Macarıstan Yazıçılar İttifaqı

  

Azərbaycan Yazıçılar Birliyinin sədri cənab Anar Rzayevə

 

Hörmətli cənab sədr, əziz qələm yoldaşım!

75 illiyin münasibətilə Macarıstan yazıçılarının təbrik və ən yaxşı arzularını sənə yetirməyi özümə şərəf bilirəm!

Allah sənə uzun illər ömür versin ki, mənəvi və ümumbəşəri dəyərlərə malik yaradıcılığın öz vətəninin və bütün bəşəriyyətin mədəni irsini mümkün qədər daha çox zənginləşdirsin. İndiki nifaqlı zəmanəni yaradıcılıq üçün əlverişli dövr saymaq olmaz. Güman ki, ətrafı saran belə küləyə yaxud etinasızlığa qarşı getmək hələ heç vaxt bu qədər çətin olmamışdır.

Lakin biz bilirik ki, nəsillərimiz tarixi keçmiş barədə mühakimə yürüdərkən, hər şeydən əvvəl əbədi dəyərlərə müraciət edirlər. Bizim bütün səylərimizə və bu torpaqda yaşamağımıza əbədi haqq qazandıran da məhz belə mədəniyyət və incəsənət əsərləridir.

Macarıstan Yazıçılar İttifaqı adından cansağlığı və yaradıcılıq ilhamı arzulayıram!

Dostluq salamı ilə,

 

 

Yanoş Sentmartoni

sədr

7 mart 2013-cü il

 

Ədəbiyyat qəzeti.- 2013.- 26 aprel.- S.2.