Dilimiz-diriliyimiz

 

 Mən dilimdən vaz keçməm, -

Olursam dilim-dilim!..

Kərkük xoyratlarından

***

Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,

Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur;

Ləhceyi-türki qəbuli-nəzmi-tərkib etməyib,

Əksərən əlfazi-namərbutü nahəmvar olur;

Məndə tovfiq olsa, bu düşvarı asan eylərəm, -

Növbahar olğac tikəndən bərgi-gül izhar olur.

füzuli

***

Türkün dili tək sevgili, istəkli dil olmaz,

Özgə dilə qatsan bu əsil dil əsil olmaz.

Türkün məsəli, folkloru dünyada təkdi, -

Xan yorğanı, kənd içrə məsəldir, mitil olmaz.

 

...Türki, vallah, analar oxşarı, laylay dilidir, -

Dərdimi mən bu dəva ilə müdava elədim.

***

Türki, farsi, ərəbidə fəzail varımış

Ki, füzuli kimi bir şairi-fazil doğulur.

 

...Şəhriyar bu gəmiyə əyləşəli Nuh kimi, -

Gör tufan qoparır, bax zəlazil doğulur.

 

Şəhriyar

 

---------------------------------

 

Füzuli məşhurXəmsə”yə dərin ehtiramla ana dilindəLeyli Məcnun”u yazarkən Nizami qüdrətini, özünün onun şagirdi olmasını fəxrlə etiraf edir.

O, Nizami GəncəvininLeyli Məcnunmövzusunun şadlıq yox, böyük kədər dastanı olduğuna - buna görə ağır yazılacağına dair məlum şikayətinə işarə ilə deyir:

 

Bir ki, qıla şikayət ustad, -

Şagirdə olur rücuyi bidad.

(Bir işdən ki, ustad şikayət edə,

Şagirdin onu görməsi zülüm olar.)

 

Qədim özbək türkcəsi ədəbi dilinin banisi, ana dilindəXəmsəmüəllifi Əlişir Nəvai Nizami adını səcdə ilə dilə gətirir:

 

Bir axşam yuxuma gəldi Nizami, -

Sağında Xosrovdu*, solunda Cami.**

Nəzər saldı mənə bir şəfqət ilə, -

Əyilib yer öpdüm min hörmət ilə...

 

Tərcümə A.Vəfalınındır

_________________________

 

*. **. Nizami “Xəmsə”sinə nəzirə yazmış Xosrov Dəhləvi və Əbdürrəhman Cami.

 

Ədəbiyyat qəzeti.- 2013.- 23 avqust.- S. 1.