Sumqayıtda
bədii qiraət müsabiqəsi
Azərbaycan
poeziyasının tanınmış nümayəndəsi, xalq şairi Nigar Rəfibəylinin 100 illik
yubileyinin keçirilməsi haqqında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 4 mart 2013 - cü il tarixli sərəncama əsasən
Yazıçılar Birliyinin Sumqayıt
bölməsi və Mərkəzləşdirilmiş kitabxana sisteminin uşaq
şöbəsi tərəfindən keçirilən bədii
qiraət müsabiqəsinə yekun vurulmuşdur. Təşkil edilən birinci mərhələdə MKS-ə daxil olan 11 kitabxananın xeyli sayda oxucusu
iştirak edirdi.
Onların ifasında xalq şairi
Nigar Rəfibəylinin bir-birindən
maraqlı şeirləri dinlənilmişdir.
Bu günlərdə isə
Səməd Vurğun adına Mərkəzi
Kitabxanada bədii qiraət müsabiqəsinin
yekun turu keçirildi. Tədbiri Azərbaycan
Yazıçılar Birliyi Sumqayıt
bölməsinin sədri Sabir Sarvan açaraq Azərbaycan
ədəbiyyatını zərif lirikanın dəyərli
nümunələri ilə zənginləşdirən unudulmaz şairin yarım əsrə
yaxın dövr ərzində yüksək
dəyərli bədii nümunələr meydana gətirməsindən danışdı
və müsabiqədə hansı şərtlərin əsas
götürüldüyünü diqqətə
çatdırdı. Sonra müsabiqədə
fəal iştirak etmiş
oxucular elan olundu. Münsiflər müsabiqədə
fəallıq göstərmiş oxuculara
həvəsləndirici mükafatları təqdim etdilər.Əsasən
yeniyetmə və cənclərin cəlb edildiyi
müsabiqədə Nisə Cəbrayılova 1-ci yerə layiq görüldü. Ruslan Murtuzov və Rəna
Səmədova 2-ci yerə, Səlbi İsmayılova,
Samirə Xanməmmədova, Nəzrin fəyyaz isə 3-cü
yerə çıxdılar.
Qaliblərə
Rəsul Rza fondu tərəfindən
ayrılmış, nəfis tərtibatlı kitablar
hədiyyə olundu. Gənc qiraətçilər
hazırladıqları şeirləri bir-bir
təqdim etdilər, münsiflər heyətinin üzvləri
ürək sözlərini söylədilər və beləliklə
də bədii qiraət müsabiqəsi əsl poeziya bayramına çevrildi.
Yeganə Hüseynova,
Sumqayıt şəhər
S.Vurğun adına
Mərkəzi
Kitabxananın uşaq şöbəsinin müdiri
Ədəbiyyat
qəzeti.- 2013.- 19 aprel.- S.5.