Qürbətdə söhbət
İki dost görüşdü
qürbət ölkədə,
Əl
verib öpüşdü
qürbət ölkədə.
Birisi soruşdu:
- A dost, hardasan,
Yaxında,
uzaqda, yoxsa burdasan?
Düşündüm bəlkə də dönmüsən geri,
Ya
da gətirmisən doğma yerləri.
Yox dedi, - o birisi, canım burdayam.
Yaxında dünyadan
köç etdi anam,
Dəfninə yığışıb
gedə bilmədim,
Əlimdən
gələni edə bilmədim.
İş-güc də
başımı qatmışdı
yaman,
İmkanım
olmadı çıxım
aradan.
- İş-gücü axtarıb tapmaq mümkündür,
Həyatda
hər şeydən ana üstündür.
Yasına gedəydin
gərək arvadın,
Qalıb
ümidində qohumun,
yadın.
Unutdun
vətəni, ananı
neçin?
Dərdinə
alışıb-yananı neçin?
- Doğrusu, istədim
dönüm vətənə,
Doğma
od-ocağı yad edim yenə.
Qorxdum ki,
Qarabağ davası düşər,
Birdən
apararlar oğlumu əsgər.
Aman-zaman qardaş,
bircə balam var,
Gedib
qayıtmasa ürəyim
partlar.
- Gəl əyri
oturub danışaq düzgün,
Əgər
müharibə başlasa
bir gün.
Döyüşə getməsə bizim oğullar,
Düşmənlə üz-üzə durmasa onlar,
Vətəni kim onda azad edəcək.
Torpağın
qeydinə biz qalaq gərək.
- Gəl bu cür danışma sən mənim ilə,
Tənə
də eyləmə bu qədər belə.
Bizəmi qalıbdır
dərdi vətənin,
Yoxsa
işin-gücün qurtarıb
sənin?
Mənə həm
anadır qürbət,
həm vətən,
Deyib
uzaqlaşdı durduğu
yerdən.
Göy göl
Düşmənlər
Qarabağı tutandan
sonra Göy gölə səyahət etmək olmur.
Çünki gəlib-gedənləri
onlar dağlardan gülləyə tuturlar.
Daha yox üstünə
gəlib-gedənin,
Çalıb-çağıranın,
şadlıq edənin.
Günbəgün çoxalır həsrətin
sənin,
Qəlbimi
incidir bu halın, Göy göl.
O toylu-büsatlı günlərin
hanı?
Heyran
eyləyirdi hüsnün
insanı.
Gəzirdi şöhrətin-şanın
hər yanı
Hürkübdür
ceyranın, maralın,
Göy göl.
Gözün yollardadır
qüssə, qəmin
var,
Həsrətin
qəlbini yandırıb-yaxar.
Düşmən gülləsinə
olursan düçar,
Pozulur
novrağın, cəlalın,
Göy göl.
Gör neçə
zamandır, neçə
müddətdir
Bütün
Azərbaycan sənə
həsrətdir.
Bu nə məşəqqətdir, bu
nə dəhşətdir?
Göllərin
sərdarı, hilalı,
Göy göl.
Mənim də
qürbətdə xoş
keçmir günüm,
Ucalır
göylərə harayım,
ünüm.
İstərəm yığışıb
Bakıya dönüm,
Çıxmayır
başımdan xəyalın,
Göy göl.
Tezliklə düşməndən
alınar qisas,
Dinər
Qarabağda yenə qaval, saz.
Mahnılar göylərə
eyləyər pərvaz,
Sənin
də gülümsər
camalın, Göy-göl.
Gəlməmişəm qürbətə
Vurur böyük sevinc ilə, fərəh ilə ürəyim,
Ağır
günlər gəlib
keçdi, Allah oldu köməyim.
Dadlı-dadlı yeməklərdən
nuş edirəm özümçün,
Fikir,
xəyal eyləmirəm
nuru getmiş gözümçün.
Taleyin bu
gününə də
şükür olsun deyirəm,
Öz
işimdə-gücümdəyəm, əlimdən düşmür
qələm.
Qəlbim mənim
bir qaladır, tab edir hər möhnətə,
Mən
xoşbəxtlik tapmaq
üçün gəlməmişəm
qürbətə.
Ürək deyir,
qələm yazır vətənimdən, elimdən,
Gəncə
kimi şəhərimdən,
Oğuz kimi gülümdən.
Xəyalımda Azərbaycan
torpaqları canlanır,
Neçə-neçə
oylaqları, oymaqları
canlanır.
Bir muzeyə dönüb bu gün qədim İçərişəhər,
Heyran
qalır bu yerlərə gəlib-gedən
turistlər.
Hər gələndə
Bakıya mən qəlbim gəlir riqqətə,
Mən
xoşbəxtlik tapmaq
üçün gəlməmişəm
qürbətə.
İndi qürbət
ölkələrdə qərib-qərib
gəzən var,
Taleyindən
inciyən var, taleyindən küsən
var.
Vətənini atıb
gəlib, bilmir o var, ya yoxdur,
Qəlbi
şimal buzları tək gün görməyir soyuqdur.
Atasını, anasını
xəstə qoyub bəzisi,
Öz
yurdundan, yuvasından daha doyub bəzisi.
Gəzir siqar
çəkə-çəkə gah kənddə, gah şəhərdə
Tab gətirsin ürək
necə bu ağrıya, bu dərdə?
Zəhmət canın
cöhəridir, alışaq
gəl zəhmətə,
Mən
xoşbəxtlik tapmaq
üçün gəlməmişəm
qürbətə.
Qürbət mənim
evim deyil, nə isti od-ocağım,
Nə Qubamdır,
nə Şəmkirim,
nə də gözəl Qazağım.
Fəxr edirəm
doğulmuşam Azərbaycan
elində,
Dolaşmışam,
gəzmişəm mən
çəmənində, çölündə.
Ana vətən eşqi
ilə qoy döyülsün qəlbimiz,
Ondan
böyük məhəbbətlə
danışaq biz, gülək
biz.
Çıxartmayaq Qarabağı yadımızdan
bir an da,
Canımızdan
keçək hətta
o diyarın yolunda.
Birdəfəlik nöqtə
qoyaq ayrılığa,
həsrətə,
Mən
xoşbəxtlik tapmaq
üçün gəlməmişəm
qürbətə.
Münhen-2013
Simax Şeyda
Ədəbiyyat
qəzeti.- 2013.- 6 dekabr.- S.7.