Qabdulla Tukay
anıldı
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində
(RİMM) böyük tatar
şairi, ictimai xadim və tərcüməçi Qabdulla Tukayın doğum günü münasibətilə tədbir keçirilmişdir.
RİMM-in
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, “Tuqan Tel”
Respublika Tatar Mədəniyyəti
Cəmiyyəti ilə birlikdə təşkil olunmuş
tədbirdə Azərbaycanın həmvətənlər, gənclər
və ictimai təşkilatlarının,
yaradıcı dairələrin, tələbə gənclərin
nümayəndələri
iştirak etmişlər.
“Tuqan Tel” gənclər birliyinin üzvləri Q.Tuqayın həyat və
yaradıcılığından, klassik milli poeziyanın, tatar ədəbi
dilinin banisi kimi onun rolundan
danışmışlar. Bu böyük şairin bir çox şeirləri
oxunmuşdur. “Tuqan Tel” folklor ansamblı tatar və rus dillərində
Q.Tukayın sözlərinə yazılmış mahnılar ifa etmişdir.
Tamaşaçılara “Şurale”
nağıl poemasının motivləri əsasında
hazırlanmış rəqslər göstərilmişdir.
Nizami
adına Ədəbiyyat İnstitutunun əməkdaşı,
filologiya elmləri namizədi Mənzər
Həsənovanın “Qabdulla Tukay Azərbaycan ədəbiyyatşünaslığında”
kitabının təqdimatı canlı maraq
doğurmuşdur.
Ədəbiyyat qəzeti.- 2013.- 19 aprel.-
S.5.