsa qalxanam.
Cahana bu
xislətlə
gətirib
məni anam,
Köçəndə
də bu sayaq
köçəcəyəm,
əmin ol!..
…Qarışıq
Yamanca dönübdür fələyin
üzü,
Zaman qarışıqdır,
halım qarışıq.
Bilinmir şeytanla mələyin üzü,
Düşübdür məzlumla zalım qarışıq.
Bahar ovqatıma
qar ələnibdir,
Dərdim ağırlaşıb
- yekələnibdir.
Ömrümün ağacı silkələnibdir,
Tökülüb dəymişim, kalım - qarışıq!
Göz bu müsibəti görməyə gərək
-
Haram arşın-arşın,
halal bir çərək.
Uludur, təmizdir,
müqəddəs çörək,
Məcburam, onu da
alım qarışıq.
Hamı sathasatda, alhaaldadır,
Uşaq da, böyük
də məni aldadır.
Deyəsən, həngamə hələ daldadır,
Rəmlim, istixarəm, falım qarışıq.
"Calaq" eləyiblər mislə almazı;
Qiymətdən salıblar söz ilə sazı.
Ayıra bilmirsən toy ilə yası -
Sevinci kədərlə çalım qarışıq?!
Əritsən - xəmirdir yağın yarısı,
Buzlu ət qır
yavan, süd də yarı su.
Bişirsən çürüyür, odur
sarı su!
Duzum qarışıqdır,
balım… qarışıq.
Haqlını haqsıza dəyişdirirlər,
Qızılı saqqıza dəyişdirirlər.
Atanı oğulla "döyüşdürürlər"…
İlməm dolaşıqdır, xalım qarışıq.
Xəzinəm talanır, çalıb-çapılır,
Yaxşı nəyim varsa, dərhal qapılır.
Milli sərvətimə
şərik tapılır,
Zəhmətim havayı, malım qarışıq.
Dünya qalacaqsa əgər bu sayaq,
Daha bu
dünyada qalmağım
- nahaq!
Məni o dünyaya tez apar, ya haqq,
Apar, - istəmirəm
qalım qarışıq!..
Eşqim atəş, sözüm güllə
Qalxdım dağa zirvə-zirvə,
Endim dağdan pilə-pillə.
Deməyin ki, bu yaşımda
Oynayıram soyuq küllə,
Eşqim atəş, sözüm güllə!
Qəribədir təbiətim,
Bəllidir bu həqiqətim -
Mənim şair məhəbbətim
Ölçülməyir
yaşla, illə…
Eşqim atəş, sözüm güllə!
Gəzdim qarlı səngərləri,
Gördüm bizim əsgərləri -
Qorxubilməz o ərləri
Ruhlandırdım şirin dillə.
Eşqim atəş, sözüm güllə!
Mən də çıxdım sınaqlardan,
Hörmət gördüm qoçaqlardan,
-
Şaxta vurmuş yanaqlardan
"Dəstə tutdum" qızılgüllə.
Eşqim atəş, sözüm güllə!
Əgər gedib görməsəydim,
Şeir yazıb verməsəydim
-
Könüllərə
girməsəydim,
Yaşamazdım bu nisgillə,
Eşqim atəş, sözüm güllə!
Yağdı mərmi, yağdı dolu,
Gedib gəldim
qəlbim dolu;
Kəsə bilməz heç kəs yolu -
Gedim-gəlim gülə-gülə…
Eşqim atəş, sözüm güllə!
Ağacəfər Əlizadə
Ədəbiyyat qəzeti.- 2013.- 5 aprel.- S.4.