Mübarək
Xalq
yazıçısı Elçinin yubileyinə
Bilsən necə coşur bayırda
külək, -
Zəfər himni qoşur bayırda
külək!
Necə qırır göydə buludu
şimşək,
Tufana çevirir sükutu şimşək!
Həyat qazan kimi qaynayır, qardaş,
Bir külüng olaydı əllərimdə
kaş,
Ah, necə çapardım o daş qəfəsi.
Axı ruhu qırır sükutun səsi!
Yığ şələ-küləni,
düş qabağıma, -
O doğma diyara aparım səni.
Gör dağ necə uçur, çay necə daşır!
Quzular qoyuna necə qarışır!
Bulanaq yolların palçıqlarına,
Diksinək yağışın
qılçıqlarına.
Üzünü şəlalə köpüyündə
yu,
Uçsun paltarından benzin qoxusu.
Qaçsın gözlərinin əfəl yuxusu.
Hopsun saçlarına
yarpızın ətri,
Nərgizin tozu.
Hər yarpaq ortası bir şeh dənizi,
Hər arı harayı, min aşıq sazı,
Gəl, bu yol
zirvələr aşmaq
yoludu.
Yoxsa təklik
səni üzər, qardaşım,
Ey İlyasdan gələnə sər, qardaşım.
Bir də
nə vaxt dönər o, dahi insan,
Səni bir də
nə vaxt yazar, qardaşım?
Qanında Qubanın toxumları var,
Fətəli babanın toxumları var!
Dilində üzümün salxımları var.
Londonda tamaşan anşlaqla gedir,
Nə işdi, orda da qohumların
var?
Qardaş, cik-pikinə bələdəm
sənin,
Kişi soy-kökünə bələdəm
sənin!
Şöhrət çələnginlə sakit
yaşarsan,
Coşanda cənginə bələdəm
sənin, -
Xallı pələnginə bələdəm
sənin!
Elçin, yetmiş yaşın mübarək olsun!
Çiynində bəxt quşun mübarək olsun!
Təzə əsərini gördük
səhnədə,
Tərtibin, qurluşun mübarək, Elçin!
Alqışlar altında gözündən
axan,
Mübarək göz yaşın, mübarək, Elçin!
Yusif Həsənbəy
Ədəbiyyat qəzeti.- 2013.- 26 aprel.- S.5.